Məhkəmə qərarları › İş №2(009)-222/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-222/2024

06.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-222/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası işə cəlb edilməklə «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, onun qızı 08.11,2005-ci ildə anadan olmuş X7 anadan gəlmə uşaq serebral iflic xəstəliyindən əziyyət çəkir. O uşaqlıqdan bu xəstəliyə düçar olmuşdur. Həkim Psixiatr Komissiyasının rəyinə əsasən orta kəmağıllıq kobud davranış pozuntuları ilə nitq qüsüru ilə yanaşı ataksik serebral iflic diaqnozu qoyulmuşdur. Ona əlillik verilmişdir. Dəfələrlə aparılan müalicələr heç bir nəticə verməmişdir. Hal-hazırda gündən-günə onun əsəbiliyi artmış, psixi pozuntuları ilə müşayiət olunan səhhəti ağırlaşmış, nitq qabiliyyəti kəskin zəifləmişdir. Daim başqasının köməyinə ehtiyacı vardır. Hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında olmur. Qızının xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasına ehtiyacı vardır. Qızı onunla eyni ünvanda ünvan 1nda qeydiyyatdadır. Mütəmadi olaraq qızının sənədləşdirmə işlərində də onu təmsil etmək lazım gəlir. Pensiya kartının, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı sənədləşdirmə işlərində problem yaradır. Çünki onun adından heç bir etibarnaməsi də yoxdur. Çünki onun faktiki olaraq fəaliyyət qabiliyyəti yoxdur. Bunun üçün ona qızının məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab olunaraq üzərində qəyyum təyin olunmağı tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZ-İ 677376 nömrəli, xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X7 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur, atası Ərizəçi, anası X3r. İşə əlavə edilmiş AA3224160 seriyalı 4QN3952 saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, X7 xx.xx.2005-ci ildə anadan olmuşdur. İşə əlavə edilmiş AA******* seriyalı 6VVGHVVRP saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, Ərizəçi xx.xx.1973-cü ildə anadan olmuşdur. İşə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən aydın olur ki, Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə təyin edilmiş ambulator məhkəmə-psixiatriya ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 85 saylı rəyindən görünür ki, X5 “ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ” (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (daun sindromu ilə doğulması, psixofiziki inkişafının həmyaşıdlarından xeyli geri qalması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Uşaqların sağlamlıq imkanlarının məhdudluğu. Bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin paarezi və ya iflici, dayanıqlı yayılmış hiperkenizlər. (ikili atetoz, xoreoatetoz tipli) nəzərəçarpan koordinasiya pozulmaları” diqnozu ilə 18 yaşadək əlil olmasının qeyd edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı “X2 müayinədə olması və ona“Orta kəmağıllıq. Kobud davranış pozuntuları ilə. Nitq qüsuru ilə. Yanaşı ataksik serebral iflic” diaqnozu təyin olunması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (bələdliyinipozulması, davranışının qeyri-adekvatlığı, emosional dayanıqsızlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi, maraq dairəsinin məhdudluğu öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. X5 orta dərəcəli əqli gerilik müəyyən edilir. X7 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Beləliklə, Ərizəçi övladı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacının, eləcə də əlil olmasını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X4 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın xx.xx.2024-cü il tarixli, 85 saylı rəyində X4 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, X7 ağıl zəifliyi və xəstəlik nəticəsində öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 08 noyabr 2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 08 noyabr 2005-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar