Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2290/2022 22.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı qızının - cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızının - cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 24 avqust 2022-ci il tarixli, NDMJNç 029090 nömrəli Aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********80100 nömrəli abonent koduna hesablanmış 391.48 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında o oğlu ilə birlikdə yaşayır. Oğlu Fuad elektrik enerjisinə görə ödəniş etmək istəyərkən aşkar etmişdir ki, onlara 391.48 manat cərimə yazılmışdır. Oğlu Fuad bunu görüb dərhal əraziyə baxan Azərişıq əməkdaşına zəng edib səbəbini soruşduqda ona bildirmişdilər ki, sayğacda nasazlıq aşkar olunduğuna görə yenisi ilə əvəz olunub və bundan sonra Akt tərtib edilərək cərimə yazılıb. Daha sonra Azərişıqdan onlara Akt təqdim etdilər. “Asan Kommunal” xidmətindən isə Saldonu aldıqda məlum oldu ki, həmin AKT əsasında dəymiş ziyan kimi hesablanaraq ümumilikdə 391.48 manat borc yazılmışdır. Hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunan yuxarıda qeyd etdiyi Akt tamamilə qanunsuz və əsassızdır. "xxxx" ASC ilə bağlanmış müqavilə şərtlərində işıq pavlavıcısının heç bir halda istehlakçıya münasibətdə güc və va məcbur et mə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı iddia ərizəsi üzrə cavabdeh qismində cəlb edilmiş “Azərişıq" ASC tərəfindən birtərəfli qaydada istehlakçı olaraq mənim barəmdə hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi cavabdehlə onun arasında bağlanılmış müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının istifadəsində olan sayğaca baxış keçirilən zaman, məlum olmuşdur ki, sayğac sxemdən keçən yükü qeyd etmir. Sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğaca laboratoriya şəraitində baxış tablosunun qaralmasına və digər parametrlərinə rəy verilməsi, sayğacın göstəricisinın oxunması barədə akt tərtib olunmuş, sonradan dəymiş zərər hesablanmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən tərtib olunmuş 24 avqust 2022-ci il tarixli, 029090 nömrəli aktından görünür ki, sayğaca baxış keçirilən zaman, məlum oldu ki, sayğac sxemdən keçən yükü qeyd etmir. Belə ki, aktiv led lampası impuls vurmur, ölçmə zamanı xətdən axan yüklər: İt=3.77A, Pfak=0.8 kvt Psay=0. Qoyulmuş güc qidalandırıcı xəttə görə Pqoy=8.36kvt təşkil edir. Sayğacın yenisi ilə əvəz edilməsi, çıxarılan sayğaca laboratoriya şəraitində baxış tablosunun qaralmasına və digər parametrlərinə rəy verilməsi, sayğacın göstəricisinın oxunması barədə akt tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərişıq ASC-nin xx.xx.2022-ci il tarixli akta əlavədən görünür ki, satış sahəsi üzrə tələblər 8.36kvt x 24 s x 0.7 x 22 gün=3090kvts, tarif (0.08 man)- 145 kvts x 0.08=11.6 manat, tarif (0.09 man) – 73 kvts x 0.09=6.6 manat, tarif (0.13) – 2872 kvts x 0.13= 373.3 manat, cəmi 392 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərişıq ASC-nin İddiaçı Əlihüseyn qızına üvanlanmış bildirişdən görünür ki, borc 391,48 manat, ödənəcək məbləğ isə 408.83 manat təşkil edir. İş materiallarına əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə ümumilikdə 391.53 manat cərimə hesablanmışdır. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilə aid sayğaca baxış keçirilmiş, "xxxx" ASC tərəfindən 20 sentyabr 2022-ci il tarixli, akt tərtib edilmiş və həmin akta əsasən istehlakçı İddiaçı Əlihüseyn qızına itirilmiş elektrik enerjisinin dəyəri kimi 391,53 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını, sübutları müqayisəli şəkildə tədqiq edərək belə hesab edir ki, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilində sayğac sisteminə müdaxilə etməsi halı sübuta yetirilmir. Belə ki, cavabdeh tərəf sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun sübut müvafiq Aktdır ki, həmin Akt isə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı və ya qeyd edilən evdə yaşayan digər tərəfindən imzalanmamışdır. İddiaçı tərəf məhkəmə iclasında da bu halı təsdiq etməmişlər. Məhkəmə qeyd edir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Göründüyü kimi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi, başqa sözlə hazırki iş üzrə cavabdeh müəssisə cavabdehlik daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilinə aid sayğac sisteminə iddiaçı tərəfindən müdaxilə edilməsi sübuta yetirilmir. Belə olan halda isə, yəni elektrik enerjisindən istifadə qaydalarının pozulması halı, eləcə də sayğaca müdaxilə halı sübut olunmadığından, cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə hesablanmış pulun iddiaçıdan tələb edilməsi əsassız və qanunsuzdur. Odur ki, iddia borcun silinməsi hissəsində əsaslı olmaqla təmin edilməli, qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 20 (iyirmi) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, ünvan 1 ünvanı üzrə itirilmiş elektrik enerjisinin bərpası üçün hesablanmış 391.48 (üç yüz doxsan bir mana qırx səkkiz qəpik) manat İddiaçı qızının abonent kodu olan **********80100 saylı abunə hesabından silinməli, 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, borcun iddia tələbi həcmində - 391.48 (üç yüz doxsan bir mana qırx səkkiz qəpik) manat həcmində silinməsi qənaətinə gələrkən MPM-nin 218.3-cü maddəsinin tələblərini də nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəh¬bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 391.48 (üç yüz doxsan bir manat qırx səkkiz qəpik) manat borc İddiaçı qızının - abonent kodu olan **********80100 saylı abunə hesabından silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2290/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2290/2022
22.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver