Məhkəmə qərarları › İş №2(009)-223/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-223/2022

16.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-223/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi anası-X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, atası X5 23.02.1935-ci il tarixində Şəmkir rayonunda anadan olmuşdur. Atası ilə anası 1975-ci il tarixdə birgə nikaha daxil olmuşlar. Birgə nikahdan o, 12.03.1975-ci il təvəllüdlü qardaşı Azər, 30.09.1976-cı il təvəllüdlü Arzu dünyaya gəlmişdir. 04.03.2006-cı ildə atası dünyasını dəyişmişdir. ünvan 1 ünvanında yerləşən yaşayış evi atasından onlara, yəni övladlarına və anasına miras qalmışdır. Hazırda həmin evdə anası yaşayır, orada qeydiyyatdadır və ev onun mülkiyyətindədir. Bu yaxınlarda anası qardaşı Azəri həmin mənzildən qeydiyyatdan çıxarmışdır. Qeyd olunan hallar qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən olunduğundan həmin məhkəmə aktlarını əlavə edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Səbail Rayon Məhkəməsinin 04.11.2020-ci il tarixli qətnaməsi ilə qardaşı həmin mənzildən qeydiyyatdan çıxarılmışdır. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində qüvvədə qalmışdır. Həmçinin anaları onları dəfələrlə polisə şikayət edərək ona hədə-qorxu gəldiklərini, ona işgəncə verdiklərini bildirmişdir. Hansı ki, hər dəfəsində polis şöbəsində onları polis əməkdaşları görməkdən yorulmuş, hər dəfəsində materiala xitam vermişdir. Obyektiv həqiqətin müəyyən olunması, həmçinin məhkəmədə daxili inam formalaşması üçün bildirir ki, atası 2003-cü ildə Nəsimi rayonunda onun adına sənədləşdirilərək bir mənzil almışdır. Xüsusi ilə qeyd edib ki, həmin mənzil yalnız atasının iradəsi ilə, anasının iradəsinə zidd olaraq onun adına sənədləşdirilmişdir. Həmin sənədin çıxarışı onun öz otağında ona aid sənədlərin arasına qoymuş və həmin mənzilin sənədini anası X7 gizli şəkildə otağından oğurlamışdır və illər boyu özündə gizlətmişdir. Bununla yanaşı həmin mənzilin açarlarını da anası illər boyu özündə gizli saxlamışdır və faktiki olaraq 2014-cü ilə qədər o mənzil haqqında onun heç bir məlumatı olmamışdır. Təəsüflə qeyd edib ki, illər boyu bu söhbətlər onun arxasında aparıldığı üçün özünü bu ləkə yaxmadan qorumaq imkanı olmamışdır. Evin içində isə anasının onlara qarşı olan kəskin münasibəti dözülməz həddə idi. Anası tez-tez heç bir səbəb olmadan onunla konfliktlərə gedirdi. Anası onun sanki ondan xəbərsiz qohumlarla görüşdüyünü və s. səbəbləri uyduraraq onunla qalmaqallar edirdi. Bu qalmaqallar bəzən çox kəskin hallar alırdı, anası hətta bəzi hallarda onun üstünə boşqablar atırdı, fiziki xəsarət yetirməyə cəhdlər edirdi. Bütün bunların yanında anasının ona qarşı hətta qeyriənənəvi üsullardan (cadu) istifadəsi faktları da olub. Qeyd edib ki, bütün bu hərəkətlər anasının anormal hərəkətlərindən xəbər verir. Belə ki, anası şizofreniya xəstəsidir və öz hərəkətlərinin mənasını dərk etmir. Atasından miras qalmış əmlakdan qardaşını qeydiyyatdan çıxarmasının səbəbi də həmin evi satmaqdır. Belə ki, ona və qardaşına uzun illər sonra məlum oldu ki, anası evdən kənarda əxlaqsız həyat yaşamışdır. Onun məhəllədə taksist Habil kimi tanınan bir nəfərlə əxlaqsız əlaqəsi olmuş və istədikləri vaxt həmin mənzildə görüşmüşlər. Habil adlı şəxsin məqsədi də məhz anasının psixoloji qüsurlarından sui-istifadə edərək, həmin mənzili anasına satdırıb öz mənafeyi üçün atasından miras qalmış əmlakı mənimsəməkdir. Bu səbəbdən də anası qardaşını həmin mənzildən qeydiyyatdan çıxarmışdır ki, rahat şəkildə sata bilsin. Ümumiyyətlə son iki il ərzində anasının qeyri-sağlam, idrak problemlərində ifadə olunan hərəkətləri ifrat hala gəlmişdir. Belə ki, o dəfələrlə ərazi polis idarəsinə onların haqqında uydurduğu, həqiqətə uyğun olmayan saxta şikayətlər etmiş, həmçinin Xətai və Səbail rayon məhkəmələrində müxtəlif əsassız iddialarla şikayətlər etmişdir. Ağıl zəifliyi və əqli qüsurları nəticəsində, eyni zamanda, son illərdə etdiyi ağlasığmaz hərəkətləri ilə onu və qardaşını ağır maddi vəziyyətə salmışdır. Belə ki, hazırda atalarından miras qalmış bütün əmlakları öz hərəkətlərinin mənasını anlaya bilməməsi səbəbindən heç birinin xəbəri olmadan kənar şəxslərin təsiri və təzyiqi nəticəsində öz real dəyərindən dəfələrlə aşağı qiymətlərə satıb əldən çıxarmaq niyyətindədir. Halbuki həmin əmlakları min-bir əzab-əziyyətlə atası onlar üçün əldə etmişdir. Atası bunları ona görə etməmişdir ki, anası onları çapıb-talasın, tam əksi onlar el dili ilə desək özlərinə "gün ağlasın”. Anasının etdiyi hərəkətlər son illərdə o həddə çatıb ki, o övlad olaraq bu ərizəni vermək məcburiyyətində qalmışdır. Sahilə Əliyevanın illər boyu ona qarşı haqsız münasibətlərini, həmçinin bütün qohumlara, qonşulara və s. təmasda olduğu şəxslərə haqqında çirkin böhtanlar yağdırdığını nəzərə alaraq, onun şüursuz hərəkətlər etdiyini diqqətə alaraq, xüsusi ilə atalarından qalmış miras əmlakın talan edilməsinin qarşısının alınması, onların vərəsələr olaraq hüquqlarının qorunması məqsədi ilə hazırki ərizəni vermək məcburiyyətindədir. Belə ki, analarının hərəkətləri həm onun, həm qardaşının, yəni onların vərəsələrin əmlak hüquq və mənafelərini təhlükə altında qoyur. Yəni anası mövcud xəstəliyin fəsadları olaraq öz hərəkətlərinin mənasını anlaya bilmir, həmin hərəkətləri idarə edə bilmir, ona məxsus əmlaklar üzərində sərəncam vermək imkanına malik deyildir. Bunu təsdiq edəcək bir sıra halları həm düşdüyü vəziyyətin başa düşülməsi, həm də məhkəmədə daxili inam formalaşması üçün nəzərə çatdırmaq üçün bir sıra məhkəmə qərarlarını, polisin yekun qərarını, izahatını, Habil adlı şəxslə olan səs yazılarını, ona cadu etməsinə dair evdə tapdığı şəkili ərizəsinə əlavə edib. Anasının hərəkətlərinə görə həm maddi, həm də mənəvi əziyyət çəkirlər, iztirablar, sarsıntılar keçirirlər. Bütün bunları şahidlik edərək həm qardaşı, həm də özü bir daha məhkəmədə təsdiq etməyə hazırdırlar. Məhkəmə iclasında Ərizəçi ərizəni tam müdafiə edərək bildirmişdir ki, məhkəməyə müraciət edəndə onun əsas məqsədi atasından miras qalmış Səbail rayonunda yerləşən əmlakın anasının öz istəklərinə uyğun istifadə etməsinin qarşısını almaq idi. Çünki anası həmin əmlakı satmaq istəyirdi. Bununla bağlı vəkilə müraciət etdikdə, şəxsin psixi vəziyyəti ilə bağlı məhkəməyə ərizə verməyi, əgər onun öz hərəkətlərini idarə edə bilməməsi təsdiq olunsa əmlakın satılmasına qadağa qoyula biləcəyini bildirmişdir. Evin satışa çıxması barədə internetdə məlumatlar görmüşdür. Anasının yad kişi ilə münasibəti var. Ambulans briqadası anasını aparmaq üçün gəlsə də, anası səs-küy salıb, özünü otağa kilitləmişdir. Nə qədər çalışsalar da, qapını açmamışdır. Briqada isə müdaxilə edə bilməyəcəyini bildirmişdir. X1 məcburi aparılmasını xahiş etmişdir. Məhkəmənin 11.04.2022-ci il tarixli iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, X2 psixiatriya müəssisəsində müayinə olunması üçün ambulans briqadası gəlmiş, lakin, onların çoxsaylı cəhdlərinə baxmayaraq müayinə olunmaqdan imtina etmişdir. Ambulans briqadası bununla bağlı məcburi heç bir şey edə bilməyəcklərini demişlər. Bu səbəbdən, Xətai RPİ-nin 34-cü Polis şöbəsinə müraciət olunmuş, lakin, qərardadın icrası onlara həvalə olunmadığından heç bir tədbir görə bilməmişlər. Bu səbəbdən də, X2 psixiatriya müəssisəsinə məcburi olaraq yerləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Səbail rayon İH başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mükmün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, ərizə təmin edilməməlidir. Mülki iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-1419/2020 saylı, 04.11.2020 -ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh X6 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmiş, hazırki qətnamə X4 ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olaraq qət edilmişdir. İş materiallarında olan Xətai Rayon Məhkəməsinin 2(011)-6020/2020 saylı, 12.11.2020 -ci il tarixli qətnaməsi ilə X2 xeyrinə Ərizəçi, 12.10.2020-ci il tarixdən hesablanmaqla, 30 (otuz) manat sabit pul məbləğində aliment və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin 09.11.2020-ci il tarixli qərarına əsasən, cinayət işinin başlanılması rədd edilmiş, tərəflərin münaqişəli olduqlarından münaqişəli ailə kimi qeydiyyata alınmaları üçün qərarın surəti 34-cü PŞ-nin aidiyyatı əməkdaşına verilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokurorluğuna göndərilmiş, qərarın surəti maraqlı tərəfə göndərilmiş və qərarla razı olmadığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokurorluğuna, yuxarı prokurorluğa və ya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, Material saxlanılması üçün Xətai RPİ-nin 34-cü PŞ-nin arxivinə təhvil verilmişdir. Məhkəmə verilmiş ərizə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, X7 Ərizəçi anasıdır, yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin yaxın qohumudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Məhkəmə X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı hesab edir ki, X2 hər-hansı bir psixi xəstəlikdən əzab çəkib-çəkməməsi, öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas olub-olmaması məsələsi xüsusi bilik tələb olunan hal olduğu üçün iş üzrə əhəmiyyət kəsb edən məhz həmin mübahisəli hallar digər sübutetmə vasitələri təsdiq oluna bilməz. Qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsi kimi yalnız ambulator məhkəmə psixiatrik ekspertizası keçirilməklə təsdiq olunması mümkündür. İddiaçı məhkəmə iclasında Ambulans briqadasının anasını aparmaq üçün gəldiyini, anasının isə səs-küy saldığını bildirsə də, lakin ekspertiza tərəfindən hər hansı akt tərtib edilməmiş, X7 “Məhkəmə Psixiatrik Ekspertizası” Mərkəzinə təqdim olunmadığı üçün mülki iş rəy verilmədən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, X3 psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi iş materiallarında öz təsdiqini tapmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar