Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2555/2022 08.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi N.R.Hüseyzadənin iştirakları ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı iddiasını müdafiə edərək göstərmişdir ki, hadisə baş verərkən sığorta təşkilatına telefonla zəng etmiş, hadisə barədə məlumat vermiş ona bildirmişlər ki, sığorta müqaviləsinə xitam verilmişdir. Lakin onun bundan xəbəri olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 izahatında göstərmişdir ki, iddiaçı tərəfindən sığorta ödənişinin verilməsi ilə əlaqədar sığorta təşkilatına rəsmi müraciət olunmamışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə baxılmamış saxlanılmalıdır. AR MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı, və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir. Qarşılıqlı iddia ərizəsinin, iddia ərizəsində birləşən ayrı-ayrı tələblər üzrə ərizələrin, habelə müstəqil iddia tələbi irəli sürən üçüncü şəxslərin ərizələrinin baxılmamış saxlanılması istisna edilmir. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Məhkəmə qeyd edir ki, iddiaçı kasko sığorta müqaviləsi üzrə baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin sığorta təşkilatından tutulması barədə tələb irəli sürsə də məhkəməyədək bununla əlaqədar sığorta təşkilatına müraciətini təsdiq edən sübutları iddia əriəzsinə əlavə edilməmişdir. Yəni tələb müqavilə münasibətləri ilə bağlı irəli sürüldüyündən iddiaçı məhkəməyə qədər (pretenziya) mübahisənin nizama salınmasına riayət etməmişdir. Digər tərəfdən iddiaçı AR.MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilmədən də iddia ərizəsini məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçının tələbi konkret deyil (hansı məbləğdə sığorta ödənişinin tələbi barədə), qaldırılan iddia qiymətli iddiadır, iddianın qiymətinə uyğun dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən isə ümumiyyətlə dövlət rüsumunun ödənilməsinə dair sübut əlavə edilməmiş və Nərimanov rayon Məhkəməsində bu nöqsanlar nəzərə alınmadan iddia ərizəsi icraata qəbul edilmişdir. AR MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Beləliklə məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 259 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-2555/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2555/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver