Məhkəmə qərarları › İş №2(009)-2293/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2293/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2293/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçılar "xxxx" MMC-nin, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə, "xxxx" ASC-yə, Cavabdeh4nə və Cavabdeh5 MMC-yə qarşı daşınmaz əmlaklarının real bazar qiymətinin müəyyən olunması üçün əmlakların yenidən qiymətləndirilərək dəyərinin iddia verilən günə müəyyənləşdirilməsi, hərracın keçirilməsinin dayandırılması, əmlakların iddia verilən günə müəyyən olunan qiymətlərlə açıq hərracda satılması barədə iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" MMC, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə, "xxxx" ASC-yə, Cavabdeh4nə və Cavabdeh5 MMC-yə qarşı daşınmaz əmlaklarının real bazar qiymətinin müəyyən olunması üçün əmlakların yenidən qiymətləndirilərək dəyərinin iddia verilən günə müəyyənləşdirilməsi, hərracın keçirilməsinin dayandırılması, əmlakların iddia verilən günə müəyyən olunan qiymətlərlə açıq hərracda satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Hakim iş materillarını araşdırıb hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. İddiaçılar tərəfindən irəli sürülmüş tələbdən görünür ki, qanuni qüvvəyə məhkəmə qətnaməyə əsasən ipoteka ilə yüklü edilmiş və hərraca çıxarılmalı olan daşınmaz əmlakların Cavabdeh1 MMC tərəfindən ilkin satış qiyməti müəyyən edilmişdir. Lakin qiymətləndirilmədən 2 il keçməsinə baxmayaraq icra məmuru yenidən qiymətləndirmə aparmadan əmlakların açıq hərracdan satılmasını sifariş vermişdir. Bu səbəbdən iddiaçılar həmin əmlakların yenidən qiymətləndirilərək dəyərinin iddia verilən günə müəyyənləşdirilməsini, hərracın dayandırılması, əmlakların iddia verilən günə müəyyən olunan qiymətlərlə açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarından müəyyən edilir ki, məhkəmə qətnaməsi ilə Cavabdeh3 ASC-nin iddiası qismən təmin edilmiş, cavabdehlər B.İsgəndərov və qeyrilərindən 08.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə ümumilikdə 4450436,32 manat məbləğində pulun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetləri olan əmlakların məhkəmə tərəfindən müəyyən edilmiş ilkin satış qiymətləri ilə hərraca çıxarılması qət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, qətnamə qanuni qüvvəsini almış və hazırda icradadır. İddiaçılar iddia ərizəsində əmlakların hərraca çıxarılan qiymətinin 2019-cu ildə Cavabdeh1 MMC tərəfindən təkrar ekspertiza keçirilərək qiymətləndirilməsi göstərilmiş və Bakı Apellyasiya Məhkəməsinin 16.12.2019-cu il tarixli qətnaməsində əmlakların hərraca çıxarılma qiyməti Cavabdeh1 MMC tərəfindən müəyyən edilən rəyə əsasən götürülmüşdür. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Təqdim olunan materiallardan görünür ki, ipoteka predmetini təşkil edən bütün əmlakların satış qiymətləri ekspert rəyinə əsasən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş qətnamə icraya yönəlmişdir. Beləliklə bankın borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə baxılarkən ipoteka predmetlərinin ilkin satış qiymətləri araşdırılmış və qiymətləndirilmişdir. İddiaçıların mübahisələndirdiyi ekspert rəyi digər mülki işdə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi zamanı iş üzrə sübut kimi qiymətləndirilmişdir. Bu səbəbdən hakim hesab edir ki, iddiaçıların hazırki iddiası yolverilməz olduğundan həmin iddiaya məhkəmədə baxılmalı deyil. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçılar "xxxx" MMC-nin, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2nə, "xxxx" ASC-yə, Cavabdeh4nə və Cavabdeh5 MMC-yə qarşı daşınmaz əmlaklarının real bazar qiymətinin müəyyən olunması üçün əmlakların yenidən qiymətləndirilərək dəyərinin iddia verilən günə müəyyənləşdirilməsi, hərracın keçirilməsinin dayandırılması, əmlakların iddia verilən günə müəyyən olunan qiymətlərlə açıq hərracda satılması barədə iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar