Məhkəmə qərarları › İş №2(009)-2575/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2575/2021

30.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2575/2021 30.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunması və həmin qeydiyyat əsasında verilən çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsinə məhkəməyə müraciət etmişdir. Məhkəmı iclasında İddiaçı iddia tələblərini tam müdafiə edərək araşdırma aparılması üçün müvafiq ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmı iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək ekspertizanın keçirilməsi barədə vəsatətin əsassız olmasını, hazırki iddia tələbi üzrə iddiaçının ümumiyyətlə çıxış etməyə subyektiv hüqununun olmamasını bildirərək məhkəməyə təqdim olunan sənədlərin əsillərinin mövcud olmamasını və ümumiyyətlə qaldırılan tələbə ümumi məhkəmədə baxılmasının yolverilməz olduğunu qeyd etmişdir. Məhkəmə mülki iş materiallarını arşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarın 6.1-ci bəndində qeyd etmişdir ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatı müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanlarının və bələdiyyələrin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərə hakimiyyət subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibatı məhkəmə icraatı qatdasında baxılır. Həmin Plenum qərarının qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məlum olur ki, hazırkı mübahisə, yəni iddia tələbi - “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanındakı 1200 kv.m torpaq sahəsinin mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunması və həmin qeydiyyat əsasında verilən çıxarışın etibarsız hesab edilməsi” tələbi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarın 6.1-ci bəndinin təsirinə düşdüyündən, inzibatı məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Göstərilənlər əsasən məhkəmə hesab edir ki, iddia tələbinin İddiaçı məxsus “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 12 ünvanındakı 1200 kv.m torpaq sahəsinin mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunması və həmin qeydiyyat əsasında verilən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair hissəsində ümumi məhkəmədə baxılmalı olmadığından həmin hissədə qətnamə ləğv edilməli, həmin iş üzrə icraata xitam verilməli, iddiaçılara hazırkı tələblə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyətə dair qeydiyyatın etibarsız hesab olunması və həmin qeydiyyat əsasında verilən çıxarışın etibarsız hesab edilməsinə dair tələbə ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya hazırkı tələblə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar