Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2401/2020 03.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, Cavabdeh 5 saylı X15 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (50 saylı notariat ofisi 3-cü şəxs kimi) cavabdeh 5 saylı X13rşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (50 saylı notariat ofisi 3-cü şəxs kimi) cavabdeh 5 saylı X13rşı əmək haqqının 3 misli (1015 manat) məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə həyat yoldaşı X5 vəfat etmişdir. Onun sağ ikən tibb bacısı vəzifəsində işlədiyi 5 saylı X15 mühasibi Əhmədova Gülnarə xx.xx.2020-ci il tarixdə mərhum həyat yoldaşının ailə üzvlərinə çatacaq məzuniyyətə görə kompensasiya və aylıq əmək haqqının 3 mislində olan müavinatın (ümumilikdə 1558 AZN) alınması haqqında ona arayış verildi ki, notariusdan vəsaitin alınması üçün vərəsəlik şəhadətnaməsi alsın. O da yaşadığı ünvan üzrə 50 saylı notariat kontorua bu arayış və başqa tələb olunan sənədlərlə müraciət etdi. Notarius ona məzuniyyətə görə kompensasiya məbləğinə görə vərəsəlik şəhadətnaməsi və qanunla nəzərdə tutulmuş əmək haqqının 3 mislində müavinat alınması üçün arayış verdi. O notariusdan aldığı şəhadətnamə və arayışı doğum evinin katibliyinə təqdim etdi və qeydiyyatdan keçirdi. Bir neçə gün sonra onun bank kartı hesabına ancaq məzuniyyətə görə kompensasiya kimi nəzərdə tutulmuş 542 manat 71 qəpik daxil oldu. O mühasibdən soruşanda ki, bəs əmək haqqının 3 mislində müavinat niyə köçürməmisiz kart hesabına, o dedi ki o pulu vermək üçün yenə vərəsəlik şəhadətnaməsi almalıdır. Artıq 5 aydır ki, 5 saylı klinik doğum evi bu məbləği onun hesabına köçürməkdən imtina edir. Məhkəmə iclasında çıxış edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X7 izahat verərək qeyd etmişdir ki, qanun üzrə vərəsəlik şəhadətnaməsi olmadığı üçün müavinatın ödənilməsindən imtina edilmişdir. Qanunvericilik yol verdiyi halda onlar tərəfindən icra olunacaqdır. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 103041 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 5 nömrəli X14 xx.xx.2020-ci il tarixli, 147-K saylı əmrindən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 74-cü maddəsinin e bəndi ilə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 vərəsələri həyat yoldaşı İddiaçı və azyaşlı X3dur. İş materiallarında olan Ş.Ələsgərova adına 5 saylı X14 xx xxxx 2020-ci il tarixli, 122 saylı arayışından görünür ki, X2 vəfatı ilə əlaqədar onun məzuniyyətinə görə kompensasiya, aylıq əmək haqqının üç misli həcmində 1558.94 manat (tutulmalardan sonra) məbləğində vəsait həyat yoldaşı İddiaçı ödənilməlidir. İş materiallarında olan 50 saylı notariat ofisinin 5 nömrəli X16 ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli, 1482 saylı məktubundan görünür ki, 3 aylıq müavinat miras əmlakın toplusuna daxil olmadığından həmin əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməkdən İddiaçı imtina edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Həmin Məcəllənini 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1151-ci maddəsinin 1-ci bəndinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243-cü maddəsinin 1-ci bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənini 1243-cü maddəsinin 2-ci bəndinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənini 1243-cü maddəsinin 3-cü bəndinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh 5 nömrəli Kliniki Doğum X1 vəfatı ilə əlaqədar verilən 3 aylıq müavinatı onun vərəsələrinə ödəməlidir. X3 azyaşlı olduğundan onun payı da İddiaçı ödənilməlidir. İşdə olan qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu cavabdeh 5 nömrəli X16 aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. X2 vəfatı ilə əlaqədar verilən 3 aylıq müavinat (1015 manat) onun vərəsəsi İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2401/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2401/2020
03.12.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver