Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2433/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının maraqlı şəxs kimi göstərildiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu 16.08.2002-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, X6 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və birgə nikahlarından 16.08.2002-ci il təvəllüdlü Həsənzadə Seymur doğulmuşdur. ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri və X11 ilə birlikdə yaşayır. X2 16.08.2002-ci il təvəllüdlüdür. Uşaq anadangəlmə qüsurlu dünyaya gəlmişdir. Tibbi sənədlərindən də görülür ki, oğlunun sağlamlıq imkanları məhduddur. X11 həkim komissiyası tərəfindən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq, davranış və hərəki-dayaq aparatının pozuntusu, serebral iflic, spastik tetraplegiya, hərəki funksiyanın pozulması’' diaqnozu qoyulmuşdur. Tam əmək qabiliyyətsizdir, kənar şəxsin köməyinə ehtiyacı var. Yəni problem bu qədər ciddidir. Övladının daimi olaraq kənar şəxslərin ümumi qulluğuna ehtiyacı vardır. Oğlu onunla birlikdə Səbail r., 7-ci Buxta Döngəsi, ev 15A ünvanında yaşayır. Oğluna o qulluq və nəzarət edir. Faktiki olaraq, özünü idarə edə bilmir. Bəzən isə aqressivləşərək, qeyriadevkat hərəkətlər nümayiş etdirir. X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, qəyyum kimi onun adından çıxış edə bilmir. Habelə onun hüquq və vəzifələrinin təmin edilməsində yaxından iştirak edə bilmir. Ona görə də, oğlu 16.08.2002-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Səbail rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına etiraz etmədiiyni bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, X5 müddətsiz İ qrup əlillik dərəcəsi təyin edilmişdir. İş materiallarında olan 29 oktyabr 2002-ci il tarixli, AZ-İ 279838 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, 16.08.2002-ci il tarixdə anadan olmuş X3 ata qrafasında X10 oğlunun, ana qrafasında isə Ərizəçi Saltanağa qızının adı göstərilmişdir. Mülki işdə olan 33 nömrəli şəhər poliklinikasının arayışından görünür ki, 1981-ci il təvəllüdlü, 7-ci Buxta döngəsi ev 15A ünvanında yaşayan Ərizəçi tibbi xidmət ərazi üzrə ruhi-əsəb xəstələrinin siyahısında qeydiyyatda yoxdur. İşə əlavə edilmiş «Bakı şəhər Narkoloji Mərkəzi» Publik Hüquqi şəxsin arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta döngəsi, 15 A ünvanında qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü Həsənova Samirə Soltanağa qızı Bakı Şəhər Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. İş materiallarında olan 31.08.2021-ci il tarixli Bakı Şəhər 1 saylı Dəri-Zöhrəvi Dispanserinin arayışından görünür ki, 1981-ci il təvəllüdlü, Səbail rayonu, 7-ci Buxta döngəsi, ev 15A ünvanında yaşayan Ərizəçi dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan 06.09.2021-ci il tarixli 33 №-li Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının tibbi rəyindən görünür ki, Ərizəçi praktiki sağlamdır. İş materiallarında olan 19.12.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Buxta döngəsi, ev 15a X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, Ərizəçi, xx.xx.1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş üzrə təyin edilmiş 02 noyabr 2021-cı il tarixli, 2569 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Buna görə də, X7 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Beləliklə, Ərizəçi övladı X1 şəkildə hərəkət edə bilməyərək daima kənar şəxslərin qulluğuna ehtiyacını, eləcə də İ qrup əlil olmasını nəzərə alaraq, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə X3 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatriya ekspertizası təyin etmiş və ekspertizanın 02 noyabr 2021-cı il tarixli, 2569 saylı rəyində X3 öz psixi vəziyyətinə görə hərəkətinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu göstərilmişdir. Qeyd edilən məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, X7 ağıl zəifliyi və xəstəlik nəticəsində öz hərəkətinin mənasını başa düşməyən və öz hərəkətinə rəhbərlik edə bilməyən şəxs olduğundan fəaliyyət qabiliyyəti olmayan şəxs sayılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 18 avqust 2002-ci il təvəllüdlü X9 oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ: 16 avqust 2002-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2433/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2433/2021
29.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver