Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-212/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0081 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxilil maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 5.553,68 manat, cərimə üzrə 2.000,00 manat, cəmi 7.553.68 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə xx/xx/0081 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 5,000.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2017-ci il buraxılışı olan divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 2 ədəd pol oborot vintil 25 mm, 120.0 ədəd radıator, 34 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 160 sm, 80 ədəd boru 20 mm, 124 ədəd boru 25 mm, 16 ədəd boru 32 mm, 80 ədəd dirsək 90* 20 mm, 80 ədəd dirsək 90* 25 mm, 10 ədəd kecıd 25* 20, 20 ədəd mufta 20 mm, 20 ədəd mufta 25 mm, 22 ədəd rekor düz 20 mm, 18 ədəd rekor 90* 20 mm, 40 ədəd troynik 25-20, 12 ədəd troynik 25 mm, 70 ədəd xamut 20 mm cüt, propka və şrup, 100 ədəd xamut 25 mm cüt, propka və şrup, 10 ədəd dirsək 32 mm, 6 ədəd troynik 32 mm, 6 ədəd kecıd 32*25 (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 29.09.20-ci il tarixinədək lizinq ödənişləri üzrə 5.553,68 manat, cərimə üzrə 10.278,74 manat olmaqla, cəmi 15.832,42 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdehlə bağlanmış daxili maliyyə lizinqi müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixində bitib. xx/xx/0081 saylı, xx xxxxxx 2018-ci il tarixli Daxilil maliyyə lizinqi müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 5.553,68 manat, cərimə üzrə 2.000,00 manat, cəmi 7.553.68 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı» MMC-ə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, İddiaçı» MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə xx/xx/0081 saylı Daxili maliyyə lizinqi müqaviləsi bağlanmışdır. Lizinq müqaviləsinə əsasən iddiaçı 5,000.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2017-ci il buraxılışı olan divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 2 ədəd pol oborot vintil 25 mm, 120.0 ədəd radıator, 34 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 160 sm, 80 ədəd boru 20 mm, 124 ədəd boru 25 mm, 16 ədəd boru 32 mm, 80 ədəd dirsək 90* 20 mm, 80 ədəd dirsək 90* 25 mm, 10 ədəd kecıd 25* 20, 20 ədəd mufta 20 mm, 20 ədəd mufta 25 mm, 22 ədəd rekor düz 20 mm, 18 ədəd rekor 90* 20 mm, 40 ədəd troynik 25-20, 12 ədəd troynik 25 mm, 70 ədəd xamut 20 mm cüt, propka və şrup, 100 ədəd xamut 25 mm cüt, propka və şrup, 10 ədəd dirsək 32 mm, 6 ədəd troynik 32 mm, 6 ədəd kecıd 32*25 (bundan sonra «Lizinq obyekti») cavabdehin istifadəsinə və sahibliyinə verilmişdir. Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixdə xx/xx/0081 saylı Daxili maliyyə lizinqi müqaviləsinə dəyişikliklərin edilməsi barədə 1 №-li razılaşmadan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmışdır. Lizinq ödənişlərinin ümumi məbləği 6.982,68 manat təşkil edir. Qeyd edilən müqaviləyə əsasən alıcı qismində çıxış edən İddiaçı MMC əmlakı lizinqə vermək məqsədilə əldə edir. İş materiallarında olan xx/xx/0081 LQ2 saylı Lizinq ödənişləri qrafikin 2 saylı əlavədən görünür ki, Cavabdeh borcun ödənilməsinə xx.xx.2018-ci il tarixdən başlamalı, hər ay 318.60 manat ödəməklə borcu xx.xx.2020-ci il tarixdə bitməli idi. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Təhvil-Təslim Aktı”ndan aydın olur ki, Daxili Lizinq müqaviləsi üzrə lizinq alan İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixli, xx/xx/0081-LQ2 nömrəli lizinq obyektinin alqı-satqı müqaviləsi üzrə satıcı qismində çıxış edən X1 lizinq obyekti olan 5,000.00 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və müqavilə üzrə lizinq obyekti sayılan 1 (bir) ədəd 2017-ci il buraxılışı olan divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 1 ədəd stabilizator, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 2 ədəd pol oborot vintil 25 mm, 120.0 ədəd radıator, 34 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 160 sm, 80 ədəd boru 20 mm, 124 ədəd boru 25 mm, 16 ədəd boru 32 mm, 80 ədəd dirsək 90* 20 mm, 80 ədəd dirsək 90* 25 mm, 10 ədəd kecıd 25* 20, 20 ədəd mufta 20 mm, 20 ədəd mufta 25 mm, 22 ədəd rekor düz 20 mm, 18 ədəd rekor 90* 20 mm, 40 ədəd troynik 25-20, 12 ədəd troynik 25 mm, 70 ədəd xamut 20 mm cüt, propka və şrup, 100 ədəd xamut 25 mm cüt, propka və şrup, 10 ədəd dirsək 32 mm, 6 ədəd troynik 32 mm, 6 ədəd kecıd 32*25 təhvil alınmışdır. Mülki iş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışdan aydın olur ki, qeyd edilən müqavilə üzrə borclu Cavabdeh İddiaçı MMC-yə ödənişlər üzrə borc qalığı 5.553,68 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, cavabdehə lizinq ödənişlərini ödənilməsi, əks halda lizinq obyekinin geri alınması və bununla da xx.xx.2018ci il tarixli, xx/xx/0081 saylı Daxili lizinq müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi tədbirlərinə başlanacağı haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.1, 748-2.2-ci maddələrinə əsasən lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Cavabdeh və İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə faizlər hesablanmaq şərti ilə Daxili lizinq müqaviləsi bağlanmışdır. Daxili lizinq müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən öhdəlik yerinə yetirilmiş və cavabdehə lizinq obyekti istifadəyə verilmişdir. Lakin cavabdeh Daxili lizinq müqaviləsi üzrə dövri lizinq ödənişlər etməli olduğu halda, müəyyən miqdarda lizinq ödənişi etmiş, sonradan öhdəliyini pozaraq ödənişləri vaxtında aparmamışdır. İddiaçı tərəfindən öhdəliyin yerinə yetirilməsi, əks halda lizinq obyektinin geri alınması və Daxili lizinq müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi ilə bağlı cavabdehə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisənin məhkəmədən kənar qaydada həll olunması cəhdi heç bir nəticə verməmişdir. Nəticədə cavabdehin xx.xx.2018ci il tarixli Daxili lizinq müqaviləsinə əsasən lizinq şirkətinə 5.553,68 manat lizinq məbləği üzrə qalıq borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. Odur ki, iddiaçının cavabdehə qarşı qeyd edilən məbləğdə tələbi müqavilə hüququ çərçivəsində dəyərləndirildikdə əsaslıdır. Lakin cavabdehdən 2.000,00 manat məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfındən ödənilməmiş borcun miqdarını, hesablanmış dəbbə pulunun əsas borca münasibətdə kifayət qədər yüsək və tənasübsüz olmasını nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldaraq 555 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli Daxili lizinq müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh İddiaçı xeyrinə 5.553 manat əsas borc, 555 manat cərimə borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilməmiş lizinq ödənişləri üzrə 5.553,68 (beş min beş yüz əlli üç manat altmış səkkiz qəpik) manat, cərimə üzrə 555 (beş yüz əlli beş) manat və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırov
Məhkəmə qərarları › İş №2(009)-212/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-212/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver