Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-224/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, İddiaçı Cəbrayıl qızının nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X4, Cavabdeh X22 və onun vəkili X5 iştirakları ilə, İddiaçı Cəbrayıl qızının və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 prosessual hüquqi varisləri X3, X14 və X18 qarşı “pul tutulması və tutmanın əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cəbrayıl qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən 18550 ABŞ dolları alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası vətəndaşı olan İddiaçı Cəbrayıl qızı (əvvəlki soyadı Quliyeva) İran İslam Respublikasının vətəndaşı Əli Rahmani ilə ailə həyatı qurub, birlikdə Bakı şəhərində yaşayır və birgə təsərrüfat aparırlar. 2015-ci ilin ortalarında iddiaçı özünün və ərinin istifadəsi üçün avtomobil almaq qərarına gəlirlər və bu məqsədlə internet vasitəsilə axtarış edən zaman 535 BMW markali **-MG-*** avtomobilinin satılması barədə Cavabdeh1 tərəfindən elan verilməsinə rast gəlmişlər. Həmin şəxsin internetdə qeyd edilmiş telefon nömrəsinə zəng edərək avtomobilin qiyməti barədə məlumat əldə etdikdən sonra, onu satın almaq istədiklərini bildiriblər və növbəti gün Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək" adlanan Ticarət Mərkəzində görüşmək qərarına gəlmişlər. İddiaçı əri Rahmani ilə birlikdə birinci cavabdehlə Bakı şəhəri, Qaradağ rayonunda yerləşən "Sədərək" adlanan ticarət mərkəzinin qarşısında görüşmüşlər. Birinci cavabdeh 535 BMW markali **-MG-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinin qayınatası Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olduğunu, lakin adıçəkilən şəxsin həmin avtomobili ona verdiyini, avtomobilin "xxxx"da ipotekada olduğunu, özünün də həmin bankda işlədiyini və avtomobili 18000 (on səkkiz min) X24 dollarına satmaq istədiyini bildirmişdir. X38 ilə məsləhətləşdikdən sonra həmin avtomobili almaq istədiklərini birinci cavabdehə bildirmiş və razılığa gəlmişlər ki, 18000 (on səkkiz min) ABŞ dollarının 8000 (səkkiz min) dollarını birinci cavabdehə versinlər, yerdə qalan 10000 (on min) ABŞ dollarını isə avtomobilin mülkiyyətçisi Cavabdeh2 oglu ilə ‘’xxxx" ASC arasında rağlanılmış xx.xx.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsi üzrə faizləri də daxil olmaqla 2015-2017-ci illər ərzində kredit borcu, eyni zamanda həmin vaxtı mövcud 3000 (üç min) ABŞ dolları məbləğində cəriməsindən 2500 (iki min beş yüz) ABŞ dolları şəklində ödəsinlər. İddiaçı, xx.xx.2015 ci il tarixində nəğd şəkildə 8000 (səkkiz min) ABŞ dollarını Cavabdeh1 verdikdən sonra sonuncu ikinci cavabdehə zəng edərək onu avtomobilin sənədləşmə işlərinin aparılması, iddiaçıya etibarnamənin verilməsi üçün olduqları yerə çağırmış və Cavabdeh2 onlarla Bakı şəhəri 6 saylı Notariat Kontorunda görüşərək özünə məxsus rəsmi reyestrdə qeydə alınmış daşınar əmlakların idarə edilməsi və həmin əmlaklar barəsində sərəncam verilməsi barədə iddiaçıya xx xxxx 2015-ci il tarixli, 10 il müddətinə Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş Etibarnamə vermişdir. Sonra birlikdə "xxxx" ASC-nın müvafiq filialının bankın inzibati binasına getmişlər. Bankda iddiaçı və ərinə məlum olmuşdur ki, kredit müqaviləsi üzrə Cavabdeh2 ödəmələrdə gecikməsi olduğundan həmin gecikmə ilə əlaqədar bank ona 3000 ABŞ dolları məbləğində cərimə hesablamışdır. İddiaçı və əri həmin cərimənin 2500 ABŞ dolları hissəsini ödəmişlər. Lakin cərimənin ödənilməsi ilə bağlı onlara hər hansı qəbz verilməmişdir. Cərimənin yerdə qalan hissəsini isə cavabdehlər ödəməyə öz üzərilərinə götürmüş və növbəti gün gəlib cəriməni ödəyəcəklərini bildirmişlər. Cavabdeh2 112 saylı kredit müqaviləsi üzrə ödənişlərinin iddiaçı və əri tərəfindən həyata keçiriləcəyini bildikdən sonra iddiaçı və onun və əri Əli Rəhmaniyə ödəniş qrafiki vermiş və onlara bildirmişlər ki, faizlər də daxil 2015-2017-ci illər ərzində 8550 (səkkiz min beş üz əlli) ABŞ dolları ödəniş etsəniz kredit üzrə ödənişlər tamamlanar və avtomobil ipotekadan azad olunar. 2015- 2017-ci illər ərzində Bankın müəyyən etdiyi ödəniş cədvəli əsasında iddiaçı və əri tərəfindənikinci cavabdehin kredit borcuna görə Banka aşağıdakı tarixlərdə və məbləğdə ödənişlər həyata keçirilmişdir. İddiaçı Cəbrayıl qızı tərəfindən “xxxx" ASC-nın ''Uğur" filialında -**********830001 hesabına-Cavabdeh2nım banka olan kredit borcuna görə: -xx xxxx 2015-ci il tarixdə 500 dollar ( beş yiiz X24 dolları): -xx xxxx 2015-ci il tarixdə 500 dollar ( beş yüz X24 dolları): -xx xxxx 2015-ci il tarixdə 200 dollar (iki yüz X24 dolları); -xx xxxxxxxx 2015-ci il tarixdə 650 dollar (altı yüz əlli X24 dolları):-xx xxxxxxx 2015-ci il tarixdə 650 dollar (altı yüz əlli X24 dolları); -xx xxxxxx 2015-ci il tarixdə 600 dollar (altı yüz X24 dolları): -xx xxxx 2016-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları); -xx xxxxx 2016-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları ); -xx xxxx 2016-cı il tarixdə 400 dollar (dörd yüz X24 dolları); -xx xxxxxx 2016-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları): -xx xxxxx 2017-ci il tarixdə 300 dollar (üç yüz X24 dolları): iddiaçının əri X19 adından isə “xxxx” ASC-nın - Uğur” filialında 4**********830001 hesabına-Cavabdeh2 banka olan kredit borcuna görə: xx xxxxxx 2015-cı il tarixdə 650 dollar (altı yüz əlli X24 dolları): -xx xxxx 2016-cı il tarixdə 400 dollar ( dörd yüz X24 dolları ); -xx xxxxxx 2017-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları); -xx xxxxxx 2017-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları): -xx xxxx 2017-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları): -xx xxx 2017-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları): -xx xxxx 2017-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları): xx xxxx 2017-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları): xx xxxxxx 2017-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları); xx xxxxxxxx 2017-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları); xx xxxxxxx 2017-cı il tarixdə 300 dollar (üç yüz X24 dolları); qəbzlər cəmi 8550 dollar (səkkiz min beş yüz əlli X24 dolları) 2017 ci ildə iddiaçı axırıncı ödənish həyata keçirildikdən sonra avtomobilin ipotekadan azad olması barədə sənədləri və avtomobilə məxsus digər sənədləri bankın rəsmisindən tələb etdikdə orada iddiaçıya bildiblər ki, əlavə 14.000 ( on dörd min) ABŞ dolları da ödəməlisiniz. Bunun səbəbini soruşduqda Bankdan bildirmişlər ki, borclu Cavabdeh2 adına bankda iki ayrı-ayrı xx.xx.2015-ci il tarixli, 112 saylı və 113 saylı kredit müqavilələri vardır və həmin 112 saylı müqavilə üzrə X15 məxsus 2007-ci il buraxılışlı 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobil ipotekaya qoyulub, 113 saylı kredit isə zaminlik müqaviləsi ilə yüklüdür. Eyni zamanda söyləmişlər ki, sizin 2015-2017-ci illər ərzində ödədiyiniz pullar həm 112 saylı, həm də 113 saylı kredit müqavilələrinin əsas və faiz borclarına hesablanmışdır. İddiaçı və əri cavabdehlərlə yalnız avtomobilin ipotekada olduğu 112 saylı kredit müqaviləsi üzrə ödəniş etməyi razılaşdıqlarını və həmin müqavilə üzrə bütün ödənişləri etdiklərini və avtomobili ipotekdan çıxarmağı xahiş etsələr də, Bank rəsmiləri buna əhəmiyyət verməmişdir, iddiaçı və onun ərinin Cavabdeh2 adına eyni bankla iki kredit müqaviləsinin olduğundan xəbərləri olmamışdır. Onların 2500 ABŞ dolları da cərimə də daxil olmaqla banka ödədikləri 10550 ABŞ dolları xəbərləri olmadan ikinci cavabdehin 112 və 113 saylı kredit müqavilələri üzrə borcların ödənilməsinə hesablanmışdır. İddiaçı və əri cavabdehlər tərəfindən aldadılmışlar. Bankın əlavə 14000 ABŞ dolları ödənilməsi tələbi iddiaçı və əri tərəfindən rədd edildikdən sonar 2019-cu ildə iddiaçı "xxxx” ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X20 arşı "kredit borcu və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilərək "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsi üzrə 5380 ABŞ dolları əsas, 2562 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti Cavabdeh2 tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanəllərin Sığortalanması Fondunun hesabına köçürülməsi; ödəmənin "xxxx" ASC ilə Cavabdeh2 (ipoteka qoyan ) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh2 məxsus 2007-ci il buraxılışlı 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobilə yönəldilməsi, həmin avtomobil satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində xxxx” ASC-yə ödəniləsi, satışdan əldə olunuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 113 nömrəli Kredit Müqaviləsi üzrə 4575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X10 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan “xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X10 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nın ləğyedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qət edilmişdir. Apelyasiya məhkəməsinin qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş məhkəmənin icraatında olarkən ikinci cavabdehin özünə məxsus daşınar əmlakın idarə edilməsi və onun barəsində sərəncam verilməsi barədə iddiaçıya 10 il müddətinə Bakı şəhəri 6 saylı Notariat Kontoru tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş Etibarnamə onun tərəfindən iddiaçının xəbəri olmadan ləğv edilmişdir. İddiaçı müvafiq qurumlara şikayət verdikdən sonra ikinci cavabdeh özünə məxsus daşınar əmlakın idarə edilməsi və onun barəsində sərəncam verilməsi barədə iddiaçıya xx.xx.2019-cu il tarixdə yenidən 2 il müddətinə etibarnamə vermişdir. Həmin Etibarnamə Bakı şəhəri 53 saylı Notariat ofisi tərəfindən təsdiq edilmişdir. Sonradan ikinci cavabdeh həmin etibarnaməyə da iddiaçının xəbəri olmadan xitam vermişdir. Hesab edir ki, qeyd edilən faktiki hallar nəzərə alınaraq iddiaçının birinci cavabdehə bilavasitə verdiyi, eyni zamanda ikinci cavabdehin kredit borcu üzrə Banka ödədiyi cəmi 18550 (on səkkiz min beş yüz əlli) ABŞ dolları onlardan alınaraq ona qaytarılmalıdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli məhkəmə iclasında qəbul etdiyi qərardad ilə Cavabdeh2 prosessual hüquqi varisləri X6, X22 və X26 cavabdeh kimi işə cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən 3-cü şəxs X4 cavabdehhlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varislərindən müştərək qaydada 18550 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya və ona verilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında İddiaçı Cəbrayıl qızı iddia tələbinin həcmini artıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varisləri X7, X11 və X2 müştərək qaydada 18550 ABŞ dolları tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində “Nissan Tida” markalı ** UP *** dövlət qeydiyyat nişanlı və “Hundai Accent” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobillərə, X16 mülkiyyətində olan “Honda Pilot” markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilə, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində hal-hazırda Cavabdeh2 mülkiyyət hüququ ilə adına qeydiyyatda olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2 a, 42 saylı mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına ödənilməsini qalan məbləğin cavabdehlərə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X12 vəkili etiraz təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçı, İddiaçı Cəbrayıl qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hüquqi varisləri hesab edilən X22, X6 və X28ma qarşı “cavabdehlərdən 18550 (on səkkiz min beş yüz) X25 dollarını alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və onu İran vətəndaşı olan və faktiki olaraq Azərbaycan Respublikasında onunla birgə yaşayan və işləyən əri X13 ilə birgə cavabdehlərdən 535 BMW markali 90MG323 dövlət qeydiyyat nömrəli minik avtomobilin 18000 ( on səkkiz min ) X27 dollarına alınması barədə razılığa gəlmiş və bu məqsədlə bilavasitə cavabdeh Əli Cabrayılova 8000 ABŞ dollan vermiş, 2000 ABŞ dolları isə digər Cavabdeh2 112 saylı kredit müqaviləsinə görə ödənişin gecikdirməsi üçün ipotekada olan 535 BMW markali 90MG323 dövlət qeydiyyat nömrəli minik avtomobilə görə cərimə ödənişinə, yerdə qalan məbləği isə 2015-2017-ci illər ərzində Cavabdeh2 xxxxla bağladığı 112 saylı kredit müqaviləsi üzrə banka ödəniş etmişlər. Göstərilən tələblər arvadı İddiaçı məhkəməyə müraciət edən vaxtı o, İran İslam Respublikasında olmuş, hər iki ölkə arasında Coronovinıs pandemiyası səbəbindən sərhədlər bağlı olduğuna görə, Azərbaycan Respublikasına yalnız 2020-ci ilin dekabnnda qayıda bilmişdir. Daha sonra isə, X17 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 535 BMW markali 90MG323 dövlət qeydiyyat nömrəli minik avtomobili üçün 18000 (on səkkiz min) X27 dollannın iş üzrə cavabdehlərdən Cavabdeh1 8000 ABŞ dollarının verilməsi, eyni zamanda iş üzrə digər Cavabdeh2 “xxxx” ASC ilə bağladığı 112 saylı kredit müqaviləsi üçün ipotekada olan adıçəkilən avtomobilin cərimədən azad edilməsi üçün 2500 ABŞ dollan cərimənin banka ödənilməsi, həmçinin 112 saylı kredit müqaviləsi üçün 2015-2017-ci illər ərzində kredit ödənişlərinin bir hissəsinin bilavasitə onun tərəfindən həyata keçirildiyi nəzərə alınaraq hazırkı mülki iş üzrə müstəqil tələb irəli sürən şəxs qismində prosesə cəlb edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra isə, Səbail Rayon Məhkəməsinin müvafiq qərardadı əsasında X1 mülki işə müstəqil tələb irəli sürən şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə iclas protokolundan da görünür ki, həqiqətən də, iddiaçı özü də etiraf edir ki, sözügedən avtomobilin alğı-satqısına dair bütün sövdələşmələr o cümlədən, digər bank əməliyyatları iddiaçı ilə iş üzrə Cavabdeh1 arasında həyata keçirilmişdir. Bundan başqa iddiaçı onu da etiraf edir ki, mərhum Şamili əvvəllər o cümlədən Əli ilə sövdələşmə zamanı görməmiş, tanımamış onunla yalnız son zamanlar ölümündən bir neçə gün əvvəl ünsiyyətdə olmuşdur. Şamil ona bu məsələlərdən xəbəri olmadığını bildirmişdir, keçmiş kürəkəni Əli ilə qızının arasında nikah münasibətlərinə xitam verildiyini, Əli ilə münasibətlərinin olmadığını onun nəzərinə çatdırmışdır. Bundan bir neçə gün sonra Şamil hadisələrin təsirindən “infarkt” keçirərək vəfat etmişdir. Bunu məhkəmə iclas zalında iddiaçı və mərhum Şamilin oğlu da ifadə etmişdirlər. Göründüyü kimi, sadə pul mübahisəsinə dair hazırki iddiada heç də mərhum Şamil cavabdeh qismində cəlb edilməli deyildir. Burada delikt münasibəti vardır və həmin mülki hüquq pozmalarından irəli gələn mübahisələrin subyektləri qismində iddiaçı ilə cavabdeh şəxs qismində cəlb edilmiş Əli iştirak etməlidirlər. Belə olan halda suallar yaranır: Əgər bankla mərhum Şamil arasında mübahisə varsa nəyə görə bank deyil hazırki iddiaçılar mərhum Şamillə bağlı məhkəməyə müraciət edir? Burada mübahisə iddiaçı ilə Əli arasındadır. Bu səbəbdən də, mərhum Şamilin cavabdeh şəxs qismində cəlb edilməsi düzgün deyildir. Həmçinin, mərhum Şamilin cavabdeh şəxs qismində cəlb edilməsi gələcəkdə icra sənədinin icrası mərhələsinə də əhəmiyyətli dərəcədə problemlər yarada bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenum İclasının x xxxx 2018- ci il qərarına əsasən, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. Eyni tarixli qərara əsasən, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. Həmçinin, həmin qərarda bildirilir ki, bəzən borclunun ölümü və miras əmlakın vərəsələr tərəfindən qəbulu borcun başqa şəxsə keçirilməsi kimi qiymətləndirilir və zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq vermədikdə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borcun başqa şəxsə keçirilməsi əsası ilə zaminlik müqaviləsinə xitam verilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 477-ci maddəsində nəzərdə tutulmuş “borc başqa şəxsə keçirildikdə” ifadəsi borclunun öz iradəsi ilə əsas müqavilə üzrə hüquq və öhdəliklərini başqa şəxsə keçirməsi halım ehtiva edir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə görə, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun icazəsi ilə etibarlı olur. Göründüyü kimi, müqavilə üzrə borclunun hüquq və vəzifələrinin üçüncü şəxsə keçirilməsi borclunun iradəsi və kreditorun buna razılıq verməsi ilə baş verir. Bu halda həmin müqavilənin icrasını təmin etmək məqsədi ilə bağlanmış zaminlik müqaviləsinin hüquqi qüvvəsinin davam etməsi üçün zaminin razılığı mütləqdir. Borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Məhkəmə iclasında iştirak edən İddiaçı Cəbrayıl qızının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddianı müdafiə edirlər. Cavabdeh2 ailə üzvləri 3 ay ərzində vərəsəlik üçün müraciət etməli idilər. Göründüyü kimi, hazırkı iş üzrə dələduzluq faktı var. İddiaçı həm pulundan həm də, əmlakından məhrum olub. Bu səbəbdən də iddianın təmin olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X17 ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Onlar maşını alanda dollar 0,78 manat idi, devalvasiyaya görə ödəməyə gücü çatmamışdır. Maşın bankda ipotekada idi. İddiaçı 6200 manat ilkin ödəniş almış və 350 manat da ustaya vermişdir. Qalan məbləği banka ödəməli idilər. Məhkəmə iclasında iştirak edən cavabdeh X12 vəkili X21 etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, hazırki mülki işdə mərhum Cavabdeh2 cavabdeh qismində cəlb edilməli deyildir. Burada delikt münasibəti olduğundan həmin mülki hüquq pozmalarından irəli gələn mübahisələrin subyektləri qismində iddiaçı ilə cavabdeh şəxs qismində cəlb edilmiş Əli iştirak etməlidirlər. Bu səbəbdən də etiraz ərizəsini nəzərə alaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: İş materiallarında olan ƏN-İ 533630 nömrəli, xx xxxx 2015-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən X8 xx.xx.2025-ci il tarixədək daşınar əmlakının idarə edilməsi üçün baş etibarnamə vermişdir. İş materiallarında olan ƏN-İ 750560 nömrəli, xx xxxxxx 2019-cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh2 tərəfindən İddiaçı Cəbrayıl qızına xx.xx.2021-ci il tarixədək daşınar əmlakının idarə edilməsi üçün baş etibarnamə vermişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-87/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsi üzrə 5380 ABŞ dolları əsas, 2562 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti Cavabdeh2 tutulub iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nın ləğvedicisi Əmanəllərin Sığortalanması Fondunun hesabına köçürülməsi; ödəmənin "xxxx" ASC ilə Cavabdeh2 (ipoteka qoyan ) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 112 nömrəli Kredit Müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh2 məxsus 2007-ci il buraxılışlı 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobilə yönəldilməsi, həmin avtomobil satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində xxxx” ASC-yə ödəniləsi, satışdan əldə olunuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh2 verilməsi, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 113 nömrəli Kredit Müqaviləsi üzrə 4575 ABŞ dolları əsas, 1002,29 ABŞ dolları hesablanmış faiz borcu məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X10 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan “xxxx" ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi, "xxxx" ASC tərəfindən iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 manat məbləğində rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X10 müştərək qaydada tutulub iddiaçı ləğv prosesində olan “xxxx” ASC-nın ləğyedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan AZ-İİ 101710 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ödəniş qəbzlərdən görünür ki, İddiaçı Cəbrayıl qızı tərəfindən “xxxx" ASC-nın ''Uğur" filialına Cavabdeh2 banka olan kredit borcu hesabına xx xxxx 2015-ci il tarixdə 500 dollar, xx xxxx 2015-ci il tarixdə 500 dollar, xx xxxx 2015-ci il tarixdə 200 dollar, xx xxxxxxxx 2015-ci il tarixdə 650 dollar, xx xxxxxxx 2015-ci il tarixdə 650 dollar, xx xxxxxx 2015-ci il tarixdə 600 dollar, xx xxxx 2016-cı il tarixdə 300 dollar, xx xxxxx 2016-cı il tarixdə 300 dollar, xx xxxx 2016-cı il tarixdə 400 dollar, xx xxxxxx 2016-cı il tarixdə 300 dollar, xx xxxxx 2017-ci il tarixdə 300 dollar, xx xxxxx 2017-ci il tarixdə 300 ABŞ dolları, müstəqil tələb irəli sürən 3-cü şəxs X29 tərəfindən “xxxx” ASC-nın -Uğur” filialında Cavabdeh2 banka olan kredit borcuna görə xx xxxxxx 2015-cı il tarixdə 650 dollar, xx xxxxxx 2017-cı il tarixdə 300 dollar, xx xxxxxx 2017-cı il tarixdə 300 dollar, xx xxx 2017-cı il tarixdə 300 dollar, xx xxxx 2017-cı il tarixdə 300 dollar, xx xxxxxx 2017-cı il tarixdə 300 dollar, xx xxxxxxxx 2017-cı il tarixdə 300 dollar, xx xxxxxxx 2017-cı il tarixdə 300 dollar, xx xxxx 2017-ci il tarixdə 300 ABŞ dolları, xx xxxx 2017-ci il tarixdə 300 ABŞ dolları, xx xxxx 2016-cı il tarixdə 400 ABŞ dolları ödənilmişdir. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********29 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2 a, 42 saylı mənzilin mülkiyyət hüququ Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənini 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə bildirir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, Cavabdeh2 ailə üzvləri onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 2 a, 42 saylı mənzildə yaşamaqla mirası faktiki qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs ilkin olaraq Cavabdeh1 8000 ABŞ dolları ödədiklərini qeyd etsələrdə bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdirlər. (Məhkəmənin iclasında Cavabdeh1 ilkin olaraq 6200 manat verildiyini, 350 manat isə ustaya verildiyini qalan etiraf etmişdir) Həmçinin banka 10000 ABŞ dolları ödədiyini bildirsələr də, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən banka cəmi 8750 ABŞ dolları ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün təmin edilməli, 90 MG-323 dövlət qeydiyyat nişanlı BMW 535 markalı avtomobil üçün Cavabdeh1 6550 manat, Cavabdeh2 8750 ABŞ dolları pulu iddiaçıdan əldə etməklə əsassız varlanmışdır və əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Cavabdeh2 isə vəfat etdiyindən pul onun varislərindən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddialar qismən təmin olunduğu üçün İddiaçı Cəbrayıl qızının ödədiyi 30 manat dövlət rüsumunun və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X4 ödədiyi 30 manat dövlət rüsumunun 10 manatı Cavabdeh1, 10 manatı X2, 10 manatı X7, 10 manatı X11 tutularaq İddiaçı Cəbrayıl qızına və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X9 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 216,220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cəbrayıl qızının və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X4 iddiası qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Cəbrayıl qızının və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X4 xeyrinə 6550 manat pul tutulsun. Cavabdeh2 prosessual hüquqi varisləri X6, X22 və X11 İddiaçı Cəbrayıl qızının və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X4 xeyrinə 8750 ABŞ dolları tutulsun. (ödəniş aparılan zaman manat məzənnəsinə uyğun olaraq) İddiaçı Cəbrayıl qızının ödədiyi 30 manat dövlət rüsumunun və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X4 ödədiyi 30 manat dövlət rüsumunun 10 manatı Cavabdeh1, 10 manatı X2, 10 manatı X7, 10 manatı X11 tutularaq İddiaçı Cəbrayıl qızının və müstəqil tələb irəli sürən 3-cü şəxs (iddiaçı) X9 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-224/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-224/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver