Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2506/2021 19.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili X.T.Yaqubovun Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişinə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər yazılı barışıq sazişini məhkəməyə təqdim etməklə onun təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Tərəflər arasında yazılı formada tərtib edilmiş və məhkəməyə təqdim olunmuş 18 oktyabr 2021-ci il tarixli barışıq sazişinə əsasən:
1. Tərəflər razılığa gəlirlər ki, cavabdehlər Bakı şəhəri, Nizami küçəsi ,12 saylı evin 30 saylı mənzilində binanın həyət tərəfində inşa edilmiş eyvanın üst hissəsində olan gün örtüyünün öz vəsaiti hesabına sökür və nisbətən aşağı səviyyədə yenidən inşa edir. Yeni inşa edilmiş gün örtüyünün üst səviyyəsi əvvəlki tikilmiş örtüyün üst səviyyəsindən 25 santimetr aşağı olmalıdır.
2. Cavabdehlər sazişin 1-ci bəndində göstərilən səviyyədə yeni örtüyün tikilməsini başa çatdırdıqda, iddiaçı qarşısında öhdəliklərini tam şəkildə icra etmiş hesab olunacaq və bunun müqabilində iddiaçı cavabdehlərə qarşı qaldırılmış iddiadan tam şəkildə imtina edir.
3. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu cavabdeh tərəfindən iddiaçıya ödənilir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.4-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata hakim tərəfindən xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin bağladıqları və təqdim etdikləri barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə tərəfindən qəbul edilməklə təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə…
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına xitam verilsin:
1. Tərəflər razılığa gəlirlər ki, cavabdehlər Bakı şəhəri, Nizami küçəsi ,12 saylı evin 30 saylı mənzilində binanın həyət tərəfində inşa edilmiş eyvanın üst hissəsində olan gün örtüyünün öz vəsaiti hesabına sökür və nisbətən aşağı səviyyədə yenidən inşa edir. Yeni inşa edilmiş gün örtüyünün üst səviyyəsi əvvəlki tikilmiş örtüyün üst səviyyəsindən 25 santimetr aşağı olmalıdır.
2. Cavabdehlər sazişin 1-ci bəndində göstərilən səviyyədə yeni örtüyün tikilməsini başa çatdırdıqda, iddiaçı qarşısında öhdəliklərini tam şəkildə icra etmiş hesab olunacaq və bunun müqabilində iddiaçı cavabdehlərə qarşı qaldırılmış iddiadan tam şəkildə imtina edir.
3. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumu cavabdeh tərəfindən iddiaçıya ödənilir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Şahin Abdullayev