Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-240/2021 10.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova MədinəAğacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı «şəriklik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı məhkəmədə iddia qaldıraraq, xx xxxxxx 2010-cu il tarixdə cavabdeh X5 ilə aralarında bağlanılmış X1 şəriklik müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2010-cu il tarixdə cavabdeh X5 ilə 10 il müddətinə X1 şəriklik müqaviləsi bağlamışlar. Sonradan cavabdeh tərəfindən müqavilədə göstərilən məbləğ verilmədiyindən, yəni Cəlal Məmmədov müqaviləyə uyğun olaraq müəssəyə taxıl məhsullarının alınması üçün 150.000 manat məbləğində pul qoymalı olduğu halda bunu etmədiyindən, «xxxx» MMC-nin direktoru kimi xx xxxxxxx 2010-cu il tarixli məktubla cavabdehə müraciət edərək, xx xxxxxxx 2010-cu il tarixdən aralarında bağlanmış şəriklik müqaviləsinin etibarsız hesab olunmasını, onun həmin müəssisədə icraçı direktor vəzifəsinin icraçısını dayandırdığını və həmin müəssisənin müflisləşdiyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq, cavabdeh müqavilədə göstərilən məbləği ondan tələb edir. Halbuki, mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Halbuki onunla müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək onun etimadından sui-istifadə etmişdir. Buna görə də, hesab edir ki, həmin müqavilə etibarsız hesab olunmalıdır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul etmədi və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, xx xxxxxx 2010-cu il tarixdə qarşılıqlı razılıq şəriklik müqaviləsi əsasında Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “xxxx” MMC-nin direktoru İddiaçı ilə aralarında müqavilə bağlanmışdır və o, ilkin olaraq 108000 manat un dəyirmanını və çörək zavodunu işlətmək üçün pul vəsaiti qoymuşdur. Əliyə verdiyi pulu rəsmi olaraq müqavilədə imzalamışlar. Bir müddət keçəndən sonra isə ona məlum oldu ki, Əlinin banklara və başqa şəxslərə külli miqdarda pul borcu var. O özünün başqaları kimi aldanıldığını biləndən sonra Əlini məhkəməyə vermək qərarına gəldi. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2(043)-388/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə onun və qeyrilərinin iddiası təmin edilərək, “xxxx” MMC-nin direktoru İddiaçı onun xeyrinə 108000 manat tutulması təmin edilmişdir. İddiaçı vaxt udmaq üçün xeyli vaxt keçdikdən sonra Kəpəz rayon məhkəməsinin qərarından Gəncə Şəhər Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verdi. Gəncə Şəhər Apellyasiya məhkəməsi bu işə baxa bilməzdi. Ona görə ki, o vaxtı Gəncə Şəhər Apellyasiya məhkəməsinin sədri onun doğma qardaşı X6 idi. Ona görə də, iş baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərildi. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyası xx.xx.2011-ci il tarixli, 2(106)-495/2011 saylı qətnaməsi ilə Kəpəz rayon məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxladı. Yenə də X7 Məhkəməsinin qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət edir. Ali Məhkəmə də 2(103)-3703/11 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayır. Ali Məhkəmənin sonuncu qərarından sonra isə işi Gəncə Şəhər Gəncə icra şöbəsinə göndərir. Gəncə şəhər icra şöbəsi Əli haqqında tədbir görmək əvəzinə onunla ancaq yazışıb, ona təsəlliverici boş-boş yazışma ilə Əlinin xeyrinə işlər görürlər. Əlini tapıb onun pulunu alıb ona verə bilmirlər. Gah deyirlər ki,Əli axtarışdadır. Gah deyirlərki Əlini polis axtarır, lakin tapa bilmir. Əlavə olaraq onu da bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-160/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmünə əsasən İddiaçı ARCM-nin 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 7 il 2 ay 17 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. ARCM-nin 70-ci maddəsinə əsasən İddiaçı təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və 3 il sınaq müddəti müəyyən olunması hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-160/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmü xx.xx.2013-cü il tarixində Gəncə Şəhəri üzrə İcra şöbəsinə daxil olmuş və Əli nəzarətə götürülmüşdür. Deməli Əli heç də axtarışda deyil və onu hansısa qara qüvvələr qoruyurlar. Gəncə regional ədliyyə şöbəsi M- 236/13 nömrəli xx.xx.2013 tarixli məktubunda yenə də ona təsəlliverici və aldadıcı bir informasiya verir. Bu cür məktublarla onun 108000 AZN pulunu alıb vermək əvəzinə, “xxxx” MMC-nin çörək zavodunun və un dəyirmanının adını dəyişib, çörəkbişirmə sexi kimi təqdim edirlər. Vaxtı ilə o, yəni X5 “xxxx” MMC-nin icraçı direktoru vəzifəsində çalışmışdır. Onun aldadıldığı bir vaxtda, yəni xx.xx.2010 tarixində, iddiaçı onu öz hesabına məzuniyyətə buraxır. xx.xx.2010 tarixində isə onu tutduğu vəzifədən azad edir. xx.xx.2010 tarixində isə iddiaçı onu yenidən icraçı direktor vəzifəsinə təyin edir. Bu oyunların hamısı Əli tərəfindən pulu verməmək üçün oynanılır. Bu yaxınlarda sosial şəbəkələrdə İddiaçı “xxxx” MMC-nin adını dəyişərək, “Tərlan-Bərəkət” adlı çörək zavodu açdığı ilə rastlaşdı. Həmin Zavod sutkada 4 ton çörək istehsal etmək gücünə malikdir və Kəlbəcərdə yerləşir. Belə məlum olur ki, Əli ondan dələduzluq yolu ilə mənimsədiyi pul ilə təzə ‘”ərlan-Bərəkət” adlı çörəkbişirmə zavodunu açmışdır.Sosial şəbəkələrdə yayımlanan video görüntünü o dərhal Gəncə Şəhər İcra və Probasiya şöbəsinin məmuru İlkin Zeynalova ötürmüşdür. Lakin hələ də, İlkin Zeynalov tərəfindən İddiaçı barədə heç bir tədbir görülmür. Hesab edir ki, iddiaçı ilə aralarında bağlanmış həmin müqavilənin etibarsız hesab olunması tələbi rədd edilməlidir. Belə ki, mülki məcəllənin həmin müqavilənin etibarsızlığı barədə müddəasına əsasən müəyyən olunmuş müddət məhkəmədə iddia qaldırılması üçün ötürülmüşdür. Ona görə də, işin hallarına iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx xxxxxx 2010-cu il tarixli, 01 saylı X1 Şəriklik müqaviləsindən görünür ki, xx xxxxxx 2010-cu il tarixdə İddiaçı ilə X5 arasında 10 il müddətinə X1 şəriklik müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən İddiaçı məxsus un dəyirmanı və çörək zavodunun şərikli işlədilməsi üçün ilkin dövriyyə vəsaitini X5 tərəfindən qoyulmuş 108000 AZN manat təşkil edir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(043)-388 saylı qətnaməsindən görünür ki, cavabdeh «xxxx» MMC-nin direktoru İddiaçı 108000 manat alınaraq X3 ödənilməsi, cavabdeh «xxxx» MMC-nin direktoru İddiaçı 205.000 ABŞ dollarının ödənildiyi gün Azərbaycan manatına uyğun məzənnəsi alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli, 2(106)-495/2011 saylı qətnaməsindən görünür ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli, 2(043)-388/2011 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2011ci il tarixli, 2(102)-3703/11 saylı qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi MKnın həmin iş üzrə xx xxxx 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericiliyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 339-cu mad.). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. «Ə.İddiaçı şikayəti zrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında da göstərilir ki, “...Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə müqavilənin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. İş materiallarından göründüyü kimi, xx xxxxxx 2010-cu il tarixdə İddiaçı ilə X5 arasında 10 il müddətinə X1 şəriklik müqaviləsi bağlamış müqaviləsinin mövcudluğundan İddiaçı elə həmin xx xxxxxx 2010-cu il tarixdə məlumatı olmuş, o üzun müddət həmin müqaviləni mübahisələndirməmiş və yalnız 2020-ci ilin oktyabr ayında müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmışdır. Bununla da iddiaçı həmin tələb üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbinə qanunla müəyyən olunmuş qaydada iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı həmin tələb üzrə qanunla müəyyən edilmiş iddia müddətini buraxdığı üçün onun iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı «şəriklik müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-240/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-240/2021
10.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver