Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-267/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin in cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi,**********00000 nömrəli abonent koduna hesablanmış 1036 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında bacısı, onun ailəsi, atası və qardaşı ilə birgə yaşayır. Yaşadıqları evin qaz sayğacı evin divarına bitişik quraşdırılmışdır. xx.xx.2022-ci il tarixində havanın küləkli olması səbəbi ilə axşam saat 18- 19 radələrində evin qarşısındakı ağac aşaraq sayğacın qoruyucu plastik qapağını və sayğacın evə gedən metal borusunu sındırmışdır. Qonşuları qazsız qalmamaqları üçün sınmış borunu məftillə bağlamışdır. xx.xx.2022-ci il tarixində qaz idarəsinin əməkdaşları gəlib baş vermiş hadisənin fotoşəkillərini çəkmiş və cərimə yazılacağını bildirmişdirlər. İddiaçı qaz sayğacına pul yükləyən zaman hesabda pulun az olmasını görmüşdür. Bunun səbəbini araşdırmaq üçün azəriqazın qaynar xətti ilə əlaqə saxlamış, oradan akt tərtib olunduğunu və cərimə olunduqlarını bildirmişdirlər. xx.xx.2022-ci il tarixində tərtib olunmuş aktı almaq üçün Azəriqazın Babək prospektində yerləşən idarəsinə yaxınlaşmış və oradan iddiaçıya ******* nömrəli, xx.xx.2022-ci il tarixli akt, abonentin saldosu, fotoşəkillər və dəymiş zərər barədə tələbnamənin surətləri təqdim olunmuşdur. Hesab edir ki, ”Azəriqaz” İB əməkdaşları tərəfindən tərtib olunan akt tamamilə qanunsuz və əsassızdır. İddiaçı Cavabdeh İB məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı 950.04 manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümuilikdə 980.04 manat pulun məcburi qaydada tutularaq iddiaçı ”Azəriqaz” İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Səbail rayonu ərazisində Cavabdeh İB-əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Səbail rayonu,T.Baqirov küçəsi, ev 48 qeydiyyatında olan İddiaçı (bundan sonra cavabdeh) tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan faktlarla bağlı Biriyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin təqsirli hərəkətəri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036.80 manat məbləğində ”Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 86.76 manat ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 950.04 (doqquz yüz əlli manat,dörd qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 2022-ci il fevral ayının 3-ü axşam saatlarında həyətdə olan şam ağacı qaz sayğacının üzərinə aşaraq qaz sayğacının qoruyucu qutusunun üzərinə düşərək qırılmışdır. Axşam Cavabdeh İB-nin iş vaxtının bitdiyini düşünərək qaynar xəttə zəng vurmamış, qonşuya xəbər verərək qonşunun köməyi ilə rezin borunu birləşdirmişdir. Lakin bunun 1 günlük olduğunu qeyd edərək, səhəri günü Cavabdeh İB-nin nümayəndəsi onun yaşadığı ünvana gələrək şifahi qaydada cərimə yazılacağını söyləmişdir. Bundan sonra ona heç bir rəsmi məktub gəlmədiyini söyləyərək hər ay kartından pul tutulduğunu və bunun qaz limiti ilə bağlı olduğunu düşünmüşdür. O, bunun dekabr ayında fərqinə varmış və ona 1 günlük deyil 90 günlük cərimə yazıldığını bildirmişdir. Həmçinin qeyd edərək yaşadığı evin 90 kv.m belə olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 izahatında iddianın rədd edilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı ilə Cavabdeh İB arasında alğı-satqı müqaviləsi bağlanaraq sayğac quraşdırıldığını, Cavabdeh İB-nin nümayəndəsi orada yoxlama keçirən zaman rezin boru vasitəsi ilə sayğacdan kənar istifadə etməsini görmüşdür. Bundan sonra akt tərtib olunmuş və vətəndaş İddiaçı 1036,80 manat cərimə olunmuşdur. Lakin vətəndaş 86,76 manat ödəniş etmişdir. Məhkəmədən 950,04 manat və dövlət rüsumu olan 30 manatın vətəndaş İddiaçı tutularaq Cavabdeh İB-nin bank hesabına ödənilməsini xahiş etmişdir Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Paylayıcı” qismində Cavabdeh İB ilə İddiaçı arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə AKX-01656xx/xx-2019 saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərinin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İş materiallarında olan abonentin saldosundan aydın olur ki, İddiaçı 2022-ci il üçün 944.4 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın kserosurətindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, abonent sayğacdan kənar rezin boru vasitəsi ilə qoşularaq, təbii qazdan qeyri-qanuni olaraq istifadə edildiyi aşkar edilməsi, istehlakçıya itirilmiş qazın bərpası dəymiş ziyan kimi hesablanması göstərilmişdir. İstehlakçı İddiaçı aktı imzalamaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin kserosurətindən görünür ki, istehlakçı İddiaçı məxsus evdə xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, 90 gün müddətində itirilmiş qazın bərpası üçün 8640 kub metr əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə verilmiş iddia tələbi tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qərarın 1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. «Qaz istifadə Qaydaları»nın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alğı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, Cavabdeh İB tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış AKX-01656xx/xx-2019 saylı, xx.xx.2019-cu il tarixli müqavilənin 2.1.8-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Qeyd edilən müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsi görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və «Qazdan istifadə qaydaları»nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Adı çəkilən müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,10 manat məbləğində müəyyən edilir. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının əməkdaşları tərəfindən Cavabdeh İB-nin balansında və istismarında olan küçə qaz xətlərinə, həmçinin cavabdehin yaşadığı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qanunsuz istifadə olunması aşkar edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunduğu üçün aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Deparatmenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının qərarı ilə cavabdehə xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 90 gün hesabat müddəti nəzərə alınmaqla 8640 kub metr dəymiş ziyan hesablanmışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarıldığı xx.xx.2022-ci il tarixli akt əsasında dəymiş ziyan kimi 90 günə hesablanmış əlavə sərfiyyat ağlabatan deyil və real hesab oluna bilməz. Bununla belə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə zidd olaraq sayğacdan kənar qazdan istifadə etməsi halı öz təsdiqini tapdığından, cavabdeh buna görə mülki məsuliyyət daşımalıdır. «Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 №-li Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. Qanunvericilik aktlarının yuxarıda göstərilən tələblərindən göründüyü kimi istehlakçıya hər ay qazın sərfiyyatı ilə bağlı hesabat təqdim edilir və istehlakçı həmin hesabatı bir ay ərzində ödəmədikdə, paylayıcı qazın verilməsini dayandıra bilər. Qanunun bu müddəasından irəli gələn tələbləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qaz paylayıcısının əməkdaşları hər ay iddiaçının sayğacına baxış keçirib müvafiq hesabatı ona təqdim etməlidirlər. İddiaçı təşkilat tərəfindən itirilmiş qazın bərpası ilə bağlı dəymiş ziyan hesabat dövrü kimi 90 gün əsas götürülmüşdür. Lakin görünüdyü kimi hesabat dövrünün 90 gün götürülməsi yuxarıda göstərilən Qanunun tələblərinə cavab vermir. Bu səbəbdən məhkəmə hesab edir ki, dəymiş ziyan hesablanarkən hesabat dövrü kimi 90 gün deyil, 30 gün əsas götürülməlidir. Belə olan halda xx.xx.2022-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün üçün 2880 kub metr kimi qəbul edilməli və vurulmuş ziyan 0,12 manat nəzərə alınmaqla 345.60 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilərək İddiaçı **********00000 nömrəli abonent koduna hesablanmış borcun 635 (altı yüz otuz beş) manatı abunə hesabından silinməli, qarşılıqlı iddia qismən təmin edilərək İddiaçı 345 (üç yüz qırx beş) manat tutularaq iddiaçı Cavabdeh hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi 345 manat pulun tutulması hissəsində əsaslı hesab olunduğundan, İddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı tutularaq iddiaçı Cavabdeh hesabına köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı **********00000 nömrəli abonent koduna hesablanmış borcun 635 (altı yüz otuz beş) manatı abunə hesabından silinsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 345 (üç yüz qırx beş) manat və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh (İBAN: AZ50İBAZ********************, SWİFT:İBAZA2X, Alan Bankın müxbir hesabı: AZ03NABZ********************, Alan Bankın kodu: 805153, Bankın VÖEN **********, Müştəri VÖEN: **********) hesabına köçürülsün. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-267/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-267/2023
06.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver