Məhkəmə qərarları › İş №2(009)-2205/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2205/2020

28.12.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2205/2020 28.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi “ barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü X7 və xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, atası X12 ilə anası Ayvazova Möhlət Ziyadxan qızı ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.1983-cü il təvəllüdlü X7, xx.xx.1982-ci il təvəllüdlü X10, xx.xx.1989-cu il təvəllüdlü X11 və xx.xx.1983cü il təvəllüdlü Ərizəçi adlı uşaqları doğulmuşdur. O, valideynləri və İ dərəcəli əlilliyi olan 2 bacısı ilə birlikdə ünvan 1 23 ünvanında qeydiyyatdadır və həmin ünvanda yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Atası və anası yaşlıdırlar, anası xərçəng xəstəliyindən əziyyət çəkir, atası isə təzyiq xəstəliyindən əziyyət çəkir. Bacıları anadangəlmə qüsurlu dünyaya gəlmişdir. Həkim komissiyası tərəfindən bacısı Günay Ayvazovaya “ağır dərəcəli əqli gerilik, kəskin imbesillik” diaqnozu, Gülnar Ayvazovaya “kəskin imbesillik dərəcəsində oliqofreniya, nitq pozuntuları” diaqnozu qoyulmuşdur. Tam əmək qabiliyyətsizdirlər, kənar şəxsin köməyinə ehtiyacları var, hətta tibbi reabilitasiya da təyin edilə bilməz. Bacılarının daimi olaraq, kənar şəxslərin ümumi qulluğuna ehtiyacları vardır. Bacılarına o qulluq və nəzarət edir. Faktiki olaraq onlar özlərini idarə edə bilmirlər. Bəzən isə aqressivləşərək, qeyri-adekvat hərəkətlər nümayiş etdirirlər. Bacılarının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından qəyyum kimi onların adından çıxış edə bilmir. Habelə onları hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də xx.xx.1983-cü il təvəllüdlü X7, xx.xx.1982-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin qurum öz nümayəndəsini məhkəmə iclasına göndərmədiyindən, məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, V-ТИ 326332 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx xxxxxxxx 1982-ci il tarixdə anadan olmuş X5 ata qrafasında X8, ana qrafasında isə Ayvazova Möhlət Ziyatxan qızının adı göstərilmişdir. İş materiallarında olan, V-ТИ 473207 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş X3 ata qrafasında X8, ana qrafasında isə Ayvazova Möhlət Ziyatxan qızının adı göstərilmişdir. İş materiallarında olan, NK 971758 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, xx xxxxxx 1993-cü il tarixdə anadan olmuş Ərizəçi ata qrafasında X8, ana qrafasında isə Ayvazova Möhlət Ziyatxan qızının adı göstərilmişdir. İşə əlavə edilmiş AZE seriyalı 17352623 saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, X10, xx.xx.1982-ci ildə Gürcüstan, Marneuli rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki işdə olan xx xxxxxx 2020-ci il tarixli, 2336 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, X4 ağır əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X2 və Uşaq RƏXD-də müalicə olunması, 33 saylı Şəhər Poliklinikasında “kəskin imbesillik dərəcəsində oliqofreniya, nitq pozuntuları” diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər-verbal kontakta çətin daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, davranış pozuntuları aşkar etməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yuxarıda qeyd olunanlar X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 2337 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, X6 ağır əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar-erkən yaşlarından psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X2 və Uşaq RƏXD-də müalicə olunması, 33 saylı Şəhər Poliklinikasında “ağır dərəcəli əqli gerilik kəskin imbesillik dərəcəsində kəmağıllıq” diaqnozu ilə qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlilliyi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər-ünsiyyətə çətin daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyriadekvatlığı, davranış pozuntuları aşkar etməsi, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinir ki, X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yuxarıda qeyd olunanlar X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas verir. Beləliklə, Ərizəçi bacıları X10 və X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyaclarını, eləcə də İ qrup əlil olmalarını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X10 və X3 psixi vəziyyətlərini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 2336 saylı və xx xxxxxx 2020-ci il tarixli, 2337 saylı rəylərində X10 və X7 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadıqları üçün onların fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyləri ilə razılaşaraq hesab edir ki, X10 və X7 ağıl zəifliyi və xəstəlik nəticəsində öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxxxxxx 1982-ci il təvəllüdlü X10 və xx xxxxxx 1983-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: xx xxxxxxxx 1982-ci ildə Gürcüstan, Marneuli rayonu, Ağammədli kəndində doğulmuş, Səbail rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. xx xxxxxx 1983-cü ildə Gürcüstan, Marneuli rayonu, Ağammədli kəndində doğulmuş, Səbail rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar