Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2473/2025 29.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materialını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 mart 2022-ci il tarixli əsas kredit limiti razılaşması çərçivəsində 27 fevral 2023-cü il tarixli və 23 aprel 2024-cü il tarixli kredit razılaşmasının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatət verərək, hazırki işin Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı və qeyrilərinə qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işlə birlikdə baxılması üçün eyni icraatda birləşdirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-6566/2025 saylı qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı və qeyrilərinə qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Səbail rayon Məhkəməsində olan hazırki iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı onunla Cavabdeh ASC ilə arasında bağlanmış 29 mart 2022-ci il tarixli kredit limiti razılaşması çərçivəsində 27 fevral 2023-cü il tarixli və 23 aprel 2024-cü il tarixli kredit razılaşmasını mübahisələndirir. Sabunçu rayon Məhkəməsinin icraatında olan sözügedən iş üzrə iddia ərizəsinin məzmunundan isə görünür ki, iddiaçı Cavabdeh ASC cavabdeh İddiaçı və qeyrilərindən 29 mart 2022-ci il tarixli kredit limiti razılaşmasından yaranmış borcun tutulmasını xahiş edir. Göstərilənə əsasən, Sabunçu rayon Məhkəməsinə iddia ərizəsi ilə Səbail rayon Məhkəməsində olan mülki iş üzrə iddia ərizəsindən daha öncəki tarixdə müraciət olunduğundan Səbail rayon Məhkəməsinin icraatında olan mülki iş Sabunçu rayon Məhkəməsinin icraatında olan mülki işlə eyni icraatda birləşdirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsində mübahisələndirilən məsələ Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olan tələblə eyni mahiyyət daşıdığından və faktiki olaraq mübahisə üzrə tərəflər eyni olduğundan İddiaçı - Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(009)-2473/2025 saylı mülki iş iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı və qeyrilərinə qarşı “borcun tutulması və s.” tələbinə dair 2(008)-6566/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin: 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı - Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(009)-2473/2025 saylı mülki iş iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı və qeyrilərinə qarşı “borcun tutulması və s.” tələbinə dair 2(008)-6566/2025 saylı mülki işlə birlikdə baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2473/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2473/2025
29.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver