Məhkəmə qərarları › İş №2(009)-2368/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2368/2025

13.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2368/2025 13.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin (keçmiş Tərəvəzçilik Südçülük savxozu) arxivində saxlanılan 21 may 2003-cü il tarixli 28 saylı əmrin (3-723 saylı kod, sahəsi 0.10 ha olan) Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin 28 nömrəli xx.xx.2003-cü il tarixli əmri ilə 3-723 nömrəli sahədə sahəsi 0.10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi onun və ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinə dair 28 nömrəli əmr və Abşeron RİN-nin xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı vardır. Hazırda torpaq sahəsində dair sənədlərin arxiv nüsxəsini istədikdə, maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, arxiv məlumatların da ərizəçinin adı «Ərizəçi Əşrəf oğludur» ona görədə arxiv arayışının verilməsində imtina edilmiş və bildirilmişdir ki,s özügedən şəxsin ata adı ərizəçi ilə eyniliyi təsdiq edən sənəd təqdim edildikdən sonra ərizənizə baxıla bilər. Məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hesab edir ki, bu texniki səhv maraqlı şəxs tərəfindən edilmişdir. Beləki, bütün sənədlərində Ərizəçi kimi qeydlər vardır. Hətta onda olan 28 nömrəli əmrdədə ata adı Ələşrəfdir. Maraqlı şəxsin arxivində olan məlumata görə torpaq sahəsinin ölçüsü 0.10 ha-dır. Kod 3-723-dür. Maraqlı şəxsin arxivində olan ona məxsus olan əmrin nömrəsi və tarixi yəni 28 nömrəli əmr 21 may 2003-cü ildir. Ondada olan sənədlərdə eynilik təşkil edir. Bu kimi texniki səhvə görə torpaq sahəsinə dair sənədlərin arxiv nüsxəsini əldə edə bilmir. Həmin sənədləri başqa formada ala bilmədikləri üçün məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət edir. Ərizə ilə müraciət edilmişdir sonradan ərizə geri götürülmüşdür. Əlavə olaraq qeyd edir ki, ona ayrılmış torpaq sahəsinə dair sənədlər maraqlı şəxsin arxivində vardır, bütün məlumatlar yəni torpaq sahəsinin ölçüsü (0.10 ha, kod 3-723) əmrin tarixi və nömrəsi (28 nömrəli 21 may 2003-cü il tarixli), onda olan sənədlərlə eynilik təşkil edir, saləcə olaraq ata adı maraqlı şəxsdə arxivdə «Əşrəf» onda olan sənədlərlə isə «Ələşrəf» kimi qeyd edir. Sənədlərin arxivi vardır ata adına görə əldə edə bilmir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs kimi Prezidentinin İşlər İdarəsi X2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-ə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 21 may 2003-cü il tarixli, 28 nömrəli Vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında əmrdən çıxarışa əsasən, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respyblikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının «17» may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alaraq:Baş Plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi 0,10 hektar hesabı ilə 3-723 №-li həyətyanı torpaq sahəsi ayrılması əmr verilmişdir. -20 avqust 1999-cu il tarixli, 096 nömrəli Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti üzrə sərəncamından çıxarışdan görünür ki, Vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında Abşeron rayon İcra Hakimiyyəti qərara almışdır: 1.Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 №-li sərəncamı ilə Buzovna tərəvəzçiliksüdcülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınsın. 2.Vətəndaş Ərizəçi Ə.o 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südcülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K №-li əmri nəzərə alınsın. 3.Vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilsin. 4.Torpaq sahəsinin bölüşdürülməsinə nəzarət və rəhbərlik sovxozun direktoru M.Əhmədova həvalə edilsin. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qaunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı»nda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstrdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Nəzərinizə çatdırırıq ki, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün 3-723 saylı kodla Ərizəçi Əşrəf oğluna 0.10 ha həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyiniz sənədlərdə Ərizəçi, arxivdə isə Ərizəçi Əşrəf oğlu qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində ata adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Qeyd olunan məsələnin həlli məqsədilə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Əsaslandırıcı hissə: İş materialları ilə yanaşı məhkəmə araşdırması zamanı da tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin 28 nömrəli xx.xx.2003-cü il tarixli əmri ilə 3-723 nömrəli sahədə sahəsi 0.10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi onun və ailəsinin daimi istifadəsindədir. Torpaq sahəsinə dair 28 nömrəli əmr və Abşeron RİN-nin xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamı vardır. Həmçinin müəyyən edilmişdir ki, bütün sənədlərində Ərizəçi kimi qeydlər vardır. Ərizəçidə olan 28 nömrəli əmrdə də ata adı Ələşrəfdir. Maraqlı şəxsin arxivində olan məlumata görə torpaq sahəsinin ölçüsü 0.10 ha-dır. Kod 3-723-dür. Maraqlı şəxsin arxivində olan ona məxsus olan əmrin nömrəsi və tarixi yəni 28 nömrəli əmr 21 may 2003-cü ildir. Ərizəçi olan sənədlərdə eynilik təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin (keçmiş Tərəvəzçilik Südçülük savxozu) arxivində saxlanılan 21 may 2003-cü il tarixli 28 saylı əmrin (3-723 saylı kod, sahəsi 0.10 ha olan) Ərizəçi məxsus olması faktının müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarının 6-cı hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1 bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Məhkəmə xüsusilə vurğulayır ki, ərizəçinin bir sıra hüquq və azadlıqlarının həyata keçirilməsi üçün mühüm əhəmiyyəti olan hazırkı ərizənin təmin edilməməsi onun məhkəmə müdafiəsindən yararlanmaq hüququnun pozulmasına səbəb olardı. Çünki ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyil ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin (keçmiş Tərəvəzçilik Südçülük savxozu) arxivində saxlanılan 21 may 2003-cü il tarixli 28 saylı əmrin (3-723 saylı kod, sahəsi 0.10 ha olan) Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin (keçmiş Tərəvəzçilik Südçülük savxozu) arxivində saxlanılan 21 may 2003-cü il tarixli 28 saylı əmrin (3-723 saylı kod, sahəsi 0.10 ha olan) Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar