Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2175/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi və maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi (Səbail Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs kimi qeyd edildiyi) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi – maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 20.03.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, 20 mart 2003-cü il təvəllüdlü X4 anadangəlmə xəstədir və psixi xəstə kimi qeydiyyatdadır. X2 “ağır dərəcəli əqli gerilik” diaqnozu qoyulmuşdur və o, İ qrup müddətsiz əlildir. O, əmək qabiliyyətsizdir, hərəkət məhdudluğu ilə kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı var. X4 öz fiziki və psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyildir, etdiyi hərəkətlərin mənasını psixi cəhətdən dərk etmir. Ona görə də hesab edir ki, X4 İ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş, ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iş üzrə yekun qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail Rayon VVADQ şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ seriyalı, 322229 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X10 arasında 02 may 2000-ci il tarixdə nikah bağlanmış və həmin nikah 113 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Ocaqova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail Rayon VVADQ şöbəsi tərəfindən verilmiş 14 may 2003-cü il tarixli, AZ-İ seriyalı, 351047 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 20.03.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında - Ərizəçi, ana qrafasında X12 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 29.04.2021-ci il tarixli məlumatdan görünür ki, 20.03.2003-cü il təvəllüdlü X8 uşaq serebral iflici, nitq və intelekt geriliyi ilə, spastik tetraparez diaqnozu qoyulmuşdur. O, yeriş və hərəkətin pozulması ilə. Xəstə əlil arabasının köməkliyi ilə hərəkət edir. OU-müştərək çəğgözlük, Vegetativ sinir sisteminin somatoform disfunksiyası diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 33 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 26.07.2021-ci il tarixli, 739 nömrəli arayışdan görünür ki, 20.03.2003-cü il təvəllüdlü X11 tibbi xidmət ərazisi üzrə ruhi əsəb xəstələrinin siyahısında 2021-ci ildən qeydiyyatdadır. Ağır dərəcəli əqli gerilik, hərəkət məhdudluğu ilə diaqnozu qoyulmuşdur. Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 05 oktyabr 2021-ci il tarixli, 3369 saylı rəyində belə qərara gəlinmişdir ki, X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Beləliklə müəyyən edilmişdir ki, Ərizəçi oğlu X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacının olduğunu nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual qanunvericiliyə müvafiq olaraq (MPM-nin 319-cu maddəsi) X6 psixi vəziyyətinin müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın 05 oktyabr 2021-ci il tarixli, 3369 saylı rəyində X7 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar olduğu göstərilmişdir. Məhkəmə qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertin rəyi ilə razılaşaraq hesab edir ki, X11 öz psixi vəziyyətinə görə hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmayan şəxsdir. Məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin qənaətinə görə iş materiallarındakı sübutlarla, o cümlədən ekspert rəyi ilə 20.03.2003-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasların olması öz təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 20.03.2003-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 20.03.2003-cü il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2175/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2175/2021
18.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver