Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2239/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi P.A.Əliyevin iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilkin iddia tələbi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan Yolu küçəsi, 5A saylı fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh ilə X1 arasında “qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və abonent kodu üzrə təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında və tam şəkildə etmişlər. X1 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X7 əməkdaşları onun iştirakı olmadan xx.xx.2022-ci il tarixli, ******* No-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edərək, aktda sayğacdan kənar qeyri-qanuni qaz istifadə olunduğunu qeyd etmişlər. Həmin akt əsasında isə “Dəymiş ziyanın bərpa edilməsinə dair” tələbnamə tərtib edilmişdir ki, həmin tələbnaməyə əsasən itirilmiş 34550 kub.m.qazın dəyərinin 4147,20 manatın ödənilməli olduğu bildirilmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb, yoxlamanın nəticəsi tamamilə əsassız və qanunsuzdur. Saldoya baxdıqda da müəyyən edilir ki, o, daim ödənişlər etmişdir. Sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməməsi təqdim etdiyi foto şəkillərdən də görmək mümkündür. Belə ki, foto şəkillərdə göstərilən xətt ona məxsus fərdi yaşayış evindən 15-20 metr aralırdadır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh tərəfindən qanunsuz hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Səbail rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarda olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu, Salyan küç, x/ev 5A küçəsi qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz olmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 4147,20 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 46,16 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 4101,04 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh İddiaçı tərəfindən iddiaçı Cavabdeh İB-yə 4101,04 manat məbləğində zərərin və 61,02 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4162,06 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı izahatında göstərmişdir ki, qaz xəttinə qanunsuz qoşulmamışdır, onun evinə qaz yalnız sayğacdan sonra daxil olur, cavabdehin çəkdiyi fotoşəkildə sayğacdan əvvəl şlanq vasitəsilə qaz xəttinə qanunsuz qoşulan xətt onun evinə getməmişdir. Yəni cavabdeh həmin şəkili çəksə də, şlanqın hansı evə daxil olmasını sonadək araşdırmamışdır. Belə ki, cavabdehin əməkdaşı fotoşəkilləri çəkdikdən bir gün sonra həmin küçəyə yaxınlaşmış, bu zaman artıq qanunsuz qoşulma mövcud olmamış, şlanq çıxarılmış, əməkdaşlar əvvəl onun qonşusuna yaxınlaşmış, qanunsuz qoşulmanın onun tərəfindən həyata keçirilməsini bildirdikdən sonra qonşu hay-küy salmış, sonra digər qonşuya bildirmişlər ki, qanunsuz xətt onlara getmişdir, həmin qonşu da hay-küy salmış, daha sonra əməkdaşlar onu günahlandırmışlar. O, qanunsuz xəttin onun evinə daxil olmasını sübut etməsini onlardan tələb etmiş, həmçinin onları öz həyətinə dəvət etmişdir ki, qanunsuz daxil olan xəttin hara qoşulmasını göstərsinlər. Əməkdaşlar həyətə daxil olmaqdan imtina etmiş və çıxıb getmişlər. 3 aydan sonra ona məlum olmuşdur ki, onun abunə hesabına borc yazılmışdır. Cavabdeh təşkilata müraciət etdikdə, müraciəti müsbət həll edilməmiş, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qanunsuz qoşulma xətti altı qonşuya gedə bilər. Cavabdeh isə onu fağır görüb, məsuliyyəti onun üzərinə atmışdır. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X6 qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini, ilkin iddianı isə qəbul etməyərək onun rədd edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, Birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən qaz xəttinə qanunsuz qoşulma halını aşkara çıxarmış, həmin xəttin İddiaçı yaşadığı evə daxil olmasını müəyyən edib müvafiq akt tərtib etmişlər. Fotoşəkillər qanunsuz qoşulmanı təsdiq edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbləri isə təmin edilməməlidir. İş üzrə doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildə anadan olmuşdur, atası X3, anası X4r. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 242 No ilə qeyd edilmişdir. İş üzrə Səbail rayon MKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsində yerləşən ö/t 5a saylı evdə qeydiyyatsız yaşayır. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi göstərilmişdir. İş üzrə Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən belə məlum olur ki, istehlakçı Xanım Quliyevaya ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında fərdi evdə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunması, 360 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 34560 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş üzrə abonent X2 (kod **********00051) abonent saldosundan görünür ki, ona 2022-ci ilin dekabr ayında 4147,20 manat əlavə borc hesablanmışdır. Məhkəmə verilmiş ilkin və qarşılıqlı iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh təşkilatla bağlanılmış müqavilənin tərəfi X5 olsa da, o, vəfat etdiyindən və iddiaçı evin istifadəçisi olmaqla mərhum X.Quliyevanın oğlu olduğundan, onun hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır və qaldırılan qarşılıqlı iddia tələbi üzrə cavabdehlik daşıyan şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli evin yerləşdiyi küçəyə çəkilmiş qaz xəttinə qanunsuz qoşulma halı Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmə zamanı aşkara çıxarıldığından, həmin xəttin İddiaçı evinə getməsi qənaətinə gəlinmiş, yoxlamanın nəticəsində faktla bağlı xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmişdir. Akta əsasən abonent sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olması müəyyən edilmişdir. Həmin akt əsasında komissiyanın xx.xx.2022-ci il tarixli qərarı ilə dəymiş ziyanın həcmi kimi 34560 kub metr əlavə hesabat aparılmış və iddiaçının abunə hesabına əlavə sərfiyyat kimi itirilmiş qazın (vurulmuş ziyanın) bərpası ilə bağlı 4147,20 manat borc yazılmışdır. Göründüyü kimi iddiaçının abunə hesabına əlavə 4147,20 manat borc xx.xx.2022-ci il tarixli qərar əsasında yazılmış, həmin qərar isə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında qəbul edilmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun yaşadığı evə daxil olan qaz xəttinə hər hansı qanunsuz müdaxilə halı olunmamışdır, cavabdeh təşkilat əsassız olaraq qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmuş xəttin onun evinə getməsini bildirərək ona əsassız abunə hesabına borc yazmışdır. Saldoya baxdıqda müəyyən edilir ki, o, daim ödənişlər etmişdir. Sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməməsi fotoşəkillərdən də görmək mümkündür. Foto şəkillərdə göstərilən xətt ona məxsus fərdi yaşayış evindən 15-20 metr aralıdadır. Hazırda isə cavabdeh təşkilat onu qazdan qanunsuz istifadə etməkdə günahlandıraraq mövcud olmayan borcun ödənilməsini tələb edir. Bu səbəbdən iddiaçı 4147,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilmiş, bununla əlaqədar akt tərtib edilmiş və 4101,04 manat məbləğində dəymiş ziyanın hesablanmışdır. Bu səbəbdən iddiaçı həmin ziyanın tutulmasını məhkəmədən xahiş etmişdir. Мəhkəmə qaz xəttinə qanunsuz qoşulma və bu faktla bağlı tərtib edilmiş akt əsasında iddiaçının abunə hesabına yazılmış borcla əlaqədar qeyd edir ki, qanunsuz qoşulan xəttin iddiaçının yaşadığı evə daxil olması faktı cavabdeh tərəfindən sübut edilə bilmədiyindən həmin borcun silinməsi barədə tələb əsaslı hesab edilməlidir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» AR Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Cavabdeh İB-nin balansında və istismarında olan küçə qaz xəttinə baxış keçirərkən, qaz xəttinə özbaşına qoşulma halı aşkara çıxarılmış, həmin xəttin cavabdehin yaşadığı evə daxil olması, bununla da İddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə olunması qənaətinə gəlinərək müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, qaz xəttinə qanunsuz qoşulma xətti İddiaçı yaşadığı evdən 15-20 m. aralı, həmin küçədə yerləşən bir neçə evə daha yaxın məsafədə yerləşmiş, cavabdeh təşkilatın nümayəndələri küçədən gedən qaz xəttinə rezin şlanq vasitəsi ilə qanunsuz qoşulmanın fotosunu çəksələr də, həmin xəttin konkret hansı qonşunun həyətinə daxil olmasını sonadək araşdırmamış, yalnız İddiaçı yaşadığı evə daxil olması qənaətinə gəlmişlər. Halbuki, məhkəməyə təqdim olunan abonentin saldosundan da məlum olur ki, edilən ödənişlər aylar üzrə kəskin fərqlənmir. Belə ki, qanunsuz qoşulma halı mövcud olsa idi, həyata keçirilən ödənişlər arasında kəskin fərq mövcud olardı. Beləliklə məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən qaz xəttindən sayğacdan kənar qanunsuz istifadə etmə halı müəyyən edilmədiyindən, qaldırılan qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz və təmin edilməməli, ilkin iddia əsaslı hesab edilməli və xəttdə qanunsuz qoşulma əsası ilə tərtib edilmiş akt əsasında iddiaçının abunə hesabına yazılmış 4147,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri – 61,02 manat məbləğində ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Bu səbəbdən dövlət rüsumunun əvəzi kimi İddiaçı 61,02 manat məbləğində pulun tutulması hissəsində tələb də təmin edilməməlidir. İlkin iddia təmin olunduğundan və istehlakçı məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad edildiyindən, Cavabdeh İB-dən eyni zamanda dövlət nəfinə 30 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə İddiaçı barəsində Bakı şəhəri, Səbail rayonu, Salyan yolu küçəsində yerləşən ö/t 5a saylı evə dair Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli qərarına (dəymiş ziyanın bərpasına dair Tələbnamə) əsasən ilkin iddia üzrə iddiaçının abunə hesabına (**********0051) yazılmış 4147,20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc silinsin. Cavabdeh İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddiaçı Cavabdeh İddiaçı qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4101,04 manat məbləğində dəymiş ziyanın və 61,02 manat dövlət rüsumunun tutulması barədə qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməsin. Məhkəmə xərcləri qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2239/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2239/2023
05.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver