Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2464/2022 09.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı – Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi üzrə mülki işə 09 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – Cavabdehna qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” barədə iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası X2 adına açılmış vərəsəliyin qəbulu müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X4 02 noyabr 2021ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi iddiaçının anasına məxsus olmuşdur. Anasının vəfatından sonra iddiaçı həmin miras əmlaka faktiki olaraq sahiblənərək, idarə etməyə başlamışdır. İddiaçı notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə göndərərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Az-İİ № 233044 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 02 noyabr 2021-ci il tarixdə vəfat etmişdir. DƏDRX-nin RX Seriyalı ******* saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi X2 mülkiyyətində olmuşdur. V-ЖГ № 357706 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X3r. 28 saylı Notariat Ofisinin 25 oktyabr 2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İddiaçı tərəfin izahatından və iş materiallarından aydın oldu ki, İddiaçı mərhum anası X2 qızı olmaqla miras əmlakdan pay almaq üçün notariat kontoruna müraciət etsə də, imtina cavabı almışdır. Belə ki, iddiaçı mirası qəbul etmək üçün qanunvericiklə müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə, iddiaçı tərəfindən onun mərhum anası X1 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün müəyyən olunmuş müddətin ötürülməsi səbəblərini üzrlü hesab edir və həmin müddətin bərpa olunmasını məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (maddə 1243.2) 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Sadalanan maddi hüquq normalarına və işin hallarına əsaslanaraq, məhkəmə hesab edir ki, İddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbləri üzrlü olduğundan, mirasın qəbulu müddəti bərpa edilməlidir. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakının qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin İddiaçı tərəfindən ötürülməsi üzrlü hesab edilsin və həmin müddət bərpa edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2464/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2464/2022
09.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver