Məhkəmə qərarları › İş №2(009)-2686/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2686/2020

10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2686/2020 10.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdehlər «Azərhüquq Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə və X1 qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər «Azərhüquq Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının cavabdeh qismində göstərdiyi «xxxx» MMC-nin ünvanı ünvanı iddia ərizəsində göstərilməmişdir. Digər cavabdehin ünvanı kimi Abşeron rayonu, Xırdalan şəhəri, Masazır qəsəbəsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsində cavabdehin ünvanı olaraq yuxarıda qeyd olunan ünvan göstərilmişdir ki, bu ünvan da Abşeron rayonu ərazisində yerləşir. Digər tərəfdən, iddia ərizəsindən görünür ki, o, Abşeron rayon Məhkəməsinə ünvanlanmışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə müvafiq olaraq əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər «Azərhüquq Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə və X1 qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova iş № 2(009)-2686/2020 PROTOKOL xx xxxxxx 2020-ci il Bakı şəhəri Mən, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı cavabdehlər «Azərhüquq Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə və X1 qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərardadı qəbul etdim. Hakim: Mədinə Bağırova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Ünvan: AZ 1003 Bakı şəhəri, tel: 498-80-33 M.Useynov küçəsi 5 İş № 2(009)-2686/2020 xx xxxxxx 2020-ci il İddiaçı Ünvan: Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 10/1, mənzil 41 Səbail rayon Məhkəməsinin 2(009)-2686/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən ərizəniz və əlavə olunmuş sənədlər Sizə qaytarılır. Qoşma: qərardad, sənədlər və dövlət rüsumu Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar