Məhkəmə qərarları › İş №2(009)-2679/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2679/2022

15.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2679/2022 15.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli, İddiaçı - Cavabdeh İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı - Cavabdeh İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, **********00006 nömrəli abonent koduna hesablanmış 3068 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, iddianın yolverilməzliyi dedikdə, iddia ərizəsinin mümkünlüyünü istisna edən elə halların mövcud olması başa düşülür ki, həmin halların aradan qaldırılması mümkün olmur və buna görə də iddia ərizəsi üzrə məhkəmə icraatının başlanması və həyata keçirilməsi istisna edilir. Qeyd olunanları nəzərə alaraq qeyd edirəm ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında mülki iş olmuş ( mülki işin nömrəsi 2(009)-183/2021) və həmin mülki iş üzrə xx.xx.2021-ci il tarixdə yekun məhkəmə aktı çıxarılmışdır. Belə ki, 2(009)-183/2021 saylı mülki iş üzrə iddiaçı olan Cavabdeh İB-yi xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktlar əsasında cavabdeh İddiaçı 3478,53 manat ziyan, hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı təqsiri sübut olunmadığından, habelə, iddiaçı tərəfindən cavabdehin borcu əsassız və mövcud olmayan səbəbə görə hesablandığından iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin əsasını təşkil edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli və xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktların etibarsız hesab edilməsi və onlardan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, habelə **********00006 nömrəli abonent koduna qeyd olunan aktlar əsasında hesablanmış borcun silinməsi məsələsinə məhkəmə artıq münasibət bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı - Cavabdeh İB-nə qarşı “istehlakçı hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar