Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2166/2022 22.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçi, Tərcüməçi G.G.Abbasovanın iştirakları ilə Ərizəçi qızı – X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq... MÜƏYYƏN ETDİ: Ərizəçi qızı – X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1993-cü ildə X6 rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1997-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. xx.xx.2021-ci il tarixdə Oleqlə aralarında bağlanmış nikah pozulmuşdur. Birgə nikahdan olan qızı onunla birgə ünvan 1 ünvanında yaşayır.Qızı İrina serebral iflic, spastik tetraplegiya diaqnozu ilə 1-ci qrup əlildir. Tibbi sənədlərdən də görünür ki, qızının sağlamlıq imkanları məhduddur. Qızı İrinaya həkim komissiyası tərəfindən tam əmək qabiliyyətsiz olması barədə diaqnoz qoyulmuşdur, onun kənar şəxsin köməyinə ehtiyacı var. yəni problem bu qədər ciddidir. Qızı xx.xx.1997-ci il təvəllüdlü X4 daimi olaraq kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır.Qızı İrina onunla yaşayır. Ona o, qulluq və nəzarət edir. Faktiki olaraq özünü idarə edə bilmir. Qızı İrinanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.1997-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməlidir. İş üzrə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2040-05/15 nömrəli arayışın surətindən görünür ki, X11 ilə X1 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1321 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Lotin, arvada Kistanova soyadı verilmişdir. Qeyd edilən nikah Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 127 saylı akt qeydinə əsasən pozulmuşdur. İş üzrə doğum haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 4350 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X11, ana qrafasında X3 göstərilmişdir. İş üzrə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 və X1 arasında olan nikahı Sabunçu rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Nikah xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 127 No ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Kistanova soyadı verilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən Şükürov Vüqar HəzrətiMusa oğlu ilə Kistanova Yelena Aleksandrovna arasında xx.xx.2022-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 264 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Şükürov, arvada Şükürova soyadı verilmişdir. İş üzrə Səbail rayon MTKB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətinə əsasən Ərizəçi ünvan 1 ünvanında yaşayır. Ərizəçi əlilliyi müəyyən edilmiş X7 doğub və 8 yaşına kimi tərbiyyə edib. İş üzrə 2 nömrəli X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Həkim Psixiatr Komissiyasının rəyinin surətinə əsasən X8 “Ağır kəsağıllıq, kəskin imbesillik, kobud nitq, davranış və dayaq-hərəki aparatının pozuntuları ilə, Kənar şəxslərin himayəsinə ehtiyacı var. F72.1, Z74.3, İQ=20” diaqnozu qoyulmuşdur. İş üzrə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” RHŞ X12 X13 tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixdən) çıxarışından görünür ki, X10 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X5 müalicədə olmuş, “Uşaq serebral iflic, serebral forma, spastik tetraplegiya, kontaktura ilə, əqli gerilik” diaqnozu qoyulmuşdur. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli arayışına əsasən X8 “Serebral iflic, Serebrat forma, daimi müşahidəyə ehtiyac. Kənar şəxsin köməyinə ehtiyacı var, əlil arabasından istifadə edir. Spastik tetraplegiya, Konturaktura ilə” diaqnozu qoyulmuş, 1 dərəcə əlildir. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2912 saylı rəyinə əsasən X9 uşaq serebral iflic ilə əlaqədar yaranan ağır dərəcəli əqli gerilik müəyyən edilir. xx.xx.1997-ci il təvəllüdlü X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X10 Ərizəçi qızıdır, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur. Eyni zamanda, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X10 psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Ümumiyyətlə, X9 uşaq serebral iflic ilə əlaqədar yaranan ağır dərəcəli əqli gerilik müəyyən edildiyi üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır və bu hallar ambulator məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı hesab edir ki, İrina Lotinanın hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olub-olmaması məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz. Qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ambulator məhkəmə psixiatrik ekspertizası keçirilməklə təsdiq olunması mümkündür. Belə ki, müvafiq ekspert rəyi ilə X9 uşaq serebral iflic ilə əlaqədar yaranan ağır dərəcəli əqli gerilik müəyyən edildiyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar mövcuddur. Məhkəmə hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bununla yanaşı, ekspert rəyi iş materiallarında olan digər sənədlərlə və başqa sübut vasitələri ilə təkzib olunmadığı və işin obyektiv həll olunması üçün yeni fakt, dəlil ortaya qoyduğu üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X9 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi iş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə öz təsdiqini tapdığı üçün o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin qeyd edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə... QƏT ETDİ: Ərizə təmin edilsin. 23 dekabr 1997-ci il təvəllüdlü X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2166/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2166/2022
22.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver