Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-246/2025 14.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi ilə, İddiaçının və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı (X2 qanuni nümayəndəsi) - Cavabdeh1 qarşı «məcburi paydan məhrum etmə və s.» tələbinə dair iddiası üzrə mülki işə 14 mart 2025-ci il tarixdə Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlak bölgüsü zamanı Cavabdeh1 və Cavabdeh2 verilmiş hər birinin 1/4 payının digər qanuni vərəsələr arasında bərabər bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı X2 anasıdır. X2 atası X10 xx.xx.2024-cü il tarixdə ölmüşdür. C.Hüseynov ölümündən əvvəl vəsiyyətnamə tərtib etməmişdir. Öldükdən sonra ünvan 1 ünvanında yerləşən mənzilin 14 saylı notariat ofisində bölgüsü həyata keçirilmişdir. Vərəsələr sırasında X7, mərhumun həyat yoldaşı Cavabdeh1, mərhumun oğlu X6 və mərhumun atası Cavabdeh2 çıxış etmişdir. Şəhadətnaməyə əsasən mənzil 1/4 şəklində vərəsələr arasında bölünmüşdür. Mərhumla Cavabdeh1 14 dekabr 2002-ci il tarixdə nikah bağlamışdır. Nikahdan qısa bir müddət sonra Lalə Fransaya getmişdir. Mərhumla Lalənin nikahından anadan olan Hüseynov İbrahim xx.xx.2003-cü il tarixdə Fransada doğulmuşdur. Sonrakı 5 il ərzində Lalə və oğlu Azərbaycan Respublikasına gəlməmişdirlər. Bu dövr ərzində mərhum X11 Vüsalə ilə ailə həyatı qurmuşdur. Faktiki nikahdan xx.xx.2011-ci il tarixdə qızı X7 dünyaya gəlmişdir. Mərhumla İddiaçı artıq 22 ildir ki birgə yaşayırdıq. Bu müddət ərzində mərhumla Lalə arasında faktiki hər hansı görüş olmamış və birgə yaşayış mümkün olmamışdır. Lalə Fransa ərazisində nikahdan kənar ailə münasibətləri qurmuş və həmin faktiki birgə yaşayışdan qız övladı dünyaya gəlmişdir. Digər Cavabdeh2 mərhumla anasını uşaq yaşlarında tərk etmiş və valideynlik vəzifələrini yerinə yetirməmişdir. Cavabdehin evi tərk etməsindən sonra bir daha mərhumla əlaqə saxlamamışdır. O, əmlak bölüşdürülərkən prosesdə iştirak etməmişdir. Hər iki cavabdeh mərhumun hətta yasında belə iştirak etməmişdirlər. Cavabdeh1 məhkəməyə ünvanladığı ərizədə qeyd edir ki, xx.xx.2002-ci il tarixdə X10 ilə nikaha daxil olmuşdur. Bir müddət sonra Fransada işləmək və tibb bacısı ixtisası üzrə təhsil almaq təklifi almışdır. Fransaya gələndən bir müddət sonra həyat yoldaşından hamilə qaldığını bilmişdir. xx.xx.2003-cü il tarixdə oğlu X6 anadan olmuşdur. Hüseynov Cəlal ilə telefon və Skype vasitəsilə əlaqə saxlamışdırlar. Az sonra Cəlalın anası vəfat etdikdən sonra 2011-ci ildə qızının doğulmasından xəbər tutmuşdur. Cəlal ona izah etmişdir ki, qızı dünyaya gələndən sonra İddiaçı ilə yaşamağa başlayıb. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, X1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,3 kv.m olan mənzil üzrə miras payından məhrum edilməsini və həmin payın onun payına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasıni xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunmasıni xahiş etmişdir Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdirlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, baxış zamanı araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ № 170753 atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 yanvar 2011-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. AZ-İİ № 649108 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06 yanvar 2011-ci il təvəllüdlü X2 atası X8r. AZ-İİ № 422274 Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 024765 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Cavabdeh1 14 dekabr 2002-ci il tarixdə nikaha daxil olmuşdurlar. 01 oktyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X7, Cavabdeh2, Hüseynov İbrahim və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,3 kv.m olan mənzildən miras əmlak qismində 1/4 hissədə pay almışdırlar. 04 fevral 2025-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,3 kv.m olan mənzilin ona məxsus 1/4 hissəsini X4 bağışlamışdır. Dövlət Sərhəd Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh1 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barəsində İAMAS bazasında məlumat qeydə alınmamışdır. 19 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən Lətif-zadə Sevil Yusif-Kənan qızı bildirmişdir ki, İddiaçı ilə uzun müddətdir ki qonşudurlar. 2004-cü ildən həmin ünvanda yaşayır. 1-2 il sonra X12 evinə köçdü. Həmin evdə Cəlal, onun anası və Vüsalə yaşayırdı. Cəlal ilə Vüsalə həmin evdə bir ailə kimi yaşayırdılar. Cavabdeh1 heç vaxt görməyib və tanımır. Cəlal həmişə sözügedən ünvanda yaşayıb. 19 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirmişdir ki, İddiaçı ilə uzun müddətdir ki qonşudurlar. O, həmin binanın 5-ci mərtəbəsində, Vüsalə isə 1-ci mərtəbəsində yaşayır. 1991-ci ildən həmin ünvanda yaşayır. 2005-ci ildən X12 evinə köçdü. Həmin evdə Cəlal, onun anası və Vüsalə yaşayırdı. Cəlal ilə Vüsalə həmin evdə bir ailə kimi yaşayırdılar. Cavabdeh1 heç vaxt görməyib və tanımır. Cəlal həmişə sözügedən ünvanda yaşayıb. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 ilə Cavabdeh1 14 dekabr 2002-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan onların xx.xx.2003-cü il təvəllüdlü Hüseynov İbrahim adlı övladları dünyaya gəlmişdir. Nikahdan qısa müddət sonra Cavabdeh1 Fransa Respublikasına daimi əsaslarla köçmüşdür. Bundan sonra C.Hüseynov İddiaçı ilə faktiki nikah münasibətlərinə daxil olmuş və həmin birgə yaşayışdan 06 yanvar 2011-ci il tarixdə X7 anadan olmuşdur. Hüseynov Cəlal vəfat etdikdən sonra vərəsəlik işi açılmış və 01 oktyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X7, Cavabdeh2, Hüseynov İbrahim və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,3 kv.m olan mənzildən miras əmlak qismində 1/4 hissədə pay almışdırlar. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 miras əmlakdan olan payının onun payına birləşdirilməsini xahiş edir. Məhkəmə mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bununla yanaşı vərəsəlik institutu miras qoyanın öz əmlakının vərəsə olmayan şəxsə keçməsinə dair etdiyi iradə ifadəsi (vəsiyyətnamə) zamanı onun yaxın qohumlarının mənafeylərini də qoruyur. Miras qoyanın ölmündən sonra vərəsələrinin əldə edə biləcək əmlak və digər maddi neymətlər hüququndan tam məhrum edilməsinin (ləyaqətsiz vərəsə) konkret şərtləri qanunda göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar . 1164-cü maddəsinə əsasən əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qanunvericiliyin tələbinə əsasən arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi üçün nikah münasibətlərinə mirasın açılmasından azı üç il əvvəl faktiki xitam verilmiş olmalıdır. Belə bir müddətin müəyyən olunması nikah münasibətlərinə faktiki xitam verilməsinin ciddi olduğunun və bu münasibətlərin bərpa ediləcəyinin istisna edilməsinin yoxlanılması üçündür. Eyni zamanda ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildiyi göstərilən üç ildən az olmayan müddət ərzində bir-birindən ayrı yaşamaları tələb olunur. Ərlə-arvadın bir-birindən belə uzun müddət ərzində ayrı yaşamaları onların həqiqətən öz nikah münasibətlərinə xitam vermək iradələrini izhar edir. Hazırki işdən görünür ki, Cəlal Hüseynov ilə Cavabdeh1 C.Hüseynovun vəfatına kimi rəsmi nikahda olmalarına baxmayaraq, təxminən 2004-2005-ci illərdən ayrı yaşamış və birgə təsərrüfat aparmamışdırlar. Həmin dövrdən başlayaraq vəfatına kimi C.Hüseynov İddiaçı ilə faktiki ailə həyatı yaşamışdır. Bu səbəbdən Cavabdeh1 sözügedən miras əmlaka münasibətdə vərəsəlik hüququndan məhrum edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, mülki Məcəllənin 1291-ci və Mülki Prosessual Məcəllənin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Məhkəmə yuxarında göstərilən Plenum qərarına istinadən eyni zamanda qeyd edir ki, digər vərəsə Cavabdeh2 məhkəmənin gedişində öz payını iddiaçıya bağışladığından hazırki vəziyyətdə 3 vərəsə qalır: X7, Hüseynov İbrahim və Cavabdeh1. Hazırki qətnamə ilə Cavabdeh1 vərəsəlikdən məhrum edildiyindən onun miras payı digər 2 vərəsələrin miras payına əlavə edilməlidir. Belə ki, 01 oktyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,3 kv.m olan mənzil üzərində 1/4 hissədə miras payı müəyyən edilən Cavabdeh1 miras payı müvafiq olaraq 1/2 hissələrdə X7 və Hüseynov İbrahimin miras paylarına əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı (X2 qanuni nümayəndəsi) - Cavabdeh1 qarşı «məcburi paydan məhrum etmə və s.» tələbinə dair iddiası təmin edilsin. 01 oktyabr 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, həmin şəhadətnamə ilə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 39,3 kv.m olan mənzil üzərində 1/4 hissədə miras payı müəyyən edilən Cavabdeh1 miras payı müvafiq olaraq 1/2 hissədə X7 və 1/2 hissədə Hüseynov İbrahimin miras paylarına birləşdirilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-246/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-246/2025
14.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver