Məhkəmə qərarları › İş №2(009)-2130/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2130/2020

26.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2130/2020 26.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəticələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “HONDA CİVİC” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 Cavabdeh ilə arvadı X5 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin yaratdığı hüquqi nəticələr ləğv edilməsi, avtomobilin üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun bərpa edilməsi və avtomobili İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iş birliyi qurmaq niyyətləri olub, belə ki o, investor qrupları ilə sıx əlaqədə olduğunu bildirmişdir və həmin qrupları birgə biznesə cəlb etməklə gələcək maliyyə tədbirlərini həyata keçirməsində böyük təcrübəsi olmasına onu inandırmışdır. Beləliklə o, 2018-ci ilin aprel ayından öz ideyalarına uyğun onu müəyyən məsrəflər etməyə sövq etmiş, icarəyə ambar götürmək, sonra yenisi ilə əvəz etmək və s. Bu məsələnin həllində avtomobilə ehtiyacı olmasını bildirmişdir iddiaçıda özünə məxsus “HONDA CİVİC” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilimi yalnız sürmək üçün etibarnamə ilə ona vermişdi. Beləliklə cavabdeh bir il avtomobilini idarə etdi və daha sonra 2019-cu ilin aprel ayında bildirdi ki, arvadı X5 da ara-sıra avtomobillə hava limanına gedib-gəlmək istəyir və bunun üçün də sürmək etibarnaməsinə ehtiyac var, o etiraz etmədi. 2019-cu ilin may ayında Cavabdeh bildirdi ki, artiq investor qrupları gəlmək və böyük maliyyə vəsaitləri gətirmək ərəfəsindədirlər, iş yetişib, ilkin olaraq aralarında niyyət protokolu imzalamağa ehtiyac var. İnvestorlar ilk maliyyə tranşı hesaba oturdandan sonra ona çatası gəlirin bir hissəsi əvəzinə onun istifadəsində olan avtomobilinin onun mülkiyyətinə verilməsi barədə xx xxx 2019-cu il tarixində niyyət protokolu imzaladıq. 2019-cu ilin iyun ayında cavabdeh bildirdi ki, ilk maliyyə tranşı iyun ayının sonunda köçürüləcək yəni bir az yuvanır, artıq heç bir problem yoxdur ona görə də ona baş etibarnamə versin. xx xxxx 2019-cu il tarixində Cavabdeh baş etibarnamə verdi. Lakin aylar keçdi nə malyyə tranşı gəldi nə də vəd olunan biznes sıçrayışı baş verdi, hər səfər növbəti vədlər verilirdi. O şəxsi işləri ilə əlaqədar tez-tez xaricdə olur və oradan cavabdehlə yalnız telefon əlaqəsi olurdu. 2020-ci ilin əvvəlində ölkə xaricinə getmiş, Coronavirus pandemiyasına görə Bakıya 2020-ci ilin iyun ayında qayıda bilmişdi. Cavabdeh barədə məlumat aldı və bəlli oldu ki, avtomobilini yenə də arvadı X5 idarə edir. Arvadının adına olan sürmək etibarnaməsinin müddəti 2025-ci ilə kimi olduğuna görə heç də narahat olmadı. Lakin sonra öyrəndi ki, avtomobilini cavabdehin arvadı X2 adına keçirilib. Dərhal vəkilə müraciət etdi, AR DİN Baş Dövlət X10 vəkil sorğusu verildi, həmin sorğuya alınan cavabdan məlum oldu ki, Cavabdeh ona məxsus “HONDA CİVİC” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx.xx.2019-cu il tarixində AR DİN Baş Dövlət X6 formal olaraq alğı-satqı müqaviləsi bağlayaraq arvadı X2 adına rəsmləşdirmişdir. Cavabdeh etibarnamə əsasında ona verilmiş səlahiyyətdən sui- istifadə edərək etibar edənə, yəni ona məlumat vermədən, nə alğı-satqı müqaviləsi bağlanarkən nə də bundan əvvəl baş etibarnamə verilərkən ona hər hansı məbləğdə pul ödəmədən nəqliyyat vasitəsini öz (birgə) mülkiyyətinə almışdır. Cavabdeh məhkəməyə iddia ərizəsinə dair etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o etibarnamə əsasında verilmiş səlahiyyətdən sui-istifadə edərək etibar edənə, yəni ona məlumat vermədən, nə alğı-satqı müqaviləsi bağlanarkən, nə də bundan əvvəl baş etibarnamə verilərkən ona hər hansı məbləğdə pul ödəmədən nəqliyyat vasitəsini guya öz mülkiyyətinə keçirmişdir. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Onun iddiaçı ilə tanışlığı 2016-cı ilə təsadüf edir. Həmin vaxt tanışı, onun kürəkəni - Zeynal Cabbarzadə onu iddiaçı ilə tanış etmişdir. İlk vaxtlar işi iddiaçıya informasiya texnolgiyaları (İT) sahəsində köməklik göstərmək olmuş, o ondan saytın qurulmasını, sifarişlərin onlayn əlaqələndirilməsini və s. təşkil etməyi xahiş etmişdir. Nəticədə iddiaçının sifarişi əsasında onun üçün internet mağaza, telefon üzrə satış çağrı mərkəzi, avtomatlaşdırılmış çatdırılma və anbar sistemlərini (azom.az brendi altında) sıfırdan yaratmışdır. Bütün bu işlərə demək olar ki, ilk vaxtlarda köməklik məqsədilə başlamışdır. O ona inanmış, nə təklif edibsə o ona qoşularaq, işinə canla-başla yanaşaraq ona hər cür dəstəyi göstərmişdir. Həmişə də iddiaçı tərəfindən əməyinin dəyərləndiriləcəyinə inanmışdır. Onun da onun peşəkarlığına heç bir şübhəsi olmamışdır. Onun xaricdə (Cenevrə, Sinqapurda) aldığı təhsil, işlədiyi layihələr ona məlum olmuşdur. Bütün məsələlərlə bağlı həmişə İddiaçılə danışırdı, onu məlumatlandırırdı və hər bir xırda məsələdə belə son söz və qərar bütövlüklə ona məxsus idi, ona görə ki, xərclər onun şəxsi büdcəsindən ödənilirdi. Onun vəzifəsi isə onun işini texniki tərəfdən qurmaq və biznes iradəsini səmərəli işlərə yönəltmək idi. Birgə çalışdığları illər ərzində iddiaçı əsas iş yerindən ondan öz hesabına məzuniyyət götürməyi tez-tez xahiş edirdi ki, birgə layihədə daha çox iştirak etsin və həmin günlərin məbləğini onun üçün əvəzləşdirməyə çalışırdı. Beləliklə, onun bir iş gününün dəyərini 100 AZN olaraq qəbul etmişdir. Aeroportda əsas işində növbəli işləyir və bütün istirahət günlərini bu illər ərzində yanlız AZOM.AZ layihəsi ilə məşğul olmuş, ortalama həftədə ən azı 4 gün həmin layihə üzərində çalışmışdır. Əsas iş yerindən iddiaçının xahişi ilə onunla tez-tez görüşmək, ofisində işləmək üçün vaxtında gəlmək üçün avtomobilə ehtiyac yaranmışdır. İddiaçı özü ona avtomobilini təklif etmiş, hətta onu idarə etmək üçün xx xxxxx 2018-ci ildə ona etibarnamə vermişdir. Hətta avtomobilin ona birdəfəlik verilməsi ilə bağlı da razılaşmışdırlar. Çünki, iddiaçının maliyyə çətinlikləri olduğundan onu işə tam cəlb edə bilmirdi, onun əvəzinə ona satışlardan müəyyən faiz təklif etmişdir - o da bütün operativ xərcləri çıxdiqdan sonra, satışdan gələn gəlirin 40%-i ona söz vermişdir. 2017-ci ildən başlayaraq Kamil ona 300-400 azn civarmda aylıq maaş verməyə başlamışdır (qeyri-rəsmi). 2018-ci ildə ona xidmət haqqını 600 manata artırsa da, aprel ayında o razılaşdığları şəkildə onun ona verdiyi avtomobil üçün pul ödəməyə başladığı üçün bu məbləğ artıq 200 manata enmişdir. Yəni 600 manatdan 400 manat (maşının pulu) çıxılırdı və ona cəmi 200 manat verilirdi. Aralarında heç bir sənədi imzalamamışdılar, tanışının qaynatası və yaşda ondan böyükdür deyə çox dərinə getməmişdir, həmçinin o vaxt onların aralarında artıq dostluq və yoldaşlıq münasibəti yaranmışdır. İddiaçıya ona məxsus “Honda Civic” markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili könüllü qaydada özü onun mülkiyyətinə vermişdir. Yuxarıda da qeyd etdiyi kimi onun ona köməkliyi təkcə İT sahəsində olmamış, eyni zamanda biznes təkliflərinin, layihələrinin hazırlanmasında iştirak etmişdir. Bütün bu gördüyü işlərin qarşılığını tam formada iddiaçı heç də ona ödəməmiş, gedişatı izləmiş, qeyd olunan avtomobil üçün də ona 5600 manat vəsait onun xidmət haqqımdan tutulmuşdur. İddia ərizəsində qeyd olunan protokol razılaşmasını isə onlar son vaxtlar imzalamışdırlar. Bu sənədə qədər baxmayaraq ki, aralarındakı əməkdaşlıq 2016-cı ildən başlamışdır, başqa sənəd təəssüf ki, imzalanmamışdır. Çünki onlar bir-birilərinə inanaraq etibar etmişdilər. Qeyd olunan protokol razılaşmanın 2.3-cü bəndində “Honda Civic” markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə keçirilməsi birbaşa qeyd olunmuşdur. Bəhs olunan maliyyə tranşı isə obyektiv səbəblərdən baş tutmamışdır. Bunu İddiaçı özü də bilirdi. O ona bütün proses barədə məlumatlar vermiş, cəlb olunan investor təkliflərini onunla birgə müzakirə etmişdirlər. Bir çox biznes təkliflərini onunla razılaşdıra bilməmişdir. Ümumiyyətlə, işlərin dairəsi və perspektivi üçün vaxta ehtiyac olmuşdur. İnvestorlarla apardığı danışıqlar və onların nəticələri barədə iddiaçı məlumatlı olmuşdur. Onların bütün email yazışmaları qalır və həmin yazışmaların mətni də onun dediklərimi təsdiq edir. Onları da məhkəməyə təqdim etməyə hazırdır. xx xxxx 2019-cu il tarixdə investisiya şirkətlərinin birindən aldığı yazılı mənfi cavabı və bu barədə İddiaçı məlumat verdiyini təsdiq edən materialı bu etirazına qoşma sənəd olaraq əlavə edir. Bu sərəncam hüququna dair etibarnamənin verilməsindən 4 gün əvvəl baş vermişdir. Onların aralarında whatsapp yazışmaları da Kamilin bundan xəbərdar olduğunu bir daha təsdiqləyir. Avtomobilin onun adına keçirildiyi günü çox yaxşı xatırlayır. Demək, 2019-cu ilin iyun ayında iddiaçı onun ona təhvil verdiyi investisiya sənədi müqabilində Honda Civic” markalı ** GR *** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətinə keçirilməsini özü ona təklif etmiş, hətta 5 saylı Bakı “ASAN xidmət” mərkəzində nəqliyyat vasitəsinə dair sərəncam hüququna dair etibarnamənin verilməsi üçün ona növbə götürdüyünü bildirmiş və onu həmin xidmət mərkəzinə dəvət etmişdir. Yəni bu hərəkətləri iddiaçı özü könüllü şəkildə heç bir təsir altında olmadan etmişdir. Bir halda ki, protokol razılaşmasına əsasən o öhdəliklərini yerinə yetirməmişdirsə, o niyə belə bir addım atırdı? İddiaçı üçün gördüyü işləri, qurduğu sistemləri bu gün də o istifadə edə bilər, bəlkə də edir. Bu danılmaz faktdır. Yekun olaraq ona təhvil verdiyi sistem tam işlək olmuşdur. Onların dəyəri, ümumiyyətlə gördüyü işlər ona tam həcmdə iddiaçı tərəfindən ödənilməmişdir. Avtomobil də gördüyü işlərin bir hissəsinin əvəzi olaraq iddiaçı tərəfindən ona verilmişdir. Avtomobilin həyat yoldaşının adına keçirilməsində qəbahətli bir iş tutmamışdır. Çox vaxt uşaqların məktəbə aparılması və s. onun ehtiyacı olmuşdu deyə bunu etmişdir. İddiaçı da keçən ilin iyun ayında ona etibarnamə verəndə hansı növ etibarnaməni verdiyini bilirdi. Onun tərəfindən ona nəqliyyat vasitəsinə sərəncam verməyə dair etibarnamə verilmişdir. Həmin etibarnamənin mətnində sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, onun üzərində sərəncam vermək və s. göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddiaçı cavabdeh ilə iş birliyi qurmaq üçün razılaşmışlar. Pul qazandıqları, gəlir götürdükləri halda maşın cavabdehə keçməli idi. Bütün xərci iddiaçı çəkib, gəlir də olmayıb. İş alınmayıbsa cavabdehə verməli deyildir. Faktiki olaraq cavabdeh qanunsuz şəkildə maşını yoldaşının mülkiyyətinə keçirib. İddiaçı demək olar ki, ilin çox hissəsini xaricdə keçirir. 9 ay Azərbaycanda olmayıb. Gələndən 21 gün sonra müqavilə bağlamışlar və BDYPİ-ə göndərilən sorğu əsasında həmin maşını alğı-satqı müqaviləsi əsasında cavabdeh tərəfindən yoldaşına satıldığını öyrənmişlər. Müqavilə qanunsuz olduğundan iddianın ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 “HONDA CİVİC” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri barədə çıxarışdan görünür ki, “HONDA CİVİC” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2011-ci il tarixdə mülkiyyətçisi İddiaçıdur. xx.xx.2018xx.xx.2026-cı il tarixlərə Cavabdeh etibarnamə verilib. xx.xx.2019-cu il -xx.xx.2025-ci il tarixlərinə X3 etibarnamə verilib. xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə X5 arasında alğısatqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin qüvvəsinə etibarnamənin müddətinin bitməsi nəticəsində xitam verilir. Məhkəmə hesab edir ki, Cavabdeh ilə X5 arasında bağlanan müqavilənin etibarsızlığının hüquqi əsası ondan ibarətdir ki, həmin müqavilə formal xarakter daşımaqla, görünüş üçün bağlanmışdır. Mülki Məcəllənini 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Hazırki işdə mübahisə predmeti olan avtomobilin alğı-satqısına dair müqavilə bağlansa da, həmin müqavilə üzrə cavabdehin satdığı avtomobilə görə hər hansı məbləğin ödənilməsi faktı iş materialları ilə təkzib olunur və bu hal onu deməyə əsas verir ki, alğısatqı müqaviləsi formal olmuş, bu barədə bağlanmış əqd yalnız görünüş üçün bağlanaraq uydurma əqd olmuşdur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, əhəmiyyətsiz əqdlər üzrə qanunla bir illik kəsici müddət (mübahisələndirmə müddəti) müəyyən olunmuşdur. Əhəmiyyətsiz əqdlərdə bu müddətin axımı onun icrasına başlanıldığı gündən başlayır. Kasassiya instansiya məhkəməsinin də qeyd etdiyi kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Lakin Mülki Məcəllənin 354.1- ci maddəsinin mənasına görə, bir il ərzində irəli sürülmədiyi halda əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia, o halda bu əsasla rədd oluna bilər ki, onun icrasına başlanıldığı gün maraqlı şəxsə məlum olsun. Göründüyü kimi qanunverici maraqlı şəxsin bir il ərzində əhəmiyyətsiz əqdi mübahisə edə bilməsini, onun həmin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Hazırkı işdə iddiaçı mübahisəsi gedən avtomobilin cavabdehin arvadı X1 üçün etibarnamə verdiyindən satıldığını bilməmiş, xaricdən qayıtdıqdan sonra vəkillə müqavilə bağlamış və göndərilən vəkil sorğusuna əsasən xx.xx.2020-ci il tarixdə bildiyini və iddianın da xx.xx.2020-ci ildə qaldırıldığı nəzərə alınsa, onda iddiçının bunun üçün nəzərdə tutulmuş bir illik müddəti ötürmədiyi aydın olur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, “HONDA CİVİC” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 Cavabdeh ilə arvadı X5 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilənin yaratdığı hüquqi nəticələr ləğv edilməli, avtomobilin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ bərpa edilməli, avtomobil İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 11 (on bir) manat dövlət rüsumu iddiaçı cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. “HONDA CİVİC” markalı **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X6 Cavabdeh ilə arvadı X5 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin müqavilənin yaratdığı hüquqi nəticələr ləğv edilsin, avtomobilin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ bərpa edilsin, avtomobil İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 11 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar