Məhkəmə qərarları › İş №2(009)-2404/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2404/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2404/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğıunun katibliyi, İddiaçı Əlı̇ şahban oğlu, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "Azərittifaq" Qeyri Kommersı̇ ya Qurumunun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "Azərittifaq" X5rşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azərittifaq" X5rşı pul tələbinə dair məhkəmədə iddia qaldıraraq, X3 Qurumundan 1.000.000 ABŞ dolları və gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 229.166 ABŞ dolları, ümumilikdə 1.229.166 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi barəıdə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə:

1. Cavabdeh2 “Azərittifaq” X7 İddiaçı olan 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində borcunu ödəyir.

2. Borcun ödənilməsi müqabilində “Azərittifaq” X9 ünvan 1 ünvanında yerləşən 7905,1 kvadratmetr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin özünə məxsus 45%-dən 40%-ni və ünvan 2 ünvanında yerləşən 8525,8 kadratmetr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin özünə məxsus 45%-dən 40%-ni Cavabdeh2 mülkiyyətinə verir.

3. İddiaçı hazırki barışıq sazişini imzalamaqla 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pulu artıq aldığını təsdiq edir və pulun verilməsinə dair tərəflər arasında hər hansı bir əlavə maliyyə sənədi tərtib edilmir.

4. İddiaçı Cavabdeh1na qarşı olan iddiasından imtina edir və Cavabdeh1na qarşı hər hansı bir tələbinin qalmadığım bəyan edir.

5. Hazırki barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra ünvan 1 ünvanında yerləşən 7905,1 kadratmetr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin Cavabdeh1na məxsus 45%-dən 40%-i və ünvan 2 ünvanında yerləşən 8525,8 kadratmetr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin Cavabdeh1na məxsus 45%-dən 40%-i Cavabdeh2 adına qeyd şərtsiz rəsmiləşdirilir. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəlikləri layiqincə və lazımı qaydada yerinə yetirməlidirlər. Tərəflər bu Saziş ilə üzərinə götürdüklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə,

QƏRARA ALDİ:

Aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Cavabdeh2 Cavabdeh1 İddiaçı olan 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində borcunu ödəyir.

2. Borcun ödənilməsi müqabilində Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 7905,1 kadratmetr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin özünə məxsus 45%-dən 40%-ni və ünvan 2 ünvanında yerləşən 8525,8 kadratmetr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin özünə məxsus 45%-dən 40%-ni Cavabdeh2 mülkiyyətinə verir.

3. İddiaçı hazırki barışıq sazişini imzalamaqla 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pulu artıq aldığını təsdiq edir və pulun verilməsinə dair tərəflər arasında hər hansı bir əlavə maliyyə sənədi tərtib edilmir.

4. İddiaçı Cavabdeh1na qarşı olan iddiasından imtina edir və Cavabdeh1na qarşı hər hansı bir tələbinin qalmadığını bəyan edir.

5. Hazırki barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra ünvan 1 ünvanında yerləşən 7905,1 kadratmetr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin Cavabdeh1na məxsus 45%-dən 40%-i və ünvan 2 ünvanında yerləşən 8525,8 kadratmetr sahədən ibarət əmlak kompleksi kimi müəssisənin Cavabdeh1na məxsus 45%-dən 40%-i Cavabdeh2 adına qeyd şərtsiz rəsmiləşdirilir. Tərəflər bu Saziş ilə üzərinə götürdükləri bütün öhdəlikləri layiqincə və lazımı qaydada yerinə yetirməlidirlər. Tərəflər bu Saziş ilə üzərinə götürdüklərini layiqincə və lazımi qaydada yerinə yetirməlidirlər. Sazişin şərtlərinin pozulmasında təqsirli olan tərəf öz hərəkət-hərəkətsizliyi ilə digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir. İddiaçı cavabdeh "Azərittifaq" X5rşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-ci maddələrinin tələbləri izah edilmişdir. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib edilmişdir, nüsxələrdən biri iş materiallarına əlavə edilir, digər nüsxələr hər birində 1 (bir) nüsxə olmaqla Tərəflərdə saxlanılır. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar