Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-220/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi N.V.Məmmədovun iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı hərracın nəticələrinə dair protokolun, qiymətləndirmənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı hərracın nəticələrinə dair protokolun, qiymətləndirmənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2(009)-305/2018 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı cəmi 43850 manat məbləğində borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 86000 manat olmaqla ixtisaslaşdırılmış müəssisəsi vasitəsilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdehlər (İddiaçı, X6, X7 və X2 həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq əmlaka dair sənədlər Səbail rayon İcra Şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac mərkəzinə ("xxxx" MMC-yə) göndərilmiş və "xxxx" MMC tərəfindən keçirilmiş hərracda əmlakın alıcısı olmadığından ipoteka predmeti təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətlə, yəni 54.825 manata "xxxx" ASC-nin mülkiyyətinə keçirilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün Cavabdeh3nə göndərilmişdir. Lakin "xxxx" ASC və "xxxx" MMC saxta hərrac təşkil edərək həmin hərraclarda ilk növbədə onun iştirakı təmin olunmalı olduğu halda ona heç bir bildiriş və ya məktub göndərməyərək evinin qiymətini 25 faiz aşağı salaraq öz adlarına rəsmiləşdirmişlər. Hərrac tamamilə qanunsuz olaraq tərtib olunaraq keçirilmiş və onun iştirakı həmin hərracda təmin edilməmiş, həmçinin hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitələrində məlumat dərc etdirmək əvəzinə qeyri-qanuni yolla yalnız "xxxx" ASC-nin nümayəndəsi ilə onun əmlakı xeyli aşağı qiymətləndirərək satılmışdır. Onun həyat yoldaşı X1 ailəsinin başçısı mübaribə veteranıdır. Ailə üzvləri, özü Ağdam qaçqınıdır. Həyat yoldaşı Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X12 Birliyi tərəfindən verilmiş MV No 006013 saylı vəsiqəyə əsasən müharibə veteranıdır. Onlar məcburi köçkün kimi heç vaxt özlərinə imtiyaz əldə etməyin marağında olmamışlar, öz halal zəhmətləri ilə çalışıb ev əldə etmişlər, halhazırda müəyyən müddət işsizlik səbəbindən borcu ödəyə bilmirlər, bank da bundan istifadə edib əsassız, qanunsuz, ədalətsiz hərrac keçirərək evi qiymətindən hədsiz aşağı, onların iştirakları olmadan, Mülki Məcəllə, “İpoteka haqqında” Qanunun tələblərini kobudçasına pozaraq hərrac keçirmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" MMC tərəfindən keçirilmiş hərracda əmlakın alıcısı olmadığından ipoteka predmeti təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətlə, yəni 54825 manat "xxxx" ASC-nin mülkiyyətinə keçirilməsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin adına tərtib olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-nin 07.08.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, yekun protokolun ona görə ləğv edilməsini istəyir ki, onların hazırda banka olan borcu ödəməyi imkanları var və ev onun adına qaytarılarsa banka olan borcu ödəyəcəklər. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı iddianın əsası kimi keçirilən hərracdan onun xəbərinin olmamasını göstərmişdir. Onlar tərəfindən məhkəməyə bildirişlərin rəsmi qaydada iddiaçının ünvanına göndərilməsi və şəxsən onun tərəfindən alınmasının təsdiq edən sübutlar təqdim olunmuşdur. Ona görə də iddiaçının hərracın keçirilməsi barədə məlumatsız olması əsassızdır. İki hərrac keçirildikdən sonra bank ipoteka predmetini əldə etmək niyyətini hərrac mərkəzinə bildirdikdə onlara deyilmişdir ki, xidmət haqqı kimi pul ödənilməsə, hərracın nəticələri haqqında yekun protokol tərtib edilməyəcək və onlara satılmayacaq. Ona görə də bank tərəfindən hərrac mərkəzinə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış, qətnamə ilə yekun protokol və alqı-satqı müqaviləsinin onlara verilməsi "xxxx" MMC-nin üzərinə vəzifə kimi qoyulmuşdur. Həmin qətnamə icraya yönəldikdən sonra 17.06.2021-ci il tarixdə hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə tərtib edilərək onlara təqdim edilmiş, onun əsasında bank ipoteka predmeti üzərində mülkiyyət hüququ əldə etmişdir. Hesab edir ki, hərrac qanuni əsaslarla keçirildiyindən qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər "xxxx" MMC-nin, Səbail rayon İcra Şöbəsinin və 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-305/2018 saylı, 15.11.2018-ci il tarixli qətnaməyə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 07.11.2018-ci il tarixinə 15.07.2011-ci il tarixli 151 İK/11 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 37572,88 manat əsas borc, 6045,69 manat faiz borcu və 201,43 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 43850 manat məbləğində pulun tutulması, həmin tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 86000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması və cavabdehlər İddiaçı, X10, X7 və X2 həmin mənzildən çıxarılması, iddia tələbinin qalan hissədə əsassız olduğundan təmin edilməməsi, İddiaçı "xxxx" MMC-nin xeyrinə keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 150 manat məbləğində pulun tutulması qət edilmişdir. İş üzrə Cavabdeh3 tərəfindən "xxxx" MMC-yə, borclu İddiaçı, X5, X3, X4, surəti "xxxx" ASC-yə ünvanlanmış 07.10.2019-cu il tarixli məktubun surətindən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-305/2018 saylı, 15.11.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı "xxxx" ASC-nin xeyrinə 07.11.2018-ci il tarixə 15.07.2011-ci il tarixli 151 İK/11 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 37572,88 manat əsas borc, 6045,69 manat faiz borcu və 201,43 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 43850 manat məbləğində pul tutulmalıdır.Həmin tutma İddiaçı tərəfindəni ipotekaya qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilinə yönəldilməlidir. Həmin əmlak ilkin satış qiyməti 86000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi tlə satılmalı və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməlidir. Borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılmalıdır. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmalı və cavabdehlər İddiaçı, X10, X7 və X8 həmin mənzildən çıxarılmalıdırlar. İcra sənədində göstərilən əmlakın hərriac yolu ilə satışının təmin olunması xahiş olunmuşdur. İş üzrə "xxxx" MMC tərəfindən Səbail rayon İcra Şöbəsinə, tələbkar "xxxx" ASC-yə, borclu İddiaçı, X5, X3, X4 göndərilmiş 15.11.2019-cu il tarixli bildirişdən görünür ki, Cavabdeh3 135240/19-16-15 saylı 07.10.2019-cu il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsmi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilinin satış qiymətinin 73.100 manata satılması ilə bağlı 27.11.2019-cu il tarixdə təkrar hərracın keçirilməsi barədə məlumat verilmişdir. Əmlak haqqında məlumat “Birja yenilikləri” və “Market” qəzetlərinin 15.10.2019-cu il tarixli nəşrlərində Lot555/19 nömrəsi ilə dərc olunmuşdur. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 18.11.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsmi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilinə dair keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanılması vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında Y-01 No-li, 17.06.2021-ci il tarixli protokolun kserosurətinə əsasən Səbail rayon Məhkəməsinin 2(009)- 305/2018 saylı, 15.11.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar Cavabdeh3 135240/19-16- 156474 saylı, 07.10.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili ilkin satış qiyməti 86.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 54825 manata "xxxx" ASC-yə təklif olunmuşdur. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 17.06.2021-ci il tarixli müqavilənin kserosurətinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili 54825 manata "xxxx" ASC-yə satılmışdır. İş üzrə "xxxx" MMC tərəfindən hərracın keçirilməsi barədə bildirişlərin İddiaçı, X5,X4 və X3 təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, İddiaçı hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 28.12.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı ilə "xxxx" ASC “Yasamal” filialı arasında 15.07.2011-ci il tarixdə illik faiz dərəcəsi 8% olmaqla 300 ay müddətinə 41000 manat məbləğində ipoteka krediti rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqaviləsinin və təqdim edilmiş ödəniş cədvəlinin şərtləri razılaşdıraraq imzası ilə təsdiqlənmişdir. Hal-hazırda "xxxx" ASC tərəfindən borc ohdəliyinin yerinə yetirilməsində hər hansı bir güzəştin edilməsi məqsədəuyğun hesab edilmir. İş üzrə "xxxx" ASC tərəfindən Səbail rayon İcra Şöbəsinə, surəti İddiaçı ünvanlanmış 15.09.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(009)-305/2018 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı cəmi 43850 manat məbləğində borcun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 86000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin müvafiq olaraq ipoteka qoyan İddiaçı qaytarılması və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdehlər İddiaçı, X10, X7 və X2 həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq əmlaka dair sənədlər Səbail rayon İcra Şöbəsi tərəfindən ixtisaslaşdırılmış hərrac mərkəzi ("xxxx" MMC-yə”) göndərilmiş və "xxxx" MMC tərəfindən keçirilmiş hərracda əmlakın alıcısı olmadığından ipoteka predmeti təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətlə, yəni 54825 manat "xxxx" ASC-nin mülkiyyətinə keçirilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli, 2(009)-305/2018 saylı icra vərəqəsinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılması, cavabdehlər İddiaçı, X10, X7 və X2 həmin mənzildən çıxarılması hissəsində icra olunmadığını nəzərə alaraq, sözügedən qətnaməyə və Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun 59.4-cü maddəsinə əsasən, İddiaçı, onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılması üçün tədbirlərin görülməsini xahiş edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.08.2021-ci il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin 15.11.2018-ci il tarixli 2(009)-305/2018 saylı qətnaməsinin icrası ilə əlaqədar Səbail rayon icra şöbəsi tərəfindən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi“ MMC-yə sifariş verilmişdir. Həmin sifariş əsasında iddiaçının mülkiyyətində olan və üzərinə məhkəmə qətnaməsi ilə tutma yönəldilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzili ilkin satış qiyməti 86000 manat olmaqla hərraca çıxarılmışdır. İlkin hərracda alıcı olmadığı üçün təkrar hərracda mənzilin satış qiyməti əvvəl 15% aşağı salınmış və təkrar hərracda da alıcı olmadığı üçün mənzilin 25% aşağı qiymətə, yəni 54825 manata banka təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, keçirilmiş hərrac qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə həyata keçirilmiş, ilkin satış qiyməti 86000 manat olduğu halda mənzil 54825 manat ipoteka saxlayanın mülkiyyətinə verilmişdir. Digər tərəfdən keçirilən hərrac barədə ona hər hansı məlumat verilməmiş, hərrac onun iştirakı olmadan keçirilmiş və hərracda iştirak etmək hüququndan məhrum olmuşdur. Bu səbəbdən iddiaçı keçirilmiş hərracın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin 86000 manat olmasına baxmayaraq, 54825 manata ipoteka saxlayanın mülkiyyətinə verilməsi ilə bağlı iddiaçının dəlilləri üzrə qeyd edir ki, həmin dəlillər əsaslı hesab edilə bilməz. Belə ki, “İpoteka haqqında” AR Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Göstərilən Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən hərrac təşkilatçısı ilkin hərrac zamanı ipoteka predmetini ilkin satış qiyməti ilə satışa çıxarır. Hərracda ən azı iki alıcı olmadıqda və yaxud hərracın iştirakçısı olmadıqda, hərrac təşklatçısı təkrar hərrac keçirir və təkrar hərracda ipoteka predmetinin satış qiyməti 15% aşağı salınır. Təkrar hərracda da iştirakçı olmadıqda hərrac baş tutmamış elan edilir və bundan sonra ipoteka predmeti təkrar hərracdakı qiymətdən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunur. Nəzərə alsaq ki, ipoteka predmetinin ilkin satış qiyməti 86000 manat olmuşdur, bu halda onun təkrar hərracdakı qiyməti 73100 manat (86000*15% / 100 = 12900 manat. 86000-12900=73100), təkrar hərracdan sonra ipoteka saxlayana təklif olunan halda isə onun qiyməti 54825 manat (73100*25 / 100= 18275. 73100-18275= 54825) təşkil edir. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsini göstərsə də, bu halları da təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında iddiaçının iddia tələbinin əsası kimi gətirdiyi hallar, yəni hərracın keçirilməsi barədə bildirişlərin ona təqdim edilməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə araşdırması zamanı hərrac mərkəzi tərəfindən iddiaçıya bildirişlərin göndərilməsi və həmin bildirişlərin “İddiaçı” soyadlı şəxs tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə əsasən həyata keçirildiyindən, təkrar hərracın baş tutmaması ilə bağlı ipoteka predmeti ipoteka saxlayan tərəfindən düzgün müəyyən edilmiş alış qiyməti (54825 manat) əsasında alındığından, hərracın və onun nəticələrinin (yekun protokolun və alğı-satqı müqaviləsinin) etibarsız hesab edilməsi ilə bağlı iddiaçının gətirdiyi dəlillər əsassız hesab edilməli və bu səbəbdən iddia tələbi təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi barədə tələbi əsassız hesab olunduğu üçün, iddia tələbi "xxxx" ASC-nin adına tərtib olunmuş çıxarışın ləğv edilməsi və mənzilin iddiaçıya qaytarılması hissəsində də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, "xxxx" MMC-yə və Cavabdeh3nə qarşı "xxxx" MMC tərəfindən keçirilmiş hərracda əmlakın alıcısı olmadığından ipoteka predmeti təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətlə, yəni 54825 manat "xxxx" ASC-nin mülkiyyətinə keçirilməsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin adına tərtib olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 07.08.2021-ci il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində yerləşən 7 saylı evin 45 saylı mənzilin iddiaçıya qaytarılması barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-220/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-220/2022
28.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver