Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2378/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh İstehsalat Bırlıyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* saylı xx.xx.2024-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında Cavabdeh ASC tərəfindən onların ünvanına itirilmiş qazın həcmi üçün hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən yaşadığı ünvana qaz sayğacı quraşdırılmışdır. Sonradan həmin qaz sayğacı yenisi ilə əvəz edilmiş və yeni qaz sayğac quraşdırılmışdır. Sayğac dəyişdirilərkən plombu üzərində olmuş və gözlə görünən hər hansı bir nöqsan aşkar edilməmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə isə akt tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, **********2 saylı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissəsi qoruyucu plasmas qapağa birləşən hissədən əzik-çızıq işləri aşkar olundu. Sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğacın hesablama mexanizmin plasmas qapağının üzərindəki qulaqçıq qırıqdır. Sayğac istismara yararsızdır. Bildirir ki, sayğacın hesablama mexanizminə müdaxilə edilməsi onun tərəfindən edilməmiş və bundan onun xəbəri olmamışdır. Çünki sayğacın plombu üstündə olmuş və sayğacın üzərində hər hansı bir qüsur olmamışdır. Ola bilsin qaz istismarı əməkdaşları tərəfindən sayğac çıxarılarkən və yoxlamaya göndərilərkən sayğacın üzərində əzik-sızıqlar yaranmış və sayğcın hesablama mexanizimində olan qüsurlar ona aid deyildir. Akt ona təqdim edilməmiş və aktın mövcudluğundan xəbəri olmamışdır. Dəyişdirilmiş sayğacın plomb üstündə olmuş və heç bir müdaxilə olmamışdır. O, vətəndaşam və sayğaca nəzarət idarə tərəfindən edilməli idi. Sayğac evdən kənarda yerləşdirilmişdir. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Lakin, heç bir əsas olmadan ona 1555,20 manat cərimə yazılmışdır. xx.xx.2023-cü tarixli akt ona təqdim edilməmiş və aktın mövcudluğundan xəbəri olmamışdır. Lakin, həmin aktda onun imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Cavabdeh təşkilata rəsmi olaraq müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Etirazın dəlilləri: iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən sayğacın hesablayıcı mexanizminin qoruyucu şüşəsinin alt hissəsi qoruyucu plastmas qapağa birləşən hissədən əzik-cızıq izləri, hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olduğu, sayğacın hesablama mexanizminin plastmas qapağının üzərindəki qulaqcığın qırıq olduğu aşkar edilmiş və sayğac istismara yararsız olduğu müəyyən edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda iddiaçının saldosundan mübahisəsiz qaydada görünür ki, həmin dövrdə iddiaçının sərfiyyatı az qeydə alınmış, müdaxilə edilmiş sayğac yeni sayğacla əvəz edildikdən sonra (xx.xx.2022-ci il tarixdə) iddiaçının sərfiyyatı iki dəfədən çox artmışdır. Bundan əlavə iddiaçı borca görə həmin tarixdən ödənişlər etmiş, nəticədə 448,2 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “X3nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ******* saylı xx.xx.2024-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında Cavabdeh ASC tərəfindən onların ünvanına itirilmiş qazın həcmi üçün hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğin silinməsi və ödənilən 1323,20 manat (min üç yüz iyirmi üç manat iyirmi qəpik) cərimənin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ərizə ilə müraciət edərək mülki iş üzrə etirazı və onun əsasını təşkil edən sübutları məhkəməyə təqdim etdiklərini, məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: -Cavabdeh İB tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında Aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında istehlakçı İddiaçı istifadəsində olan **********2 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğacın hesablayıcı mexanizminin plastmas qapağının üzərindəki qulaqcıq qırıq olduğu aşkar edildi. -Dəymiş ziyanın bərpasına dair 28 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissəsi qoruyucu plastmas qapağa birləşən hissədən əzik-cızıq izləri aşkar olunmuşdur. Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə dəymiş ziyanın həcmi 12960 m3 təşkil etmişdir. -Cavabdeh İB tərəfindən verilmiş **********03668 nömrəli abonentin saldosunun surətindən aydın olur ki, abonent İddiaçı qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2023-cü ilin fevral ayına 1555,20 manat borc hesablanmış, 2024-cü il dekabr ayına 158,20 manat borc qalmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli ******* nömrəli təbii X3nın pozulması haqqında Akta əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında istehlakçı kodu adına olan mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunaraq bu barədə akt tərtib edilmiş və buna görə 1555.20 AZN dəymiş ziyan hesablanmışdır. Həmçinin müəyyən edilmişdir ki, hesablanmış borc məbləği istehlakçının 2024-cü il üzrə abonent saldosunda əks olunmuş, həmin məbləğin 1397 manat hissəsi istehlakçı tərəfindən ödənilmiş məbləğlərdən tutulmuş, 158.20 manat borc qalmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “X3”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-2-ci maddəsinə əsasən müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməsi və ya zərər vurulması halı müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin ödənilən 1323,20 manat (bir min üç yüz iyirmi üç manat iyirmi qəpik) cərimənin geri qaytarılması hissəsi üzrə aşağıdakıları qeyd edir ki, abonent İddiaçı qazdan istifadəyə görə itirilmiş qaz sərfiyyatının əvəzi olaraq 2024-cü il üçün 1555.20 manat borc hesablanmış, həmin məbləğin 1397 manat hissəsi X2 tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən mənzil üzrə **********03668 saylı abonent koduna məxsus smart tipli qaz sayğacının kart balansına yüklənilən məbləğlərdən çıxılmışdır. Hazırda iddiaçı tutulmuş məbləğin 1323.20 manat hissəsinin geri qaytarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçının 1323.20 manat hissəsinin geri qaytarılması tələbinə MPM-nin 218.3-cü maddəsinə əsasən iddia tələbi həcmində qiymət verilməlidir. Məhkəmə hesab edir ki, qaz sayğacına müdaxilə edilməsində və ya zərər vurulmasında iddiaçının təqsiri sübut olunmadığından, habelə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, həmçinin məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilməli, quraşdırılmalı və ya dəyişdirilməli olduğundan cavabdeh tərəfindən qaz itkisinə görə hesablanmış pulun tələb edilməsi və balansdan silinməsi əsassız və qanunsuz olmuşdur. Nəticədə cavabdeh əsassız varlanmışdır. Belə olan halda, iddiaçıya hesablanmış qalıq borc hesabdan silinməli və hazıradək tutulan 1323.20 manat pul abonent hesabına geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin aktın ləğv edilməsi hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslandırılmadığından həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini (iddia istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan) nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, hesablanmış 34.82 (otuz dörd manat səksən iki qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 158.20 (bir yüz əlli səkkiz manat iyirmi qəpik) manat İddiaçı-abonent kodu **********03668 saylı abunə hesabından silinməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən mənzil üzrə (Abonent kodu **********03668) cərimə kimi yazılmış və smart karta yüklənilən məbləğlərdən çıxılmış 1323.20 (bir min üç yüz iyirmi üç manat iyirmi qəpik) manat məbləğində vəsait Cavabdeh tərəfindən **********03668 saylı abonent koduna məxsus ZENNER G4T SMART tipli qaz sayğacının kart balansına geri yüklənməli, iddia qalan hissədə təmin edilməməli, 34.82 (otuz dörd manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanı üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 158.20 (bir yüz əlli səkkiz manat iyirmi qəpik) manat İddiaçı-abonent kodu **********03668 saylı abunə hesabından silinsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ünvanında yerləşən mənzil üzrə (Abonent kodu **********03668) cərimə kimi yazılmış və smart karta yüklənilən məbləğlərdən çıxılmış 1323.20 (bir min üç yüz iyirmi üç manat iyirmi qəpik) manat məbləğində vəsait Cavabdeh tərəfindən **********03668 saylı abonent koduna məxsus ZENNER G4T SMART tipli qaz sayğacının kart balansına geri yüklənsin. İddia qalan hissədə təmin edilməsin. 34.82 (otuz dörd manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-2378/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2378/2024
27.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver