Məhkəmə qərarları › İş №2(009)-2207/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2207/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2207/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Nəsibov Rəşad Eldar oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Nərimanov rayon Məhkəməsinin 2(005)- 2674/2016 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən borclu “xxxxxxxxx” MMC Fermer Təsərrüfatından iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə 214,142 manat borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumu ödənilməli və qeyd olunan tələb hüquqi varisi olduğu atası X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən iki mərtəbəli yeddi otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə, X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, İ.Hidayətzadə küçəsi, ev 20A, mənzil 60 150 kv.m. ümumi, 91,9 kv.m. yaşayış, 58,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzilə və İdris Səlimoğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsində istifadədə olan 0,077504 ha torpaq sahəsində yerləşən 31 saylı 1 mərtəbəli binanın girişində 1-ci mərtəbəsində 84,6 kv.m. ümumi, 40 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 11 saylı mənzilə yönəldilməlidir. Qeyd olunan məhkəmə qərarı ilə hüquqi varisi olduğu atası X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən iki mərtəbəli yeddi otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinə 100.000 manat, X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, İ.Hidayətzadə küçəsi, ev 20A, mənzil 60 150 kv.m. ümumi, 91,9 kv.m. yaşayış, 58,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzilə 90.000 manat və İdris Səlimoğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsində istifadədə olan 0,077504 ha torpaq sahəsində yerləşən 31 saylı 1 mərtəbəli binanın girişində 1-ci mərtəbəsində 84,6 kv.m. ümumi, 40 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 11 saylı mənzilə 70.000 manat məbləğində ilkin satış qiyməti müəyyən edilmişdir. Hərracın nəticəsində eldə edilmiş pul vəsaiti üzrə kredit borc öhdəliyi ödənilməli və borc ödənildikdən sonra qalıq məbləğ cavabdehlərə qaytarılmalıdır. Qeyd olunan icra sənədi Cavabdeh2nə (Binəqədi rayon İcra Şöbəsinə) daxil olmuş və icra məmuru tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında ona (istər poçt vasitəsi ilə, istərsə də şəxsən) bildiriş təqdim edilməmiş və nəticə etibarı ilə “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 8.2 və 44.1.3-cü maddələrinin tələbləri kobul şəkildə pozulmuşdur. Qeyd etdiyi qanun pozuntuların davamı olaraq icra məmuru tərəfindən ona tələbin könüllü icrası haqqında bildiriş verilmədən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli yeddi otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin hərrac yolu ilə satılması üçün “X1 Mərkəzi” MMC-ə üçün sifariş göndərir və adı çəkilən hərrac təşkilat ona məlumat vermədən guya ki, hərraca çıxarır və onun əmlakı ilkin satış qiymətindən əvvəlcə 15%, sonradan isə 25% aşağı qiymətə tələbkar bankın xeyrinə satış həyata keçirir, lakin (istər poçt vasitəsi ilə, istərsə də şəxsən) yenə bu barədə məlumat verilməmişdir. Qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndrilməlidir. Ona həracın keçirilməsi barədə bildiriş göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 müvafiq sifarişi əsasında hüquqi varisi olduğu atası X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən iki mərtəbəli yeddi otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin satışı ilə əlaqədar cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi və nəticə etibarı ilə “xxxxxxxxx” ASC ilə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək həmin evin yenidən hərrac yolu ilə satışının təşkil edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdehlər «X1 Mərkəzi» MMC-nin və Bakı şəhəri Cavabdeh2 nümayəndələri, həmçinin məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş ləğv prosesinə olan “xxxxxxxxx” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2674/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər “xxxxxxxxx” MMC Fermer Təsərrüfatına, X4, İdris Səlim oğluna və X8 qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci il tarixli KT 007 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, borclu “xxxxxxxxx” MMC Fermer Təsərrüfatından iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə 200.000 manat əsas borc, 12142 manat faiz borcu, 2000 manat cərimə borcu, cəmi 214,142 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə, X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Montin y/sahəsi, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, mənzil 60, 150,1 kv.m. ümumi, 91,9 kv.m. yaşayış, 58,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzilə, İdris Səlim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsində istifadədə olan 0,077504 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binanın girişində, 1-ci mərtəbəsində 84,6 kv.m. ümumi, 40 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 11 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması, Bakı şəhəri, Nərimanov rayonu, Montin y/sahəsi, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, mənzil 60, 150,1 kv.m. ümumi, 91,9 kv.m. yaşayış, 58,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzilin açıq hərracda ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsində istifadə də olan 0,077504 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binanın girişində, 1-ci mərtəbəsində 84,6 kv.m. ümumi, 40 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 11 nömrəli, mənzilin açıq hərracda ilkin satış qiyməti 70.000 manat və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 100.000 manat müəyyən edilməsi, mənzillər və fərdi yaşayış evinin satışından əldə ediləcək vəsaitin cavabdeh “xxxxxxxxx” MMC Fermer Təsərrüfatının banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında xx.xx.2015-ci il tarixli Y-69 No-li yekun protokolun kserosurətinə əsasən Nərimanov rayon Məhkəməsinin 2(005)- 2674/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar Binəqədi rayon İcra Şöbəsinin 17/68No15028-9 saylı, xx.xx.2014-cü il tarixli sifariş məktubunun icrasına əsasən X8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada yerləşən 3 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 100.000 manata hərraca çıxarılmış, keçirilən hərrac baş tutmadığına görə həmin əmlakı 63750 manata ipoteka saxlayan “xxxxxxxxx” ASC-yə satılmışdır. İş üzrə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2015-ci il tarixli müqavilənin kserosurətinə əsasən X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada yerləşən 3 saylı fərdi yaşayış evi 63750 manata “xxxxxxxxx” ASC-yə satılmışdır. İş üzrə “X1 Mərkəzi” MMC tərəfindən Sumqayıt şəhəri üzrə icra İdarəsinə, tələbkar “xxxxxxx” ASC-yə, borclular X11, X9 göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, onlara Sumqayıt şəhəri üzrə icra İdarəsinin 58 saylı xx.xx.2019-cu il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 A/8 saylı evin 51 saylı mənzilinin satış qiyməti 63.750 manata, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (köhnə) yerləşən 23 A/8 saylı evin 42 saylı mənzilinin ilkin satış qiyməti 68.000 manata satılması ilə bağlı xx.xx.2019-cu il tarixdə hərracın keçirilməsi barədə məlumat verilmişdir. İş üzrə “X1 Mərkəzi” MMC tərəfindən ilkin və təkrar hərracların keçirilməsi barədə bildirişlərin X8, X4, İdris Səlim oğluna təqdim edilməsi barədə poçt qəbzlərindən görünür ki, borclulara hərracın keçirilməsi barədə məlumat verilmişdir, lakin X8 onun həmin ünvanda yaşamadığı ilə bağlı bildirişlərin təqdim edilməsi mümkün olmamışdır. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11141/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)- 21/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər X5, X6, İddiaçı, X10 və X2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 3 nömrəli evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin evin cavabdehlər tərəfindən boşaldılması, X5 “xxxxxxxxx” ASC-yə qarşı ipoteka müqaviləsinin, çıxarışın və ona əsas olmuş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, X8 məxsus olmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sıra, 3 saylı ev Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-2674/2013 saylı, xx xxxxxx 2013-cü il tarixli icra vərəqəsinə əsasən açıq hərracda satılmış və hazırda qeyd olunan evin mülkiyyətçisi “xxxxxxxxx” ASC-dir. Lakin buna baxmayaraq həmin ev cavabdehlər tərəfindən boşaldılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 2(001)-21/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər “xxxxxxxxx” MMC Fermer Təsərrüfatına, X4, İdris Səlim oğluna və X8 qarşı kredit borcunun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması tələbinə dair iddianın qismən təmin edilməsi, xx.xx.2011-ci il tarixli KT 007 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, borclu “xxxxxxxxx” MMC Fermer Təsərrüfatından iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə 200.000 manat əsas borc, 12142 manat faiz borcu, 2000 manat cərimə borcu, cəmi 214,142 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinə, X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Montin y/sahəsi, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, mənzil 60, 150,1 kv.m. ümumi, 91,9 kv.m. yaşayış, 58,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzilə, İdris Səlim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsində istifadədə olan 0,077504 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binanın girişində, 1-ci mərtəbəsində 84,6 kv.m. ümumi, 40 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 11 nömrəli mənzilə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracda satılması, Bakı şəhəri, Nərimanov rayonu, Montin y/sahəsi, İsmayıl Hidayətzadə küçəsi, ev 20A, mənzil 60, 150,1 kv.m. ümumi, 91,9 kv.m. yaşayış, 58,2 kv.m. yardımçı sahədən ibarət 4 otaqlı mənzilin açıq hərracda ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsində istifadə də olan 0,077504 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binanın girişində, 1-ci mərtəbəsində 84,6 kv.m. ümumi, 40 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 11 nömrəli, mənzilin açıq hərracda ilkin satış qiyməti 70.000 manat və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 nömrəli fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 100.000 manat müəyyən edilməsi, mənzillər və fərdi yaşayış evinin satışından əldə ediləcək vəsaitin cavabdeh “xxxxxxxxx” MMC Fermer Təsərrüfatının banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Nərimanov rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Binəqədi rayon İcra Şöbəsinin sifarişi ilə tutma yönəldilmiş əmlaklar “xxxxxx” MMC tərəfindən qiymətləndirilmiş və sonradan əmlaklar açıq hərracdan satılması üçün “X1 Mərkəzi” MMC-yə təqdim edilmişdir. “X1 Mərkəzi” MMC Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin sifarişi əsasında hərrac proseduruna başlamış, iddiaçının atasına məxsus ipoteka predmetinin satılması ilə əlaqədar ilkin və təkrar hərraclar keçirmiş, hərracların keçirilməsi barədə bildirişlər iddiaçının atasının yaşayış ünvanına göndərilmiş, həmin ünvanda yaşamadığına görə həmin bildirişlər onun tərəfindən alınmamışdır. Təkrar hərrac baş tutmadığı üçün iddiaçının atasına məxsus ipoteka predmeti banka təklif olunmuş və “xxxxxxxxx” ASC həmin əmlakı xx.xx.2015-ci ildə almışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, icra məmuru tərəfindən tələbin könüllü icrası barədə ona hər hansı məlumat verilməmiş, “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş açıq hərrac onun iştirakı olmadan və ona məlumat verilmədən keçrilmişdir. Bu səbəbdən iddiaçı keçirilmiş hərracın etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli mənzilin əvvəlki mülkiyyətçisi Şükür Kərimov xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən, hazırki iddiaçının mülkiyyətçinin oğlu kimi bu tələblə məhkəmədə çıxış etmək üçün subyektiv hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı hərracın keçirilməsi və evin bank tərəfindən alınması barədə məlumatı olmadığını iddia etsə də, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, bank tərəfindən 2019-cu ilin əvvəlində iddiaçıya və digər şəxslərə qarşı mənzildən çıxarılma tələbinə dair Binəqədi rayon Məhkəməsində iddia qaldırmışdır. Göründüyü kimi iddiaçının hərracın keçirilməsi və mübahisəli mənzilin bankın mülkiyyətinə keçməsi ilə bağlı 2019-cu ilin əvvəllində məlumatı olmuşdur. Lakin buna baxmayaraq hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən 2020-ci ilin oktyabr ayında, yəni bir il müddət keçdikdən sonra məhkəmədə qaldırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hərrcın etibarsız hesab edilməsi ilə məhkəmədə tələb irəli sürmək üçün məhkməyə müraciət etmə müddəti (bir il) ötürülmüşdür. AR Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci madəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hərracın etibarsızlığı ilə bağlı tələb 1 il müddət keçdikdən sonra məhkəməyə verildiyindən, həmin tələb məhkəməyə müraciət etmək üçün müddətin keçməsi əsası ilə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdehlər «X1 Mərkəzi» MMC-yə və Cavabdeh2nə qarşı Cavabdeh2 müvafiq sifarişi əsasında hüquqi varisi olduğu atası X7 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 5-ci sırada istifadədə olan 0,00943 ha torpaq sahəsində yerləşən iki mərtəbəli, yeddi otaqlı, 108,4 kv.m. yaşayış, 47,8 kv.m. köməkçi sahədən ibarət 3 saylı fərdi yaşayış evinin satışı ilə əlaqədar cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərrac nəticələri haqqında yekun protokolunun etibarsız hesab edilərək ləğv edilməsi və nəticə etibarı ilə “xxxxxxxxx” ASC ilə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilərək həmin evin yenidən hərrac yolu ilə satışının təşkil edilməsi barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar