Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2453/2022 04.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində X3 və qeyriləri cəlb edilməklə cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməklə vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində X3 və qeyriləri cəlb edilməklə cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 mülkiyyətində olmuş xx.xx.1986-cı il tarixində 1799/86 nömrəli vərəsəlik işi üzrə vərəsə kimi tanınmış (xx.xx.1999-cu il tarixində vəfat etmiş) mərhum anası X2 qalmış mirasın - Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, dalan 2 ev 11 (keçmiş Karqanov küçəsi, ev 11) faktiki qəbul edilmiş hesab edilməklə vərəsəlik üzrə payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə isə, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizədən görünür ki, iddia ərizəsində iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürən 3-cü şəxslər göstərilməklə qanunun yuxarıda qeyd olunan normasının tələblərinə əməl olunmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli, xx.xx.2004-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən, hesab edirəm ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, ərizəçiyə, xüsusi icraat qaydasında baxılan ərizələr üçün nəzərdə tutulmuş formaya riayət etməklə qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində X3 və qeyriləri cəlb edilməklə cavabdeh Bakı şəhəri 1 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməklə vərəsəlik üzrə payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, həmin iddia ilə qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməlidir. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-2453/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2453/2022
04.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver