Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2405/2021 02.12.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, 04.02.1999-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, oğlu, X11 başbeyin üzvü xəstəliyi nəticəsində kəskin nəzərəçarpan psixi pozuntular, tez-tez təkrarlanan qıcolma tutmaları ilə yaranan ağır ağıl zəifliyi diaqnozu nəticəsində birinci qrup əlildir. Zahirən narahatdır, çaşqındır, ünsiyyətə çətinliklə daxil olur, verilən sualları anlaya bilmir, bəzən qulağına səslər gəlir, özü ilə danışır, hərəkət koordinasiyasının pozulması müşahidə edilir. Məmmədov Kənan qeyd edilənlərin, psixi pozuntularının və ağır ağıl zəifliyinin olmasına görə o, öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə və özünə xidmət edə bilmir. Onun daimi yardıma, qayğıya, qıcolma tutmaları olduğu üçün daim nəzarətdə və ev şəraitində müalicəyə ehtiyacı var və buna görə də onun üzərində qəyyum təyin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin qurum öz nümayəndəsini məhkəmə iclasına göndərmədiyindən, məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZ-İ seriyalı, 306777 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 16 dekabr 2002-ci il tarixdə anadan olmuş X4 ata qrafasında X5, ana qrafasında isə X6 adı göstərilmişdir. Belə ki, iş materiallarında olan 002841 saylı, 04.04.2019-cu il tarixdə verilmiş əlillik vəsiqəsindən görünür ki, X11 l qrup əlildir. İş materiallarında olan AZ-İ seriyalı, 149452 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən aydın olur ki, 04 fevral 1999-cu il tarixdə anadan olmuş X3 ata qrafasında X8, ana qrafasında isə X2 adı göstərilmişdir. İş materiallarında olan ******* saylı AR Səhiyyə Nazirliyi Ambulator Kitabçadan Çıxarışdan görünür ki, X9 başbeyin üzvü xəstəliyi nəticəsində kəskin nəzərəçarpan psixi pozuntular, tez-tez təkrarlanan qıcolma tutmaları ilə yaranan ağır ağıl zəifliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZE seriyalı, 15113489 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X11 04.02.1999-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli, 2626 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi şəxsi Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının rəyindən görünür ki, X7 üzvi mənşəli orta dərəcəli əqli gerilik, anammezində qıcolma tutmaları ilə müəyyən edilir. X11 onda aşkar edilən əqli geriliklə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X11 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X11 onda müəyyən edilən üzvi mənşəli orta dərəcəli əqli gerilik, anammezində qıcolma tutmaları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, Ərizəçi övladı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X3 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın 10 noyabr 2021-ci il tarixli, 2626 saylı rəyində X7 üzvi mənşəli orta dərəcəli əqli gerilik, anammezində qıcolma tutmaları ilə müəyyən edilir. X11 onda aşkar edilən əqli geriliklə əlaqədar öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X11 fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 04.02.1999-cu il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. 04 fevral 1999-cu ildə Bakı şəhərində şəhərində doğulmuş X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxlərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-2405/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2405/2021
02.12.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver