Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2377/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh1 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb müqavilənin ləğv edilməsi ilə bağlı olduğundan, o ilk növbədə belə bir təkliflə müqavilənin digər tərəfinə müraciət etməlidir. Lakin, iddiaçı müqavilənin ləğvinə dair cavabdehə təklif göndərilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. AR Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Belə olan halda hakim hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil. Hakim izah edir edir ki, qanunvericiliyin tələblərinə əsasən müqavilənin ləvğ edilməsi ilə əlaqədar tələblə məhkəməyə müraciət etmək üçün müqavilə tərəfi ilk növbədə belə bir təkliflə müqavilənin digər tərəfinə müraciət etməlidir. Sonuncu tərəfindən bu təklifdən imtina olunduğu, yaxud cavab verilmədiyi halda qanunda və ya müqavilədə nəzərdə tutulmuş müddət keçdikdən sonra həmin müqavilənin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət olunmalıdır. AR MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumatı iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət etməmişdirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri ərizəçiyə geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət olunmadığından, iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.3, 152.1.5, 152.1.6 və 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı kirayə müqaviləsinin ləğv edilməsi və pulun tutulması tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2377/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2377/2021
02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver