Məhkəmə qərarları › İş №2(009)-2156/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2156/2023

30.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2156/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əbdül Kərı̇ m oğlunun cavabdeh "AZƏRİQAZ" İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Əbdül Kərı̇ m oğlu cavabdeh "AZƏRİQAZ" İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sayğacın dəyəri kimi ondan tələb etdiyi 5183 manat 50 qəpik məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 2, ev 41 (Yeni qaydalarla: ünvan 1 ünvanında olan ev anası, X2 mülkiyyətindədir. (Abunəçi kodu:**********00000). Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödənilib və onlar tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. 2023-cü ilin may ayında cavabdeh "Azəriqaz" İstehsal Birliyinin əməkdaşları tərəfindən onlara heç bir xəbərdarlıq edilmədən və akt tərtib olunmadan mülkiyyətlərində olan evin həyətindən kənarda yerləşən elektron qaz sayğacı mexaniki sayğac ilə dəyişdirilmişdir. Ondan sonra, mütəmadi olaraq təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödənilib və heç bir borc yaranmamışdır. Lakin, cari ilin sentyabr ayı üçün təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişi etmək istəyərkən, borc olaraq 5183 manat 50 qəpik göstərilmişdir. Bu fantastik məbləğin əmələ gəlməsi barədə heç bir xəbərnamə, hər hansı borc qalığı və ya cərimə barəsində məktub onlar tərəfindən alınmayıb. Təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri elektron kart sistemi olduğundan hər hansı borcun yığılmağı qeyri-mümkün idi və onlar tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmayıb. Sayğac üzərindəki plomblar zədəsiz və bütöv şəkildə idi. Buna görə də cavabdehin ondan 5183 manat 50 qəpik tələb etməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını və borcun silinməsini məhkəmədən xahiş etmişdir. Etirazın dəlilləri: İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azəriqaz” İB-nin əsassız olaraq yazılmış 5183,50 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00000 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış 1005AQ**********8 sayğac çıxarılaraq yoxlanılması üçün Cavabdeh İB-nin Metrologiya Departamentinin laboratoriyasına göndərilmişdir. Həmin sayğac laboratoriyada yoxlanılmış, “Qaz sayğacının yoxlanılması barədə” 14-2-2/3- 5-5696/Q002 saylı Akta əsasən “sayğacın plastmas boruda deşik aşkar olundu, qaz itkisi, müdaxilə” barədə rəy verilmişdir. Həmin faktla bağlı xx.xx.2023-cü il tarixli, ******* saylı “Təbii X3nın pozulması haqqında” Akt tərtib edilmiş, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 43200 m3 təşkil etmişdir. Hesablanmış 5184 manat məbləğində dəymiş ziyan 2023-cü ilin may ayından abonentin koduna yerləşdirilmişdir. Qaz sayğacına müdaxilə etməklə təbii qazın hesabatının düzgün aparılmamasına nail olunmasında İddiaçıdan başqa heç kimin marağında ola bilməz. Göründüyü kimi iddiaçı qanunazidd, təqsirli hərəkət etməklə, yəni sayğaca müdaxilə etməklə təbii qazın dəqiq hesabatının aparılmasını əngəlləmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsində itirilmiş qazın bərpasının hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqı barədə müqavilənin 2.2.6-cı bəndi (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi çıxış etsə də, iddiaçının ərizəsində qeyd olunan qanunvericiliyə əsaslanan hesablanmış zərərin əvəzi kimi ona yazılmış borc məbləğinin silinməsinin hər hansı hüquqi əsası yoxdur. Bildirir ki, **********0000 saylı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi, sıradan çıxarılması, yəni iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Bu hal tərəflər, yəni iddiaçı və cavabdeh arasında imzalanmış müqavilədə də öz əksini tapmışdır. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "AZƏRİQAZ" İBnin nümayəndəsi X5 məhkəməyə ərizə ünvanlayaraq iş üzrə etiraz və etirazın əsasını təşkil edən sübutların məhkəməyə təqdim edildiyini, cavabdeh tərəf olaraq əlavə ediləcək başqa sübutlarının olmadığını, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı Əbdül Kərı̇ m oğlunun (Abunentin kodu: **********00000) istifadəsində olan 1005AQ**********8 nömrəli sayğacın çıxış borusu deşikdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında Aktdan görünür ki, ünvan 2 ünvanında istehlakçı İddiaçı Əbdül Kərı̇ m oğlunun (Abunentin kodu: **********00000) istifadəsində olan 14-2-2/3-5-5696/Q002 saylı 1005AQ**********8 nömrəli sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-5696/Q002 nömrəli “Qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” aktdan görünür ki, "Azəriqaz" İBnin 14-2-2/3-5-5696/2023/Q002 saylı, 30 may 2023-cü il tarixli telefonoqramına əsasən 30 may 2023-cü il tarixində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş nömrələri qeyd olunan G4 markalı İtron tipli (Smart Payment, Gallus pay) və Zenner-Smart tipli qaz sayğacları 31 may 2023-cü il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. 1005AQ**********8 nömrəli sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətaya işləyir. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmim qeyd etmir. Sayğac istismara yararsızdır. İş materiallarına əlavə edilmiş dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli Akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6ci bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərinə əsasən, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunmasına dair tələbnamə müvafiq komissiya tərəfindən təsdiq edilərək qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən hesablanmış dəymiş ziyanın həcmi 43200 m3 təşkil etmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən verilmiş **********00000 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı Əbdül Kərı̇ m oğluna 2023-cü il üçün qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 5184 manat borc hesablanmışdır. İş materiallarına əlavə olunmuş Hökümət ödəniş portalından çıxarışdan görünür ki, 2ci yaşayış massivi, ev 41 ünvanı, **********00000 Abunentin kodu üzrə İddiaçı Əbdül Kərı̇ m oğlu tərəfindən 5183,50 manat ödəniləcək məbləğ qeyd edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 2, ev 41 (Yeni qaydalarla: ünvan 1 ünvanına dair xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında akt tərtib edilmiş və həmin akta əsasən sayğacın çıxış borusunun deşik olması, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmaması, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və istismara yarasız olması əsası ilə iddiaçıdan itirilmiş qazın dəyəri tələb edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan aydın olur ki, abonent İddiaçı Əbdül Kərı̇ m oğluna qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2023-cü il üçün may ayı üçün 5184 manat borc hesablanmışdır. Ayın sonuna qalıq borc 5183,50 manat göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə, sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən əvvəlki dövrdə qazın istehlakına görə hər ay xeyli az həcmdə qaz sərf edildiyini nəzərə alaraq, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 5184 manat məbləğində hesablanmasını ağlabatan hesab etmir. Həmçinin tərtib edilmiş müvafiq aktlardan görünür ki, iddiaçı aktlara imza etməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə qaz sayğacına müdaxilə edilməsində iddiaçının təqsirinin sübut olunmadığını, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığını, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun iddiaçıdan tələb edilməsi əsassız və qanunsuzdur. Müəyyən edilmişdir ki, abonent İddiaçı Əbdül Kərı̇ m oğluna qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2023-cü il üçün may ayı üçün 5184 manat borc hesablanmış, lakin ayın sonuna qalıq borc 5183,50 manat göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 71 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 2, ev 41 (Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 5183.50 manat (beş min bir yüz səksən üç manat əlli qəpik) manat İddiaçı Əbdül Kərı̇ m oğlunun - abonent kodu **********00000 saylı abunə hesabından silinməli, 71 (yetmi bir) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 2, ev 41 (Yeni qaydalarla: ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 5183,50 manat (beş min bir yüz səksən üç manat əlli qəpik) manat İddiaçı Əbdül Kərı̇ m oğlunun - abonent kodu **********00000 saylı abunə hesabından silinsin. 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar