Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2073/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun siliməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana olan 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, neçə müddətdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Bu vaxta qədər kommunal xərclər və onların ödənilməsi və məbləği ilə bağlı tələbkarlarla (Azərsu, Azərişın, Azəriqaz) hər hansı problem olmayıb. Lakin 25 avqust 2023-cü il tarixdə onların evinin qaz sayğacı Səbail rayon Qaz İstismar idarəsinin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edərək guya sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı, yan tərəfi əzilib və sayğacın zavod seriya nömrəsi yazılmış lövhə istehsal tarixinə uyğun deyil, kağız lövhə yararsız vəziyyətdədir. Akt tərtib olunarkən onun iştirakı olmayıb və onun tərəfindən göstərilən akta imza etməmişdir. Akt tərtib olunarkən o, dəvət olunmamış və akta da imza etməkdən imtina etməmişdir. Bu ağ yalandır, o, həmin günü işdə olmuş, ümumiyyətlə o, səhər işə gedib, axşam gəlir. Həmin sayğac yaşadığı gündən işləyirdi. Azəriqazın əməkdaşları heç bir vaxt bu yaşadığı müddət ərzində gəlib nəzarət etməyiblər. Azəriqazın əməkdaşları onların ailəsinə məxsus abonent koduna 777,60 manat cərimə yazıblar. Bildirir ki, onların tərəfindən sayğaca heç bir müdaxilə olmayıb. Hesab edir ki, ona yazılmış 777,60 manat cərimə qanunsuz və ədalətsiz olduğu üçün məhkəmə tərəfindən silinməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Yardımlı rayonu, Vəlix kəndində anadan olmuş və Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küç.,2A ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, AKX-05756xx/xx-2023 nömrəli qaz paylayacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, müqavilə üzrə paylayıcı Cavabdeh İB istehlakçı İddiaçı (kodu **********00024) arasında bağlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, ünvan 4 ünvanında abonent sayğacın hesablama mexanizm qapağı yan tərəfdən əzilib və sayğac zavod seriya nömrəsi yazılmış lövhə istehsal tarix uyğun deyil. Sayğac istismara yararsızdır. İş materiallarında olan Cavabdeh Bakı Regional qazın Satışı Dapertamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı tərəfindən ünvan 5 ünvanında sayğacın hesablama mexanizminin qapağı, yan tərəfi əzilib. Sayğacın zavod seriyası yazılmış lövhə özünə məxsus olmadığın aşkar edildiyi üçün İddiaçı ******* saylı xx.xx.2023-cü il tarixli akt əsasında 6480 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. İş materiallarında olan abonent: **********00024 saylı İddiaçı abonentin saldosundan görünür ki, qazın sərfi 6480 (m3), sərfin məbləği 68,04 qalıq və aktlar 777,60 manat, ödəniş 75,84 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə gələn təbii qazın sərfiyyatını ölçən sayğac cavabdeh təşkilatın əməkdaşları tərəfindən çıxarılaraq ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, həmin aktda göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qapağı, yan tərəfi əzilib. Sayğacın zavod seriyası yazılmış lövhə özünə məxsus deyil. Həmin akt əsasında Cavabdeh Bakı Regional qazın Satışı Dapertamentinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 6480 kub metr itirilmiş qazın bərpası ilə əlaqədar əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya aid olan sayğac yenisi ilə əvəz edilmiş, həmin vaxt sayğacda qüsurlar olması barədə aktda hər hansı qeyd olmamış, sayğacın dəyişdirilməsi ilə bağlı iddiaçıya 777,60 manat məbləğində cərimə hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya sayğacın dəyişdirilməsi ilə bağlı əlavə olaraq 777,60 manat cərimə əsassız olmuşdur. Belə ki, “Qaz təchizatı haqqında” AR Qanununun 13-cü maddəsinin 9-cü bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçıya aid olan qaz sayğacı zədələnsə də, həmin zədələnmənin məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən olunmamışdır. Beləliklə məhkəmə iclasında qaz sayğacında baş verən qüsurun iddiaçının təqsiri ucbatından yaranması və sayğaca müdaxilənin edilməsi halı müəyyən edilmədiyindən, yeni quraşdırılmış sayğaca görə sayğac haqqının istehlakçıdan tələb edilməsi əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi sayğacın dəyişdirilməsi ilə bağlı yazılmış 777,60 manat borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının evində aid olan sayğacda qüsur aşkar olunsa da, həmin qüsurun məhz iddiaçının günahı ucbatından baş verməsi və ya iddiaçının sayğaca müdaxilə etməsi nəticəsində baş verməsi müəyyən edilməmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 21-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Göründüyü kimi cavabdeh təşkilat qanunda nəzərdə tutulmuş hallarda təbii qazın istehlakçıları barəsində müvafiq cərimə tədbirləri tətbiq edə bilər. Lakin məhkəmə qeyd edir ki, iddiaçıya hesablanmış əlavə sərfiyyat normadan hər hansı normativ hüquqa akta əsaslanmamışıdr. Yuxarıda göstərilən Qanundan isə görünür ki, həmin qanunda cərimənin hesablanması qaydası müəyyən edilməmişdir. Yəni cərimənin hesablanması prosedurunun hüquqi tənzimlənməsi qanunda nəzərdə tutulmamışdır. “Normativ hüquqi aktlar haqqında” Azərabycan Respublikası Konstitusiya Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının X1 Reyestrinə (bundan sonra – X1 Reyestri) daxil edilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, abonent barəsində hər hansı cərimə tətbiq edilərkən bunun üçün tutarlı əsaslar olmalı və abonentin qazdan qanunsuz istifadə etməsi halı mötəbər sübutlarla təsdiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində itirilmiş qazın bərpası ilə əlaqədar hesablanmış əlavə sərfiyyat hər hansı normativ hüquqi akta əsaslanmadığından, eyni zamanda sayğacın zədələnəmsi faktı istehlakçının təqsiri ucbatından baş verməsi müəyyən olunmadığından, iddiaçıya itirilmiş qazın bərpası ilə bağlı əlavə hesabatın aparılması qanuni hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesablanmış 777,60 manat məbləğində pulun istehlakçıdan tələb edilməsi əsassız hesab edilərək həmin hala görə yaranmış borc silinməlidir. AR MPM-nin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 6 ünvana **********00024 saylı abonent hesabına hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2073/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2073/2023
20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver