Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2176/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər icraiyyə komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 198 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5381 №li bağ ayrılması barədə Azərbaycan SSRİ Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 198 №li kooperativ tərəfindən verilmiş orderin X5 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, ərizəçinin anası X7 1927-ci il tarixdə RF, Dağıstan Respublikasında anadan olmuşdur. O, 30 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. Azərbaycan SSRİ Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 198 №li kooperativ tərəfindən verilmiş orderə əsasən X3 Bakı şəhər icraiyyə komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 198 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5381 №li bağ sahəsi ayrılıb. Anasının vəfatından sonra ərizəçi tərəfindən notariat orqanına müraciət olunmuş, lakin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Belə ki, sözügedən orderdə X4 adı Umyat əvəzinə Umiyat kimi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizəyə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İ-ИЕ № 209178 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Qəmbər oğlunun anası X6r. Azərbaycan SSRİ Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 198 №li kooperativ tərəfindən verilmiş orderin surətindən görünür ki, X3 Ləhiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 5381 №li bağ ayrılmışdır. AZ-İ № 317712 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30 noyabr 2008-ci il tarixdə vəfat etmişdir. AZE 03916744 saylı Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 1927-ci il tarixdə RF, Dağıstan Respublikasında anadan olmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla, ərizəçinin izahatı və iş materialları ilə müəyyən olundu ki, Azərbaycan SSRİ Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 198 №li kooperativ tərəfindən verilmiş orderində ərizəçinin anasının adı yalnışlıqla Umiyat kimi qeyd edilmişdir. Ərizəçinin anasının adındakı səhvi təhlil edərək məhkəmə hesab edir ki, həmin yanlışlıq ərizəçinin doğum haqqında şəhadətnamədə göstərilən həqiqi adı nəzərə alınmadan, diqqətsizlik nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçinin anasına verilmiş Azərbaycan SSRİ Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 198 №li kooperativ tərəfindən verilmiş orderdə qeyd olunan X2 - X7 ilə eyni şəxs olması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar var və həmin faktlar məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nın 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhər icraiyyə komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 №li qərarına əsasən Ləhiş bağlar sahəsində 198 №li BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5381 №li bağ ayrılması barədə Azərbaycan SSRİ Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 198 №li kooperativ tərəfindən verilmiş orderin X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2176/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2176/2021
20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver