Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2491/2020 15.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, iddiaçı «xxxx» MMC-nin - Cavabdeh Nadir qızına qarşı «borc» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə Bakı şəhəri Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC – Cavabdeh Nadir qızına qarşı «borc» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nadir qızından 156,32 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC - yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin iki min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Nadir qızına Azərpoçt vasitəsi ilə xəbərnaməli məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X1 Stansiyası ilə ünvan 1 mənzil 19/20 ünvanında yaşayan Cavabdeh Nadir qızı arasında rabitə xidmətlərinin göstərilməsi barədə xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır.Borclu Cavabdeh Nadir qızı BATS ilə bağladığı xidmət müqaviləsinə əsasən qovşağın rabitə xidmətlərindən istifadə edərək abunəçisi olduğu (012)-581-53-71 saylı telefonun üzərində 156,32 manat rabitə borcu yaratmışdır.Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı tabe qurumu olan BATS ilə Cavabdeh Nadir qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli kommunikasiya xidmətlərinin göstərilməsi üçün Rabitə Müəssisə ilə Abunəçi arasnıda bağlanmış müqavilənin 1-ci bəndinə əsasən bu müqavilə tərəflər arasında telekommunikasiya münasibətlərini tənzimləyir. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında cavabdeh Cavabdeh Nadir qızının xx.xx.2020-ci il tarixinə şəhərlərarası və beynəlxalq danışığa görə 156,32 manat borcu mövcuddur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlığa əsasən xxxx MMC Cavabdeh Nadir qızına istifadəsində olan 012 581-53-71 saylı telefondan istifadəyə görə şəhərlərarası və beynəlxalq telefon danışıqlarına yaranmış 153,55 məbləğində borcun 3 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, cavabdeh istifadə etdiyi ***-***-**-** saylı telefonla apardığı şəhərlərarası və beynəlxalq danışıq nəticəsində yaranmış borcunu ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, rabitə xidmətindən istifadəyə görə yaranmış 156,32 məbləğində borc Cavabdeh Nadir qızından tutularaq İddiaçı MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı iddianın irəli sürülməsi ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı və 284-5.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» MMC ilə Cavabdeh Nadir qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə əsasında Cavabdeh Nadir qızının adına olan 012 581 53 71 saylı telefonla aparılan şəhərlərarası və beynəlxalq danışıq nəticəsində xx.xx.2020-ci il tarixinə yaranmış 156,32 məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat olmaqla, cəmi 176,32 manat məbləğində pul vəsaiti Cavabdeh Nadir qızından tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-2491/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2491/2020
15.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver