Məhkəmə qərarları › İş №2(009)-2274/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2274/2020

30.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2274/2020 30.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 28 saylı notariat ofisinə, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 600000 manat məbləğində əsas borcun, borcun gecikdirilmiş 11 ay müddət üçün illik 5 faizini təşkil edən 27500 manat pulun alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 28 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğv edilməsi və torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı tələbinə dair” mülki iş vardır. Həmin iş üzrə iddiaçı məhkəmədən 1). Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 431 a saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinin əldə edilməsinə dair X4 ilə Cavabdeh1 arasında bağlanmış və Bakı şəhəri 28 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; 2). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi; 3). Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 431 a saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə mənim mülkiyyət hüquqlarımın tanınması barədə Qətnamə qəbul edilməsi xahiş edilmişdir. Hesab edir ki, hazırda iddianın predmeti dəyişdirilərək, məhkəmədən Cavabdeh1 əlyazması ilə yazılmış qəbzə əsasən 200000 manat və iltizama əsasən 400000 manat, cəmi 600000 manat məbləğində borcun qaytarılması tələb edilməlidir. Belə ki, Cavabdeh1 tərəfindən 200.000 manat məbləğində borcun verilməsi və həmin borcun qəbul edilməsi onun tərəfindən xx xxxxxx 2014-cü il tarixdə öz əlyazması ilə yazılmış və imzası ilə təsdiq edilmiş qəbzlə təsdiq edilmişdir. Belə ki, Cavabdeh1 yazdığı həmin qəbzlə qardaşı İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 431 a saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinin alınması üçün xx xxxxxx 2014-cü il tarixdə 200000 (iki yüz min) manat pulu borc aldığını bildirmiş və həmin pulu 1 il və ya 1 il 6 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür (xx xxxxxx 2014-cü il tarixli qəbzin əsli iddia ərizəsinin qoşmasına əlavə olunmuşdur). Həmçinin, Cavabdeh1 tərəfindən xx xxxxxx 2019- cu il tarixdə öz əlyazması ilə yazılmış və imzası ilə təsdiq edilmiş İltizamla o, ona Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 431 a saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsində evin tikilməsindən ötrü ona hissə-hissə borc kimi verdiyi cəmi 400.000 (dörd yüz min) manat pulu və həmin torpaq sahəsinin alınmasına görə 2014-cü ildə ona verdiyi 200.000 (iki yüz min) manatı ona 2019-cu ilin axırına qədər qaytaracağını öhdəsinə götürmüşdür (xx xxxxxx 2019-cu il tarixli İltizamın əsli iddia ərizəsinin qoşmasına əlavə olunmuşdur). Bununla yanaşı bildirmək istərdim ki, hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X6 Cavabdeh1 İddiaçı ayrı-ayrı vaxtlarda 200000 manat və 400000 manat, cəmi 600000 manat məbləğində borc pul aldığını etiraf etmiş və həmin vəsaitin Cavabdeh1 tərəfindən qaytarılacağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunmuşdur ki, "Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür". Həmin Məcəllənin 739.2-ci maddəsində qeyd olunmuşdur ki, "Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər". Həmin Məcəllənin 385.1-ci qeyd olunmuşdur ki, "öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli və i. a. kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır". Həmin Məcəllənin 442-ci qeyd olunmuşdur ki, ‘'öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci qeyd olunmuşdur ki, “icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır”. Həmin Məcəllənin 445.2-ci qeyd olunmuşdur ki, “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır”. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, “borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir .Qeyd olunan maddəyə əsasən hesab edir ki, Cavabdeh1 ona əsas borcla birlikdə borcu gecikdirildiyi vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə ki, Cavabdeh1 tərəfindən borcun gecikdirilmiş vaxt üçün faizi 2019-cu ilin dekabr ayından hal-hazıradək keçən 11 ay müddət üçün illik 5 faiz hesablamaqla 27500 manat (600000 x 5% = 30000 : 12 ay = 2500 x 11 ay = 27500 manat) təşkil edir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, 600000 manat məbləğində əsas borc, borcun gecikdirilmiş vaxt üçün faizi, yəni 2019-cu ilin dekabr ayından hal- hazıradək keçən 11 ay müddət üçün illik 5 faiz hesablamaqla 27500 manat Cavabdeh1 məhkəmə qaydasında İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 nümayəndəsi və vəkili X6 izahat verərək bildirmişdir ki, cavabdeh iddia tələbini qismən qəbul edir. İdiaçıdan borc pul götürdüyünü etiraf edir, lakin maddi vəziyyətinə görə qaytara bilməmişdir. Övladının və özünün sağlamlığında olan problemlərə görə hər ikisi əməliyyat olunmuşdur. Ümumiyyətlə isə qardaşlar arasında faiz məsələsinin olması düzgün deyil, bu onlar arasında olan münasibətlərə də mənfi təsir göstərir, soyuqluq yaradır. Bu səbəbdən iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli iltizamdan görünür ki, Cavabdeh1 qardaşı Asəfin ona verdiyi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 431A saylı sahədə yerləşən 0,6 ha torpaq sahəsində evin tikilməsindən ötrü ona hissə-hissə borc kimi verdiyi 400000 manat pulu və həmin torpaq sahəsinə görə 2014-cü ildə ona verdiyi 200000 manatə 2019cu ilin axırına qədər qaytaracağı qeyd edilmişdir. İş materiallarında olan DİN-in MAPS arayışından görünür ki, Heydərov X2 MR, ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin: -6.1.2 və 6.1.5-ci mаddələrində mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsipləri kimi müəyyən оlunmuşdur. -390.1-ci mаddəsində müqavilə azadlığı prinsipinin mаhiyyəti аçıqlаnаrаq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -14.2.1-ci mаddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındаn biridir. -324.1-ci mаddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -329.2-ci mаddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. -389.1-ci mаddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə isə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunvericiliklə nəzərdə tutulmuş qaydada borc müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, “Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.” Məhkəmə qeyd edir ki, ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər qardaşdırlar və cavabdeh borcu maddi vəziyyətinin ağırlaşması, övladının və özünün əməliyyat olunması səbəbindən ödəməmişdir. Cavabdeh iddiaçıdan aldığı pul vəsaitini vaxtında qaytarmamış olsa da, həmin pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etməmişdir. Məhkəmə hesab edir ki, tələb olunan əsas məbləğin yüksək olmasını və cavabdehin maddi vəziyyətini nəzərə alaraq iddia tələbi bu hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh1 600000 manat məbləğində vəsait tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumunun 10 manatı Cavabdeh1 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 600.000 (altı yüz min) manat məbləğində vəsait və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 10 (on) manatı tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İddiaçı tərəfindən ilkin tələb üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar