Məhkəmə qərarları › İş №2(009)-268/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-268/2023

16.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-268/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə və 3-cü şəxs X5 iştirakları ilə, iddiaçı Səbail rayon MKTB-nin – Cavabdeh (3-cü şəxs qismində X8) qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsi binasında 16 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Səbail rayon MKTB - Cavabdeh Əlibaba oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin cavabdeh tərəfindən və onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, 2-ci Bibi-Heybət döngəsi 2V saylı evdə yaşayan Cavabdeh Əlibaba oğlu tərəfindən müvafiq icazə sənədləri olmadan qeyri-qanuni olaraq evinin bitişik yeni özbaşına tikili inşa etmişdir. Həmin tikili ilə əlaqədar cavabdehin qonşusu X7 tərəfindən müxtəlif orqanlara şikayət xarakterli müraciətlər edilmiş, bu tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi və nəticəsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1 -2-2022-395 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə məktub daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, hadisə yerinə baxış zamanı ünvan 2 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m5 -ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Həmçinin qeyd edilən özbaşına tikili ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin 10-A-72/2-149/2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 45 saylı Mənzil Kommunal İstismar Sahəsinin 71 saylı, xx.xx.2021-ci il tarixli arayışı əsasında məlumat verilmişdir ki, müraciətlərdə qeyd olunan ünvana yerində baxış keçirilmiş və sözügedən əlavə tikinti işlərinə dair fakt aşkar edilmişdir. Cavabdeh qanunsuz olaraq öz mövcud yaşadığı evinə bitişik əlavə olaraq qanunsuz tikili inşa etmiş, həmin əraziyə xidmət göstərən 45 saylı MKİS tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir ki, rəsmi icazə sənədləri olmadan inşa etdiyi tikilini söksün və yaşadığı evi əvvəlki vəziyyətinə qaytarsın, lakin cavabdeh bu xəbərdarlığa heç bir məhəl qoymamış və qeyd olunan tikilini könüllü surətdə sökməkdən imtina etmiş, bu barədə 45 saylı MKİS tərəfindən müvafiq akt da tərtib edilmişdir. İddia ərizəsinə əlavə etdikləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin MİHO/2.1.1-2- 2022-395 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə məktubundan görünür ki, hadisə yerinə baxış zamanı ünvan 2 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq, rayon icra hakimiyyətinin nümayəndəsi ilə birlikdə müvafiq akt tərtib edilmişdir. Özbaşına tikintinin olması faktı qeyd olunan məktubla təsdiq olunur. İddia ərizəsinə əlavə etdiyimiz Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 10-A-72/2-149/2 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə tikinti işlərinin aparıldığı müşahidə olunmuşdur və fakt təsdiqini tapmışdır, eyni zamanda Cavabdeh qanunsuz olaraq, rəsmi icazə almadan özbaşına tikinti işlərini aparmışdır. İddia ərizəsinə əlavə etdiyimiz 45 saylı Mənzil- Kommunal İstismar Sahəsinin aktından görünür ki, ünvan 2 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşınatikinti işləri aparmışdır. İddia ərizəmizə əlavə etdkləri Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6da yaşayan Cavabdeh qonşusu X2 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə, Səbailrayon Mənzil Kommunal Təsərrüfat Birliyinə ünvanladığı ərizələrdən görünür ki, ünvan 2 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və onun yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşınatikinti işləri aparmışdır və bununla bağlı qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə etdiyimiz fotoşəkillərdən görünür ki, həqiqətən Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi, ev 6 ünvanında Cavabdeh tərəfindən bir müddət öncə yaşadığı fərdi yaşayış evinə və X3 yaşadığı fərdi yaşayış evinə bitişik olaraq 60,0 m2 -ə yaxın sahədə 2 mərtəbəli əlavə özbaşınatikinti işləri aparmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddiasını müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə tərəfindən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan: 45 saylı MKİS-in xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2-ci Bibi- Heybət döngəsi ev 6da yaşayan X2 şikayət etdiyi qonşusu Cavabdeh Əlibaba oğlunun yaşadığı 2-ci Bibi-Heybət döngəsi 2v saylı ev özü-tikilidir. Cavabdeh Əlibaba oğlu ailəsi ilə birlikdə həmin özü tikili evdə 2006-cı ildən qeydiyyatdadırlar. RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi-Heybət döngəsi ev 6 X5 xüsusi mülkiyyətindədir. Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 10/450 saylı rəyindən görünür ki, 1-ci və 2-ci suallar üzrə: ünvan 1 ünvanında X6 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45 m) olan tikililərin inşası AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2 bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olunmadığı müəyyən olunur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, 2ci Bibi-Heybət döngəsi ev 6 X5 xüsusi mülkiyyətindədir. Mübahisəli ünvana aid koordinat məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman cavabdeh tərəfindən F.Abasova məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik şəkildə inşa olunmuş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na uyğun inşa olunmadığı müəyyən edilmişdir . Bu səbəbdən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə edilməlidir. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, sökülməsi iddia edilən tikilinin mövcudluğu qanunvericiliyin tələblərinə zidd inşa edildiyindən ünvan 1 ünvanında inşa edilmiş tikilinin sökülərək əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Az. Resp. MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunanlarla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nın 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin «Dövlət rüsumu haqqında» Qanununun 9.1.14 və 9.1.15-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin olunduğundan və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 manat pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında X6 məxsus fərdi yaşayış evinin sanitar qovşağına bitişik vəziyyətdə iki mərtəbə səviyyəsində inşa olunmuş (birinci mərtəbə səviyyəsində yerləşən tikilinin eni 4,25 m, uzunluğu 5,20 m, hündürlüyü isə 2,0 m, ikinci mərtəbə səviyyəsində inşa olunmuş tikilinin eni 4,25 m, uzunluğu 7,0 m, hündürlüyü isə 3,45 m) tikilinin sökülməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: VÖEN **********; X1, kod:210005; müxbir hesab:AZ41NABZ**********0000003944; S.F.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar