Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-244/2021 28.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X1 və cavabdeh İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh - cavabdeh İddiaçı qarşı “istifadə hüququnun olmamasının müəyyən edilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında olan şifahi razılaşma (şifahi müqavilə) etbarsız hesab edilməklə ünvan 1 mənzil 3 ünvanındakı fərdi yaşayış evi üçün çəkmiş olduğum 16.060 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması və qeydiyyatdan çıxarılma” tələbinə dair 2(009)-2430/2020 saylı mülki işlə İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair 2(009)-2326/2020 saylı mülki işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ünvan 2 mənzil 3 ünvanına istifadə hüququnun itirilmiş hesab olunması və onun həmin mənzildən qeydiyyatdan çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, ünvan 3 mənzil 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış var. 2010-cu ildə həmin mənzilin qarşısında 2 otaq, mətbəx və hamamtualetdən ibarət yardımçı sahə (ümumi sahə 28 kv.m) inşa etdirmişdir. Məqsədi həmin sahəni icarəyə verməklə ağır maddi vəziyyətini az da olsa yaxşılaşdırmaq olmuşdur. 2019-cu ilin fevral ayında həmin yardımçı sahəni aralarındakı şifahi razılaşmaya əsasən Kürdəmir rayon sakini X2 25.200 (iyirmi beş min iki yüz) manata satmağa razılaşmışdır. Sonrakı aylarda X7 oğlu İddiaçı Bakı şəhərində iş tapdığını, ancaq işə düzəlmək üçün Bakı şəhərində qeydiyyatının tələb edildiyini bildirmiş, ondan İsmayılı mükiyyətçisi olduğu mənzilə qeydiyyata saldırmağı xahiş etmişdir. O, bu xahişlər əsasında 2019-cu ilin 10 martında Kürdəmir rayon sakini İddiaçı mülkiyyətçisi olduğu mənzilə qeydiyyata saldırmışdır. Ancaq İddiaçı həmin mənzilidə heç vaxt yaşamamış və onun qeydiyyatı formal xarakter daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* saylı arayışına əsasən mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 mənzil 3də övladları X12 və X13, eyni zamanda cavabdeh İddiaçı qeydiyyatdadır. Bu günlərdə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması məqsədilə Səbail Rayon Polis İdarəsinə müraciət etmişdir. İdarənin xx xxxxxxx 2020-ci il tarixli cavab məktubu ilə bundan imtina edilmişdir. Polis İdarəsinin cavab məktubunda qeyd olunur ki, "Sizin Səbail Rayon Polis İdarəsinə ünvanladığınız ərizəyə cavab olaraq bildiririk ki, sizə məxsus olan Fəthi Xoşginabi küçəsi ev 13, mənzil 3 ünvanında hal-hazırda qeydiyyatda olan vətəndaş İddiaçı göstərilən ünvandan qeydiayyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyiniz məqsədə müvafiqdir". Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı Cavabdeh iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2, mənzil 3 ünvanında yerləşən mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi və İddiaçı ünvan 2, mənzil 3 ünvanından qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 2, mənzil 3 ünvanında yerləşən 13 nömrəli, birmərtəbəli binada, 28.5 kv.m ümumi, 20.5 kv.m yaşayış sahəsindən ibarət olan 1 (bir) otaqlı mənzil Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş Seriya MH, ******* saylı Çıxarış əsasında tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd edir ki, o, tənha qadındır, himayəsində iki uşağı vardır, çox çətinliklə də olsa uşaqlarını təkbaşına böyüdür. Maddi vəziyyəti ağır olduğu üçün 2010-cu ildə o, ağır həyat şəraitini yaxşılaşdırmaq məqsədilə həmin mənzilinin qarşısında 2 otaq, mətbəx və hamam-tualetdən ibarət yardımçı sahə inşa etdirmiş, həmin özbaşına tikililəri kirayə verib uşaqlarının tələbatlarını ödəmişdir. Sonradan cavabdehlər X7 və X14 ona məxsus olan həmin özbaşına tikililəri müvəqqəti olaraq kirayə götürmək istədiklərini bildirmişlər və o, kirayə haqqını aylıq 200 manata razılaşmışdır. Bir-iki həftə sonra, təxminən 2019-cu ilin fevral ayında cavabdehlərdən X7 ona məxsus olan həmin özbaşına tikililəri onlara satmağını xahiş etmiş, həmin ərəfədə uşaqları məktəbdə oxuduğundan, onun da pula ehtiyacı olduğu üçün o, özünə məxsus olan həmin özbaşına tikililəri Gülnarə Səlimovaya 25200 manata satmağa razılaşmışdır. Sonrakı aylarda X7 oğlu İddiaçı Bakı şəhərində iş tapdığını, ancaq işə düzəlmək üçün Bakı şəhərində qeydiyyatının tələb edildiyini bildirmiş, ondan İsmayılı mülkiyyətçisi olduğu mənzilə müvəqqəti qeydiyyata saldırmağı xahiş etmişdir. O, da Gülnarəyə kömək etmək üçün müvəqqəti olaraq onun oğlu İsmayılı mülkiyyətində olan mənzilə pasport qeydiyyatına saldırmışdır. Lakin, sonradan X7 və X14 ondan aldıqları ona məxsus olan özbaşına tikililərə görə ona ödəmələri olduqları pulun qalanını ödəməmişlər və bununla da, aralarındakı razılaşmanı pozmuşlar. Cavabdeh İddiaçı onun ailə üzvü deyil, onun mülkiyyətində olan mənzilə istifadə hüququ yoxdur, o, heç vaxt onun mülkiyyətində olan mənzildə yaşamamışdır, hazırda da başqa ünvanda yaşayır. Bu faktı cavabdeh İddiaçı əvvəlki məhkəmə gedişi zamanı özü də etiraf etmişdir. Odur ki, İsmayılın onun mənzilinə olan pasport qeydiyyatı “formal” xarakter daşıyır, onun formal olaraq mənzilində qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Ona görə də hesab edir ki, İsmayılın onun mülkiyyətində olan mənzilə istifadə hüququnun olmaması məhkəmə tərəfindən müəyyən edilməli və o, mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili X8 iddia ərizəsinin və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdeh İddiaçı iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, Cavabdeh məxsus ünvan 2 mənzil 3 ünvanına formal olaraq qeydiyyata düşmüş, hazırda aralarında başqa məhkəmə mübahisəsi olduğundan qeyd edilən ünvandan qeydiyyatdan çıxmaq istəmir, həmin məhkəmə mübahisəsi başa çatdıqdan sonra özü müraciət edərək həmin ünvandan qeydiyyatdan çıxacaqdır. Göstərilənləri nəzərə alaraq, ona vaxt verilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia tələbinin “qeydiyyatdan çıxarılma” hissəsi üzrə işin icraatına xitam verilmişdir. Məhkəmə, tərəflərin izahatlarını və şahidi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən MH seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşqinabi küçəsində istifadədə olan 0.065 ha torpaq sahəsində yerləşən 13 nömrəli, 1 mərtəbəli binada, 28.5 kv.m ümumi, 20.5 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 3 nömrəli mənzil tam mülkiyyət lüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 492 nömrəli reyestr kitabının 45375 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 mənzil 3 ünvanında Cavabdeh, X15, X13 və İddiaçı qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli, 065-30266Ş-3220 nömrəli məktubdan görünür ki, ona məxsus olan, Fəthi Xoşqinabi küçəsi, ev 13 mənzil 3 ünvanında hal-hazırda qeydiyyatda olan vətəndaş İddiaçı göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, «Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan X9 və X3 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, onlar 1982-ci il tarixdən ünvan 2 mənzil 2 və 5 ünvanlarında yaşayırlar, mənzil 3 ünvanında yaşayan Cavabdeh ilə qonşudurlar. Onun evində özü, oğlu X15 və qızı X13 yaşayırlar. İddiaçı bir gündə olsun qonşu Cavabdeh ünvanında yaşamamışdır. İş materiallarında olan X5, X6, X10, X11 və X4 tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, onlarla qonşuluqda ünvan 7 mənzil 3 ünvanında yaşayan Cavabdeh və onun ailə üzvlərini bir qonşu kimi uzun müddətdir ki, tanıyırlar. Cavabdeh mülkiyyətində olan mənzil 2 (iki) otaqlıdır, həmin mənzildə iki övladı - qızı və oğlu ilə birlikdə yaşayırlar. Gülşəndən və onun iki uşağından başqa onun mülkiyyətində olan mənzildə heç kəs yaşamır. Bildirirlər ki, 2010-cu il tarixdən etibarən 2-3 il ərzində Cavabdeh mənzilinin altında olan həyətyanı sahədə iki otaq, mətbəx, hamam və tualet inşa etdirmişdir, əri olmadığından o, həmin tikililəri yaşayış sahəsi olmayanlara kirayə verir, uşaqlarını təkbaşına böyüdürdü. Onu da bildirirlər ki, Cavabdeh mənzilinin altında 2010-cu il tarixdən inşa etdirdiyi iki otaq, mətbəx, hamam və tualetdən ibarət olan əlavə tikililəri 2019-cu ilin fevral ayından Gülnarə və Elşən adlı şəxslərə kirayə vermişdir. Gülnarə və Elşənin oğlu İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 7 mənzil 3 ünvanında heç vaxt yaşamamış, onlar İddiaçı Cavabdeh mənzilində görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 1982-ci il tarixdən ünvan 2 mənzil 5 ünvanında yaşayır, mənzil 3 ünvanında yaşayan Cavabdeh ilə qonşudur. O, İddiaçı tanımır. Onu qonşusu Cavabdeh ünvanına, ümumiyyətlə həmin həyətə belə gəlib-gedərkən görməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, 13 saylı evin 3 saylı mənzili iddiaçı Cavabdeh mülkiyyətindədir və cavabdeh İddiaçı həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh iddiaçının ailə üzvü deyil, hər hansı qohumluq əlaqəsi yoxdur və cavabdeh həmin ünvanda yerləşən mənzildə heç vaxt yaşamamışdır. Bu hal iddiaçı tərəfin izahatı ilə yanaşı məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla, həmçinin şahid ifadəsi ilə, eləcə də cavabdehin öz izahatı ilə də öz təsdiqini tapmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, 13 saylı evin 3 saylı mənzilinə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. (MPM-5.1) Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İddia tələbinin mahiyyətindən də göründüyü kimi iddiaçı cavabdehin ona məxsus mənzilə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək cavabdehin mübahisəli ünvana istifadə hüquqlarının yaranmadığı qənaətinə gəlsə də, olmayan hüquqların, yəni mövcud olmayan halın olmaması barədə qətnamə qəbul edilməsini mümkün hesab etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin və tərəflərin izahatının məzmunundan görünür ki, iddiaçı cavabdehin ona məxsus mənzilə istifadə hüququnun olmaması barədə qətnamə qəbul edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsədi cavabdeh İddiaçı Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, 13 saylı evin 3 saylı mənzilinə pasport qeydiyyatından çıxarılmasına nail olmaqdır. Belə ki, cavabdeh İddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, 13 saylı evin 3 saylı mənzilində qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaradır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, 13 saylı evin 3 saylı mənzili mülkiyyət hüququ üzrə iddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehə münasibətdə qanunidir. Cavabdehin isə həmin mənzilə dair hər hansı mülkiyyət, sahiblik və ya istifadə hüquqları müəyyən edilməmişdir. Belə olan halda, İddiaçı həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçıya, yəni hazırki mülkiyyətçiyə mülkiyyət hüququnun tam həyata keçirilməsinə, o cümlədən həmin əmlakdan istədiyi kimi istifadə etməsinə, sahib olmasına və barəsində sərəncam verməsinə imkan vermir və maneə yaradır. Buna görə də, məhkəmə İddiaçı mübahisəli mənzildə pasport qeydiyyatında qalmasını iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməsə də, çıxarılacaq qətnamə cavabdeh İddiaçı Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, 13 saylı evin 3 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Məhkəmə hesab edir ki, hazırki qətnamədə cavabdehin mənzildən istifadə hüququnun olmaması halı müəyyən edildiyindən, qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair iddiası rədd edilməli, hazırkı qətnamə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, 13 saylı evin 3 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun olmaması” tələbinə dair iddiası rədd edilsin. Hazırkı qətnamə İddiaçı Bakı şəhəri, Səbail rayonu, Fəthi Xoşginabi küçəsi, 13 saylı evin 3 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-244/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-244/2021
28.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver