Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-209/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun barəsində yazılmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin aprel-may aylarında su pulu yığan Əsgər adlı şəxs sakinlərə su borcu olan qəbzləri paylayan zaman öz borcu ilə əlaqədar ona müraciət etmişdir. Həmin şəxs ona dedi ki, “onun mənzilinə quraşdırılmış su sayğacı göstərmir.” O həmin nəzarətçidən su pulu borcunun hansı şəkildə müəyyən olunacağını soruşduqda, o dedi ki, idarəyə məlumat verəcək ki, araşdırsınlar. Sonrakı ayda da Əsgər ona qəbz vermədikdə yenə dedi ki, deyəcək gəlib baxacaqlar. Sonrakı ayda Sukanal İdarəsindən iki nəfər gəlib küçədən mənzilinə uzanan su borusunu yoxlamağa başladılar. Sonra onlardan biri həyətindəki su sayğacının yanında yeri qazdı və məlum oldu ki, boru korroziyaya uğrayaraq çürümüş və su buraxmağa başlamışdır. Bir neçə müddət axan su onun yaşadığı evin altına, oradan da naməlum istiqamətə axırmış. Bu müddət ərzində evinə su gəldiyindən bu onda şübhə oyatmamışdı və bu səbəbdən suyun borunun korroziyaya uğrayan hissəsindən axaraq getməsi hiss olunmamışdır. Həmin şəxslər ona dedilər ki, həmin borunu o özü təmir etdirməlidir. O bildirdi ki, burada hər hansı bir qəza olmayıb ki, o özü təmir etsin. Boru köhnədir və istifadə müddəti bitdiyinə görə korroziyaya uğrayaraq çürümüşdür. Onlar isə onu dinləməyib getdilər. O bir həftə ərzində həmin borunu 50 manat təqaüdündən xərcləyərək təmir etdirdi. Sonrakı aylarda həmin nəzarətçi ona su pulu qəbzi gətirəndə təəcübləndi. Çünki ona hər ay istifadə etdiyindən daha çox su pulu borcu daxil olmuşdu. Halbuki, o tək yaşayır və hər istifadə etdiyi suyun borcu 3 və ya 5 manat civarında olmuşdur. Bu dəfə isə 659,50 manat göstərirdi. Nəzarətçinin deməsinə görə bu, syağacın göstərdiyi rəqəm idi. O yuxarıda göstərdiyi xüsusatlar barədə Azərbaycan Respublikası Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Səbail Rayon Sukanal İdarəsinə borcunun səbəbləri barədə məlumat vermələri barədə ərziə ilə müraciət etdi. Cavab məktubunda ona bildirdilər ki, həmin xüsusatlara görə məsuliyyəti o özü daşıyır. Lakin o bununla razı deyil, belə ki, baş vermiş korroziya hadisəsi qəza deyil, bu, borunun istifadə müddətinin bitdiyinə görə baş vermiş su itkisidir və bundan onun məumatı olmayıb. Həm də, əgər nəzarətçi bu barədə ilk ayda, vaxtında Sukanal İdarəsinə məlumat versə idi, bu qədər borc da yığılmazdı. O isə, ona yazılan borcla razı deyil. Çünki ona aid olmayan bir problemə görə nə üçün o, borc ödəməlidir. Onun barəsində yazılmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını xahiş etdi və izahatında göstərdi ki, pandemiya ilə əlaqədar olaraq 2020-ci ilin aprel-may aylarında iddiaçının mənzilinə quraşdırılmış su sayğacına nəzarətçi baxa bilməmişdir, lakin may ayında nəzarətçi sayğaca baxanda görmüşdür ki, sayğacda problem var, belə ki, nəzarətci sayğaca baxanda pulun çox yazıldığını müəyyən etmişdir. Onlar avqust ayında hesabatı dayandırdılar. İddiaçının silinməsini xahiş etdiyi borc iki ay müddətində, yəni aprel-may aylarında yaranıb. Sayğaca borc yazıldığı üçün həmin borc istehlakçı tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, irəli sürülən tələbin dəlilllərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, RO-01/7-753 saylı məktubundan görünür ki, su istehlakçısı kimi ərizəçi ilə Səbail rayon Sukanal İdarəsi arasında 12777827 nömrəli müqavilə imzalanmış və ərizəçiyə **********081 nömrəli abonent kodu verilmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq Səbail SKİ ərizəçini içməli su ilə təchiz etməyi, ərizəçi isə işlədilmiş suyun dəyərini ödəməyi öhdəsinə götürmüsdür. İstehlakçıya verilən suyun miqdarı suölçən sayğaclar vasitəsi ilə müəyyən olunur. xx.xx.2020-ci il tarixində nəzarətçi tərəfindən ərizəçininn su sayğacı növbəti dəfə oxunmuş və sayğacın göstəricisinə görə 1319 m3 su işlədilməsi qeydə alınmışdır. Mütəxəssislər tərəfindən sayğaca baxış keçirilmiş və sayğacın normal işlədiyi qeydə alınmışdır. Böyük həcmdə su istehlakı su sayğacından sonra istehlakçıya məxsus su xəttində baş vermiş nasaslıq səbəbindən yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ilin 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçıların su təchizatı və tullantı sularının qoşulması üçün texniki şərtin verilməsi və qoşulma qaydalarına” görə su sayğacından sonrakı su şəbəkəsindəki su itkilərinə görə istehlakçı özü məsuliyyət daşıyır. Məlumat üçün bilidirilmişdir ki, xx.xx.2020ci il tarixinə ərizəçinin su istifadəsinə və tullantı sularının axıdılmasına görə Səbail rayon Sukanal İdarəsinə 651.00 manat borcu vardır. Borcun hissəli ödənişinin razılaşdırılması üçün ərizəçinin Səbail rayon Sukanal İdarəsinə müraciət etməsi tələb olunmuşdur. İş materiallarında olan Cavabdeh ASC Səbail rayon X1 Fakturasından görünür ki, İddiaçı su borcu 656 manat təşkil edir. İş materiallarında olan Səbail rayon İcra Hakimiyyəti Başçısının 1163 saylı, xx xxxx 1998-ci il tarixli sərəncamından görünür ki, Səbail rayon məhkəməsinin xx xxxx 1998-ci il tarixli qətnaməsi ilə İddiaçı Timçenko küçəsi, 14 №-li binanın həyətində yerləşən 8 A №-li özbaşına tikiliyə yaşamaq hüququ tanınmışdır. Təqdim olunmuş abonent kartından görünür ki, İddiaçı ünvanında olan sayğacın göstəricisinə görə xx.xx.2020-ci il tarixə su sərfiyyatı 11 m3 olmuş, cəmi borc 5,50 manat qeyd edilmişdir. Bundan sonra 2020-ci ilin may, iyun, iyul ayları üçün sayğac göstəricisi oxunmamış və bundan sonra xx.xx.2020-ci il tarixə sayğacın göstəricisinə görə su sərfiyyatı 1319 m3 olmuş, cəmi borc 659,50 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149-cu maddəsinə əsasən öhdəçiliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: əmlakı verməli, işi yerinə yetirməli, pulu verməli və sairə, yaxud müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə, borcludan öz vəzifələrinin icrasını tələb etmək hüququ vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» xx xxxxxxxx 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 1999-cu il tarixli Qanununun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 №-li Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1. bəndində Su təchizatı və kanalizasiya müəssisəsinin (STKM) aşağıdakı vəzifələri göstərilmişdir: 2.1.4. istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; 2.1.6. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək). Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, “Sudan istifadə Qaydaları”nın yuxarıda göstərilən normalarının tələblərinə zidd olaraq, su təchizatı müəssisəsinin nəzarətçisi tərəfindən İddiaçı ünvanında olan su sayğacının göstəricisi hər ay oxunmalı olduğu halda, xx.xx.2020-ci il tarixdə oxunmuş (həmin vaxt üçün su sərfiyyatı 11 m3, cəmi borc 5,50 manat olmuş), bundan sonra 2020-ci ilin may, iyun, iyul ayları üçün sayğacın göstəricisi oxunmamış və yalnız xx.xx.2020-ci il tarixdə nəzarətçi tərəfindən sayğacın göstəricisi oxunaraq su sərfiyyatının 1319 m3 olduğu müəyyən edilmiş və həmin miqdarda su sərfiyyatına görə iddiaçıya 659,50 manat məbləğində borc hesablanmışdır. İddiaçının abonent kartından görünür ki, iddiaçı tərəfindən 2018, 2019 və 2020-ci illər üçün sərf olunan suyun həcminin ən yuxarı həddi 19 m3, ən aşağı həddi isə 2.10 m3 olmuşdur. Məhkəmə iclasında tərəflərin izahatları ilə həmçinin müəyyən olundu ki, iddiaçının ünvanında böyük həcmdə su istehlakı su sayğacından sonra iddiaçıya məxsus su xəttində baş vermiş nasazlıq, yəni su borusunun torpaq altında olan hissəsinin korroziyaya uğrayaraq çürüməsi və suyun naməlum istiqamətdə axıb getməsi nəticəsində yaranmışdır. Məhkəmə hesab edir ki, belə olduğu təqdirdə, eləcə də, su təchizatı müəssisəsinin nəzarətçisi tərəfindən iddiaçının ünvanında olan su sayğacı hər ay oxunmalı olduğu halda, 4 ay ərzində oxunmaması səbəbi ilə iddiaçının ünvanında olan su itkisinin vaxtında aşkar edilməməsinə görə məsuliyyətin iddiaçının üzərinə qoyulması ədalətsiz olardı. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının ünvanına aid su sayğacının oxunmadığı 4 ay (may, iyun, iyul, avqust) üçün hər ay orta hesabla 8 m3 su sərfiyyatı üçün 6 manat borc olaraq cəmi 24 manat (4 ay x 6 manat) borc hesablanmalı, həmin məbləğ iddiaçıya hesablanmış 659,50 manat borc məbləğindən çıxılmaqla qalan 635,50 (659,50- 24=635,50) manat məbləğində borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə,. QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 14 ö/t 8A saylı ünvan üzrə İddiaçı **********081 saylı abunə hesabından 635,50 (altı yüz otuz beş manat əlli qəpik) manat borc silinsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-209/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-209/2021
10.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver