Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-216/2021 19.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, X5 Süleyman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı qızının cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3, (üçüncü şəxs Cavabdeh4) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh3 arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı ünvanda yerləşən 15.2 kv.m olan qeyri-yaşayış binasının istifadəsində olan torpaq sahəsinin alqı satqısına dair bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin İddiaçı mülkiyyətinə aid olan hissədə etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 saylı ünvanda yerləşən 0,315 ha torpaq sahəsinə dair Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin İddiaçı mülkiyyətinı aid olan hissədə etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən Cavabdeh3 verilmiş xx.xx.2012-ci il tarixli ******* reyestr nömrəli çıxarışın, Cavabdeh2 verilmiş xx.xx.2013-cü il tarixli ******* reyestr nömrəli çıxarışın və xx.xx.2014-cü il tarixli ******* reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1572 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində 88 nömrəli reyestr kitabının 8434 nömrəli vərəqinə əsasən qeydiyyata alınmış və müvafiq ******* reyestr nömrəli çıxarış verilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən adına torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. xx xxx 2015-ci il tarixində Cavabdeh4 ilə İddiaçı arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1572 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin alqı-satqısına dair Bakı şəhəri 27 saylı notariat kontorunda AN-1N ******* saylı, reyestr nömrəsi 4Ə-154 ilə qeyd edilmiş alqı-satqı müqaviləsi bağlanılmış və Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Bu səbəbdən x xxxxxx 2015-ci il tarixdə ********** saylı ərizə ilə müraciət edilərək AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə bəhs edilən alqı-satqı müqaviləsinin qeydiyyata alınaraq müvafiq plan ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmişdir. AR ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsinin **********99 saylı xx xxxxxx 2015-ci il tarixli məktubu ilə ərizənin icrasına imtina edilərək bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi digər fiziki şəxsin mülkiyyətindədir. Dövlət Reyestr Xidməti bu alqı-satqı müqaviləsini qeydiyyata almaqdan imtina etdiyindən Cavabdeh4 iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 27 saylı notariat kontorunda 4Ə-154 reyestr nömrəsi ilə qeyd edilmiş alqı-satqı müqaviləsi əsasında ona yəni, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1572 saylı sahə ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi və həmin torpaq sahəsinə dair plan-ölçünün tərtib edilməsi barədə cavabdeh təşkilatın üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(103)-283/2018 saylı qərardadı ilə müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi məhkəmə aidiyyatının (işin ümumi məhkəmlərə aid olduğu qeyd edilərək) pozulması əsası ilə ləğv edilmişdir. Həmçinin Cavabdeh3 6 saylı NK-nun xx.xx.2013-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən sözü gedən ünvanda yerləşən 0,315 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Cavabdeh2 xx xxxxxx 2013-cü il tarixli alqı satqı müqaviləsinə əsasən Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2013 tarixli, ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 ünvanında yerləşən 0,77808 ha torpaq sahəsinin 0,315 ha hissəsini almışdır. Qalan hissə Cavabdeh3 özündə qalmış və xx xxxxxx 2013-cü il tarixli alqı satqı müqaviləsinə əsasən alınmış torpaq sahəsi xx xxxxxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən, tam paylı ******* reyestr nömrəli, 0,311 ha ölçülü xüsusi mülkiyyət növlü torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Hesab edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin bəzi əməkdaşlarının bir qrup şəxslə əlbir olaraq özgə əmlakına qəsdi mövcuddur. Bundan başqa Cavabdeh3 xx.xx.2013-cü il tarixində sözü gedən ünvanda yerləşən torpaq sahəsini Cavabdeh2 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhər Ərazi İdarəsi təkrarən H.İntizara məxsus torpaq sahəsini (plan ölçü olduğu təqdirdə) başqa şəxsin mülkiyyətinə qeydə alır. Lakin H.İntizar ilə alqı satqı müqaviləsi bağlayan Cavabdeh4 adına özgəninkiləşdirmənin qeydə alınmasından imtina edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili yuxarıda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddianı qəbul etməyərək bildirdi ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Həmçinin iddiaçı tərəfindən iddia müddəti üzürsüz səbəbdən ötürüldüyündən hazırki iddiaya iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə X2 Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 ünvanda yerləşən 0,77808 ha torpaq sahəsinin 0,315 ha hissəsini Cavabdeh2 mülkiyyətinə verir. xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə AR Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 4-cü küçə, 50 ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 8380,8 kv.metr torpaq sahəsini Cavabdeh3 satmışdır. xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə İddiaçı Bakı şəhəri, Badamdar qəsəbəsi, 1572 saylı sahə ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin ona məxsus hissəsini Cavabdeh4 satmışdır. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən müqavilələrin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdlərin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Cavabdeh2, Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi, Cavabdeh2 və Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-216/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-216/2021
19.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver