Məhkəmə qərarları › İş №2(009)-221/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-221/2024

29.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-221/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi ilə, iddiaçı X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və itirilmiş sərfiyyata görə ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunazidd hərəkətlərinin dayandırılması, itirilmiş sərfiyyata görə ödənilmiş məbləğin geri qaytarılması, qazın normativ tələblərə uyğun verilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir və orada ailə üzvləri ilə birlikdə daimi olaraq yaşayır. Onun ailəsi aztəminatlı ailədir, ailənin bir üzvü körpədir. Qazda yaranan problemlər onun səhhətində ciddi problemlərə yol açır və normal, sağlam inkişafına əngəl törədir. Ailəsi az təminatlı ailə olmaqla, maddi rifahları olduqca aşağıdır. Özü yaşlı insandır və yüksək təzyiqdən əziyyət çəkir. Bəzən qazın saatlarla verilməməsi onların həyat keyfiyyətini olduqca aşağı salır. Nəticədə övladları xəstələnir və uzun müddət təhsillərindən geri qalırlar. Çox qorxur ki, baş verən belə mütəmadi hallar onların sağlamlığında ciddi problemlərə yol açar. Həmçinin bildirir ki, qazın verildiyi vaxtlarda belə qazın təzyiqi olduqca aşağıdır və istifadəyə yararsızdır. Qeyd etmək istəyir ki, “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları onlara münasibətdə qərəzli mövqe sərgiləyir. Bundan öncə də qaz sayğacı ilə bağlı qanunsuz cərimə yazılmış, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə ərizə ilə müraciət etmiş və həmin müraciətə cavab kimi zəruri yoxlamalar tələb edilmişdir. “Azərqaz” İB-nin əməkdaşları zəruri yoxlamalar həyata keçirsə də, qanunsuz cəriməyə heç bir əsas tapa bilməmiş və ondan ərizəni geri götürməyi təkidlə xahiş etmiş, hətta qanunsuz cəriməni özləri ödəyəcəyini bildirmişlər. Bundan sonra da ona qarşı qanunsuz cərimə halları baş vermişdir. Bildirmək istəyir ki, qaz sərfiyyatı yaşadığı mənzilə münasibətdə normadan artıqdır. Belə ki, “Azərqaz” İstehsalat Birliyinin qanunsuz hərəkətləri nəticəsində 500 (beş yüz) manat məbləğində ziyan dəyişmişdir. O isə buna etiraz edərək, bununla bağlı dəfələrlə “Azərqaz” İstehsalat Birliyinin “185” qaynar xətti ilə əlaqə yaradaraq, mövcud problemi onların nəzərinə çatdırmışdır, lakin hələ də mövcud problemlər öz həllini tapmayıb. Nəticə etibarı ilə təqsiri olmadan cavabdeh onun barəsundə müəyyən məhrumiyyətlər yaradaraq, qanunsuz və əsassız olaraq pulunu mənimsəyir, əsassız varlanır. Bütün bu olanlar onu dərindən sarsıldaraq, əsəbləşdirir. Çünki qaz idarəsinin əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Azərqaz” İstehsalat Birliyinin qanunazidd hərəkətlərinin dayandırılması, itirilmiş sərfiyyata görə ödənilmiş məbləğin geri qaytarılması, qazın normativ tələblərə uyğun verilməsinin təmin edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürciət edərək, “Azərqaz” İstehsalat Birliyinin qanunazidd hərəkətlərinin dayandırılması, itirilmiş sərfiyyata görə ödənilmiş 507,25 manat məbləğində pulun geri qaytarılması, qazın normativ tələblərə uyğun verilməsinin təmin edilməsi, ******* saylı, xx.xx.2023-cü il tarixli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini onunla əsaslandırmışdır ki, qaz sayğacı onun yuxarıda qeyd edilən ünvanda yerləşən mənzilinin həyətində hasardan içəridə quraşdırılmışdı. Bunu nöqsan olaraq görən cavabdehin məsul vəzifəli nümayəndələri sayğacın evdən kənarda, hasardan çöldə quraşdırılmasının zəruri olmasını bildirərək, sayğacı hasardan çölə çıxartdılar. Həmin vaxt yoxlanış edərək, onlara hər hansı bir borcunun olmamasını bildirdilər. Qaz paylayıcı tərəfindən hər hansı bir yeni sayğac qoyulmamışdır, yalnız köhnə sayğacın yerinin dəyişdirilməsi ilə kifayətlənmişlər. Daha sonra, cavabdeh tərəfindən ona müəyyən sanksiya tətbiq edildi, səbəbini isə onunla əsaslandırdılar ki, guya ki, onun cavabdehə 507,25 manat məbləğində borcu vardır. Bundan sonra onun yuxarıda qeyd edilən ünvanda yerləşən mənzilinə qaz verilişi dayandırıldı. O onlara vəziyyəti izah edərək evdə azyaşlı nəvəsinin olduğunu bildirdi. Onlar isə öz növbəsində onun köməksiz vəziyyətindən istifadə edərək, ona müəyyən sənədlərə qol çəkdirərək məbləği ondan aldılar. Bunu hazırkı iddia ərizəsinə əlavə edərək, məhkəməyə təqdim etdiyi sözü gedən sənədlərin surətləri ilə təsdi edir. Həmçinin bildirir ki, qazın verildiyi vaxtlarda belə, qazın təzyiqi olduqca aşağıdır və istifadəyə yararsızdır. O isə buna etiraz edərək, bununla bağlı dəfələrlə “Azərqaz” İstehsalat Birliyinin “185” qaynar xətti ilə əlaqə yaradaraq, mövcud problemi onların nəzərinə çatdırmışdır, lakin hələ də mövcud problemlər öz həllini tapmayıb. Göründüyü kimi, onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Cavabdeh tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Qazdan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Bütün bu olanlar onu dərindən sarsıldaraq, əsəbləşdirir. Çünki “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirir, daima özünü gərgin hiss edir. Nəticə etibarı ilə deyə bilər ki, təqsiri olmadan cavabdeh onun barəsində müəyyən məhrumiyyətlər yaradaraq, qanunsuz və əsassız olaraq pulunu mənimsəyir, əsassız varlanır. Ona görə də, hesab edir ki, “Azərqaz” İstehsalat Birliyinin qanunazidd hərəkətləri dayandırılmalı, itirilmiş sərfiyyata görə ödənilmiş məbləğin geri qaytarılması, qazın normativ tələblərə uyğun verilməsininin təmin edilməsi barəsində qətnamə qəbul edilməlidir. Məhkəmə iddiaçının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və eləcə də, bildirmişdir ki, onun qaz sayğacı əvvəl öz həyəintdə olub. 2022-ci ilin təxminən sentyabr-oktyabr ayında sayğac qaz əməkdaşları tərəfindən həyətdən çıxarılıb çöldə quraşdırılanda ona bildirdilər ki, heç bir borcu yoxdur. Qaz sayğacının yeri dəyişdirləndə onlara akt vermədilər. Hesab edir ki, qaz sayğacının yeri dəyişdiriləndən sonra düzgün quraşdırılmadığı üçün sızma olub, onlar həmin qazı istifadə etməmişlər. Sayğacın yoxlama rəyindən də görünür ki, sızma olub. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, **********00160 saylı abonent kodu verilmiş ünvan 2 ünvanında quraşdırılmış smart itron tipli, İtron markalı 1802AZ**********24 qaz sayğacı xx.xx.2023-cü il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilərək, yeni qaz Zenner G4Tsmart markalı sayğacı ilə əvəzlənmişdir. Elektron tablosu işləməyən Smart tipli sayğac çıxarılan zaman Birliyin əməkdaşları tərəfindən çıxarılmış sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin olması faktını aşkar etmişlər və bu barədə yuxarıda qeyd olunan akta müvafiq qeydlər aparılaraq istehlakçı məlumatlandırılmışdır. Nəticə etibarı ilə çıxarılan Smart tipli sayğacın üzərində elektron tablonun qeyd etmədiyi, lakin həmin sayğacın mexaniki hissəsinin qeyd etdiyi 15327 m3 sərfiyyat borcu aşkar edilmişdir, yəni sayğac mənfiyə işləmişdir. Bunun nəticəsi olaraq da abonentin istifadə etdiyi, yəni karta məbləğ yükləmədən işlətdiyi və bu səbəbdən də dəyəri ödənilməmiş 507,25 manat məbləğində debitor borcu yaranmışdır. Sayğac müvafiq qaydada çıxarıldıqdan sonra qaydalara uyğun olaraq “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Antilnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İBnin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının MSK-14-2-2/3-5-4470/Q004 aktına əsasən (sayğac mənfiyə işləyib) sayğacın elektron və mexaniki göstəriciləri arasında olan fərq bir daha öz təsdiqini tapmışdır. Göründüyü kimi, öncədən ödənişli Smatr kart tipli qaz sayğacının klapanının bağlanmaması səbəbindən, sayğacın elektron hissəsinin qeyd etmədiyi, lakin mexaniki hissəsinin qeyd etdiyi təbii qazın sərfiyyatı üzrə abonentin, daha doğrusu iddiaçının istifadə etdiyi, lakin dəyəri ödənilməmiş 507,25 manat məbləğində sərfiyyat borcu yaranmışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akta bağlı əsas - debitor borcdur. Bu danılmaz faktdır. Belə ki, mübahisələndirilən borc məbləği “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında hesablanmış və abonentin Saldosuna yerləşdirilmiş dəymiş maddi zərər olsa idi bu hal mütləq həmin Saldo-da müqaviq olaraq “Aktlar və qalıqlar” qrafasında öz əksini tapmış olardı. Digər tərəfdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında hər hansı Akt belə mövcud deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən AR Energetika Nazirliyi Enerji X1 Bakı Filialının aparıcı müfəttişi X6 bildirmişdir ki, istehlakçı ilə qaz paylayıcısı arasında yaranmış hazırki məsələ Qazdan istifadə Qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydalarında göstərilir ki, qaz sayğacları onların pasportlarında göstərilən müddətdə dövlət yoxlamasına göndərilməlidir, həmin müddət 5 ildir. Bu səbəbdən iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacı xx.xx.2023-cü ildə çıxarılıb. Elektron qaz sayğacının üzərində menyu olur, sayğac çıxarılan vaxtı aşkarlanıb ki, qazda 2278 kub mənfiyə getmə var. Smart sayğaclarda mənfiyə getmə odur ki, istehlakçı ödəniş edir və müəyyən istehlak kubu alır, alınan kub bitəndən sonra sayğacın daxilində olan klapan qazı bağlayıt ki, qaz getməsin. Təkrar ödənişdən sonra klapan təkrar açılır, kub bitəndə yenidən bağlanır. Hazırki halda vəziyyət ondan ibarətdir ki, sayğacın daxilində problem yaranır, klapanda kifləşmə baş verir, klapan açılır, kub bitəndən sonra da klapan bağlanmır, klapanda nasazlıq yaranır. Həmin vaxt qaz istifadə olunur, ancaq ödənilmiş məbləğ bitsə də, qaz təchizatı dayanmır, mexaniki sayğac kimi işləməyə başlayır və bu zaman mənfiyə getmə olur, yəni istehlakçı qazdan istifadə edir, lakin pulu ödəmir. İddiaçının abonent saldosundan görünür ki, 2022-ci ilin sentyabr ayında 13 kub mənfiyə getmə sayılıb. İddiaçı bildirir ki, o zaman onun həyətində yerləşən qaz sayğacı çıxarılıb çöldə quraşdırılıb, qaz sayğacı dəyişdirilməyib. Təkrar olaraq 2023-cü ilin birinci ayında 1161 kub mənfiyə getmə olub. Sonuncu mənfiyə getmə sayğac üzərində göstərilib. 2023-cü ilin 3-cü ayında 906 kub olub mənfiyə getmə. 4-cü ayda qaz sayğacı çıxarılan vaxtı aktda qeyd olunub ki, mənfiyə getmə 2278 kubdur. Yəni abonent qazdan istifadə edib, pulunu ödəməyib. Sənəd üzərində ancaq 3-cü ay görünür, çünki abonent axırıncı dəfə 3-cü ay ödəniş edib deyə, o zaman sistemdə elə düşüb mənfiyə getmədən sonra. “Qazdan istifadə qaydaları”nda göstərilir ki, əgər qaz sayğacı daxildədirsə, 6 ayda bir dəfə sayğaca baxış keçirilir, əgər mülkiyyət xaricində quraşdırılıbsa, o zaman 3 aydan bir qaz sayğacına baxış keçirilir. Ona görə Cavabdeh İB-nin əməkdaşları 3 aydan bir qaz sayğacına baxış keçirməli idi. Əgər qaz mənfiyə gedirsə, abonent qazdan istifadə edib ödəniş edəndə, nə qədər mənfiyə getmə olub o görünmür. Sayğacda 3-cü ayda ödəniş olub, 4-cü ayda mənfiyə getmə görünüb. 4-cü ayda sayğac çıxarılanda daha çox, 2278 kub mənfiyə getmə aşkarlanıb. Laboratoriya rəyindən görünür ki, sayğaca baxış keçirildi, sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib, sayğacın yaddaş arxivi oxundu, sayğacda istismar müddətində Alarm-1 rejimi aşkar olunmayıb, xətalar təyin edilə bilmədi, sayğacın çıxış yivi birləşməsi ətrafında sızma mövcuddur, sayğac kipliyə yararsızdır, kamera ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi, sayğac istismara yararsızdır. Rəydə hamısı göstərilib ki, sayğacda sızma mövcud olub. İddiaçının dediyi təsdiq olunarsa ki, sayğacın yeri dəyişdirilərkən düzgün bağlanmayıb, orda sızma olubsa, həmin sızma sayğacdan keçib, lakin istehlakçı istifadə etməyib. Sayğacın yeri dəyişdirilibsə, onun da aktı var. Həmin vaxt tərtib edilmiş akta baxmaq lazımdır ki, həmin sayğac üzərində mənfiyə getmə olub ya yox və ümumiyyətlə aktda nə qeyd olunub. Əgər mənfiyə getmə olubsa, qaz sayğacı laboratoriyaya getməli idi. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndində deyilir ki, istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin qaz sayğacdan keçib, iddiaçı istifadə edib, lakin əgər sızma olubsa, ola bilsin, vətəndaş istifadə etməyib. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, mütəxəssis rəyini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləyə əsasən paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə alqığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, X3 (abonent kodu **********00140) məxsus mənzildən Cavabdeh İB-nin əməkdaşları tərəfindən 1802AZ**********24 nömrəli G-4 markalı İtron tipli qaz sayğacı dəyəri ödənilməyən qaz sərfinə görə çıxarılaraq yeni **********333 nömrəli G-4 markalı İtron tipli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan Dövlət Neft Şirkətinin Cavabdeh qaz sayğacının dövlət yoxlamasından keçirilməsi barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4470/Q004 nömrəli aktlndan görünür ki, 1802AZ**********24 nömrəli G-4 markalı İtron tipli qaz sayğacına baxış keçirildi. Sayğacın klapanı işlək deyil, Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi açkar olunmayıb. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır. İş materiallarında olan X5 ilə Cavabdeh İB-nin Müştəri Xidməti Şöbəsinin nümayəndəsi ilə bağladığı xx.xx.2023-cü il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokolundan görünür ki, xx.xx.2023-cü il tarixinə təbii qaza görə istehlakçının debitor borcu 507,25 manat təşkil edir. Abonentin maddi durumunu nəzərə almaqla tərəflər həmin borcun karta hər 50% hissə-hissə tutulub ödənilməsi üçün aşağıda göstərilən şərtlərlə razılığa gəldilər: istehlakçı bu protokola uyğun olaraq olan borcunu hesab koduna keçirilməsi şərtilə ödənilməsini təmin edir, borcunu ödəmədiyi halda, AR “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən qaz təchizatının dayandırılmasına etiraz etmir. Əvəz olunmuş sayğaca ümumi yüklənən qaz həcmi 13298 kub, Əvəz olunmuş sayğacın mexaniki göstəricisi 15327 kub, Əvəz olunmuş sayğacda ödənilməmiş qaz həcmi 2029 kub. Əvəz olunmuş sayğacda ödənilməmiş qaz həcminin dəyəri 507,25 AZN. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçıya məxsus ünvan 1 ünvanında quraşdırılmış smart itron tipli, İtron markalı 1802AZ**********24 qaz sayğacı xx.xx.2023-cü iİ tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilərək, yeni qaz sayğacı ilə əvəzlənmişdir. Elektron tablosu işləməyən Smart tipli sayğac çıxarılan zaman Birliyin əməkdaşları tərəfindən çıxarılmış sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin olması faktı aşkar edilmiş və bu barədə akta müvafiq qeydlər aparılaraq istehlakçının nümayəndəsi məlumatlandırılmışdır. Nəticə etibarı ilə çıxarılan Smart tipli sayğacın üzərində elektron tablonun qeyd etmədiyi, lakin həmin sayğacın mexaniki hissəsinin qeyd etdiyi 15327 m3 sərfiyyat borcu aşkar edilmişdir, yəni sayğac mənfiyə işləmişdir. Bunun nəticəsi olaraq da abonentin istifadə etdiyi, yəni karta məbləğ yükləmədən işlətdiyi və bu səbəbdən də dəyəri ödənilməmiş 507,25 manat məbləğində debitor borcu yaranmışdır. Sayğac müvafiq qaydada çıxarıldıqdan sonra Cavabdeh İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının MSK-14-2-2/3-5- 4470/Q004 aktına əsasən (sayğac mənfiyə işləyib) sayğacın sayğacının klapanının bağlanmaması səbəbindən sayğacın mənfiyə işlədiyi öz təsdiqini tapmışdır. İş üzrə xüsusi bilik tələb edən edən sualların cavablandırılması məqsədilə işə mütəxəssis cəlb edilmiş və mütəxəssis işin obyektiv həllinə nail olmaq üçün zəruri suallar verilmişdir. Mütəxəssisin rəyinə və işdə olan materiallara əsasən müəyyən edilmişdir ki, sayğacın klapanında nasazlıq olduğu üçün kub bitəndən sonra da klapan bağlanmamış, qaz təchizatı dayanmamış, mexaniki sayğac kimi işləməyə başlamış və bu zaman mənfiyə getmə olmuşdur, yəni istehlakçı qazdan istifadə edir, lakin pulu ödəmir. İddiaçının abonent saldosundan görünür ki, 2022-ci ilin sentyabr ayında 13 kub mənfiyə getmə sayılıb. Təkrar olaraq 2023-cü ilin birinci ayında 1161 kub mənfiyə getmə olub. Sonuncu mənfiyə getmə sayğac üzərində göstərilib. 2023-cü ilin 3-cü ayında mənfiyə getmə 906 kub olmuşdur. 4cü ayda qaz sayğacı çıxarılan vaxtı aktda qeyd olunub ki, mənfiyə getmə 2278 kubdur. Yəni abonent qazdan istifadə edib, pulunu ödəməyib. Məhkəmə iclasında eləcə də müəyyən edilmişdir ki, qaz sayğacının klapanının bağlanmaması səbəbindən sayğacın elektron hissəsinin qeyd etmədiyi, lakin mexaniki hissəsinin qeyd etdiyi təbii qazın sərfiyyatı üzrə iddiaçının istifadə etdiyi, lakin dəyəri ödənilməmiş 507,25 manat məbləğində sərfiyyat borcu yaranmışdır ki, həmin borcu iddiaçı İ.Asiyabi Cavabdeh İB-nin Müştəri Xidməti Şöbəsinin nümayəndəsi ilə bağladığı xx.xx.2023-cü il tarixli istehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşdırma protokoluna əsasən ödəmişdir. “Qazdan istifadə Qqaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə hesab edir ki, qaz sayğacında olan çatışmazlığın qaz paylayıcı tərəfindən vaxtında aşkarlanmadığı səbəbindən iddiaçının istifadə etdiyi, lakin dəyəri ödənilməmiş 507,25 manat məbləğində sərfiyyat borcunun tam olaraq iddiaçıdan tələb edilməsi əsassız olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 250 manat cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən itirilmiş sərfiyyata görə ödənilmiş 250 (iki yüz əlli) manat tutularaq İddiaçı (abonent kodu **********00160) geri qaytarılsın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar