Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2112/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi İddiaçının nümayəndəsi-vəkili X3 və cavabdehin nümayəndəsi-vəkili X6 oğlunun iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «əşyaların qanunsuz sahiblikdən geri tələbi» barədə iddiası üzrə mülki işə 08 oktyabr 2021-ci il tarixdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «əşyaların qanunsuz sahiblikdən geri tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İçəri şəhərdə yerləşən “AGORA” restoranının mətbəx və digər zallarında quraşdırılmış mebellər, avadanlıqlar və bütün digər daxili aksessuarların qanunsuz sahiblikdə alınıb iddiaçıya qaytarılması və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19.12.2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən 135.000 ABŞ dolları dəyərində mebel və digər avadanlıqlar qəbul edilmişdir. 15.06.2019-cu il tarixədək qeyd olunan məbləğin tam ödənilməsi razılaşdırılsa da, həmin məbləğin yalnız 70.000 ABŞ dolları hissəsi cavabdeh tərəfindən ödənilmiş, qalan 65.000 ABŞ dolları məbləğində pul ödənilməmişdir. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq onun tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qismən qəbul edərək, cavabdeh tərəfindən hazırki vaxta kimi iddiaçıya ödənilmiş pul məbləği dəyərində olan əşyaların cavabdehdə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 19.12.2018-ci il tarixli müqavilənin və Müqaviləyə 001 nömrəli Əlavənin surətindən görünür ki, satıcı Əzizov X2 göstərilən malları alcı Cavabdeh satır, alıcı isə həmin malı qəbul edir və razlaşdırılmış qaydada malın dəyərini ödəyir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən alıcı tərəfindən müqaviləyə Əlavənin 2-ci bəndində qeyd olunan şərtlər icra müddəti ərzində pozularsa, ödənilmiş məbləğlər geri qaytarılmayacaq. Müqaviləyə 001 nömrəli Əlavənin 2-ci bəndinə əsasən alıcı 6 ay ərzində malın dəyəri kimi 135.000 ABŞ dolları məbləğində pul vəsaitini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin mahiyyəti və onuın əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ödənişin hissə-hissə ödənilməsi şərti ilə bağlandığı müqavilələr (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Az. Res. Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh X7 İddiaçı alqı-satqı müqaviləsi üzrə aldığı əşyanın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, MPM-nın 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İçəri şəhərdə yerləşən “AGORA” restoranının mətbəx və digər zallarında quraşdırılmış mebellər, avadanlıqlar və bütün digər daxili aksessuarlar Cavabdeh alınıb İddiaçı qaytarılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-2112/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2112/2021
08.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver