Məhkəmə qərarları › İş №2(009)-211/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-211/2022

28.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-211/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, 18.10.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, özünə məxsus olan JN-225A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə 0,6 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. 10.11.2021-ci il tarixdə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsindən verilən cavabda JN-225A saylı şəhadətnamədə hüquq sahibinin soyadı və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyadı və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-225A nömrəli şəhadətnamədə hüquq sahibi “X5” göstərildiyi halda, Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edildiyindən dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi tələb olunan sənədi verməli olan yeganə orqan həmin sənədi verməkdən imtina etdiyindən və o, həmin sənədi başqa qaydada əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq ərizəçi JN-225A saylı, KOD 30801006 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquqi sahibi “X6”nun soyadı, adı və ata adınını şəxsiyyət vəsiqəsinin nömrəsi AA 1798072, FİN: xxxxxxx olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə uyğun olaraq “Ərizəçi” olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə Azərbaycn Respublikası MPM-nin 53-cü maddəsinə əsasən tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək X2 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-225A saylı, KOD 30801006 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi (şəxsiyyət vəsiqəsinin nömrəsi AA 1798072, FİN: xxxxxxx) məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin nümayəndəsi və vəkilin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə AA******* nömrəli (FİN: xxxxxxx) Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə anadan olmuşdur. İş üzrə JN-225A saylı, KOD 30801006 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 04.08.1997-ci il tarixli 249 saylı qərarına əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,06 ha torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 ünvanlanmış daşınmaz əmlak üzərinə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 10.11.2021-ci il tarixli bildirişindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət üzrə əlavə edilmiş JN-225A nömrəli torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilən hüquq sahibinin soyadı və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən soyad və ata adı arasında fərq olduğu aşkar edilmişdir. Belə ki, JN-225A nömrəli şəhadətnamədə hüquq sahibi “X8” oğlu göstərildiyi halda, etibarnamədə “Ərizəçi” kimi qeyd edildiyi aşkar edilmişdir. Bildirirlər ki, əsasında müraciət etdiyi Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən 24.09.2021-ci il tarixdə təsdiq edilmiş 7E-10493 nömrəli etibarnamənin 34.10.2021-ci il tarixədək qüvvədə olduğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, JN-225A saylı, KOD 30801006 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ərizəçiyə 0,6 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, JN-225A saylı, KOD 30801006 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə ərizəçinin soyadında və ata adında yanlışlığa yol verilmiş və onun soyadı «Sadıxov» əvəzinə «Sadıqov» kimi, ata adı “Fuat” əvəzinə “Fuad” kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənəddə (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə) ərizəçinin soyadı və ata adı səhv göstərildiyindən, ərizəçi həmin sənədin ona məxsusluğu barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu səbəbdən məhkəmə hesab edir ki, JN-225A saylı, KOD 30801006 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. X2 adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-225A saylı, KOD 30801006 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi (şəxsiyyət vəsiqəsinin nömrəsi AA 1798072, FİN: xxxxxxx) məxsus olması barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar