Məhkəmə qərarları › İş №2(009)-2468/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2468/2024

25.11.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2468/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi Ərizəçi R.N.Mehdiyevanın iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi "xxxx" MMC ilə “Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi X1 ərizənin onun tərəfindən imzalanmadığını və ümumiyyətlə ərizədən məlumatlı olmadığını bildirərək, "xxxx" MMC tərəfindən barışıq sazişinin şərtinin icra edildiyi, onun artıq işə bərpa olunduğu və müavinət aldığını qeyd edərək məhkəməyə ərizənin geri qaytarılması baradə ərizə təqdim etmişdir. Məhkəmə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə ona səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından və ərizənin geri qaytarılması barədə məhkəməyə ərizəçi tərəfindən ərizə təqdim edildiyindən ərizə geri qaytarmalı və ərizə baxılmamış saxlanılmalıdır. AR MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259.0.11, 260.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi geri qaytarılsın və ərizə baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar