Məhkəmə qərarları › İş №2(009)-226/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-226/2024

28.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-226/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinaər Mübariz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X9, Bakı şəhəri 46 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqavilələrinin etiabrsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X9, Bakı şəhəri 46 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 46 saylı notariat ofisinin 4Ə-745 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında əmlaka dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində aparılan qeydin və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh2 30 iyun 2000-ci il tarixdə nikahlarını Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeyd etdirməklə ailə qurmuşlar. Hazırda münasibətləri pozulmuş lakin nikah rəsmi qaydada ləğv olunmamışdır. Nikah vaxtı yəni xx.xx.2005-ci il tarixdə onlar Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X7 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34770 saylı müqavilə əsasında bağ evini almışlar və xx.xx.2005-ci il tarixdə Cavabdeh2n adına qeydiyyata alınmışdır. Hazırda münasibətləri pozulduqdan sonra iddiaçı əmlak bölgüsünə dair məhkəmədə iddia qaldırmaq istəmişdir. Vəkil ilə müqavilə bağlandıqdan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş və xx.xx.2023-cü il tarixli cavab məktubunda məlum olmuşdur ki, iddiaçının arvadı Cavabdeh2 həmin bağ evini 4Ə-745 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi əsasından anası X3 adına keçirmişdir. iddiaçı nikah dövründə əldə olunan əmlaka dair bağışlama müqaviləsinin mübahisələndirmək hüququna malikdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək tələbin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, X9, Bakı şəhəri 46 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ evinin dövlət reyestrində kimin adına qeyd olunduğu barədə ətraflı məlumatın təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmış və bununla əlaqədar olaraq, bildirilir ki, arxiv qovluğunda mövcud olan sənədlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin ilkin icarəyə ayrılmasına dair keçmiş X2 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında xx.xx.2005-ci il tarixli, 34770 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə və tərtib edilmiş texniki pasport əsasında 806b saylı bağ evi xx.xx.2005-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilən 4Ə- 745 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi əsasında X4 adına keçirilmiş və xx.xx.2021-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. Hazırda mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ xüsusi mülkiyyət kimi X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Nərimanov Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı və Cavabdeh2 Vladimirovnın nikahı haqqında xx.xx.2000-ci il tarixdə 300№-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri 46 saylı (dövlət) notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-745 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsinin mülkiyyət üzrə X6 bağışlamışdır. Bağışlama müqaviləsini X5 vətəndaşı Yelena Vladimirovna və Azərbaycan Respublikası vətəndaşı X9 imzalamışdır. İş materiallarında olan Seriya BM 002638 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 43 saylı reyestr kitabında xx.xx.2005-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan X4 46 saylı Notariat ofisinə ünvanladığı xx.xx.2021-ci il tarixli **********382 saylı ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə 4Ə-745 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş bağışlanma müqaviləsi üzrə əldə etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının 10 gün müddətində qeydə alınması məqsədi ilə ərizəsinin və bağışlanma müqaviləsinin daşınmaz əmlakın dövlət reystrinə elektron qaydada göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olunmuşdur ki, Cavabdeh2 və İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsini birgə nikah dövründə əldə etmişlər. Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsini İddiaçı icazəsi və məlumatı olmadan bağışlama müqaviləsi ilə qızı X4 adına keçirməklə özgəninkiləşdirmişdir. Qeyd olunan bağışlanma müqaviləsi bağlanarkən Cavabdeh2 46 saylı notariat ofisinə Rusiya Federasiyasının vətəndaşı kimi sənədini təqdim etdiyindən onun ailəli olması və əmlakı birgə nikah dövründə əldə etməsi müəyyən olunmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, mübahisələndirilən əqd üzrə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsi xx.xx.2021-ci il tarixdə X4 adına xüsusi mülkiyyəti kimi özgəninkiləşdirmişdir. İş üzrə müəyyən edilmiş hallara qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, bağışlama müqaviləsinin predmeti Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi ünvanında yerləşən 806b saylı bağ sahəsi birgə nikah dövründə əldə edildiyindən və qeyd olunan bağ sahəsi iddaçının icazəsi olmadan bağışlama müqaviləsi bağlanaraq özgəninkiləşdirildiyindən bağışlama müqaviləsi etibarsızdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, 46 saylı notariat ofisində təsdiq edilmiş Cavabdeh2 ilə X9 arasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 806 b saylı bağ evinin bağışlanmasına dair 29 oktyabr 2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ : Bakı şəhəri, 46 saylı notariat ofisində təsdiq edilmiş Cavabdeh2 iləX9 arasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 806 b saylı bağ evinin bağışlanmasına dair 29 oktyabr 2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar