Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-269/2021 24.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh ASC-nin Mərkəz filialı arasında bağlanmış 03.12.2013-cü il tarixli 13007-1277/411338 saylı kredimt müqaviləsinin etibarsız hesab olunmasına və ya kredit məbləğinin 68840.0 ABŞ dolları olması hissəsində dəyişdirilərək, həmin günə olan manat məzənnəsi ilə, yəni 53998.0 manat olaraq ifadə edilməsinə dair; Cavabdeh ASC ilə İddiaçı1 və X1 arasında bağlanmış 03.12.2013-cü il tarixli 13007-1277/411338ASİ saylı alqı-satqı və itoteka müqaviləsinin əsas kredit öhdəliyinin məbləği hissəsində etibarsız hesab olunmasına və ya 68840.0 ABŞ dolları olması hissəsində dəyişdirilərək, həmin günə olan manat məzənnəsi ilə, yəni 53998.0 manat olaraq ifadə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 ilə Cavabdeh ASC-nin “Mərkəz” filialı arasında 03.12.2013-cü il tarixində 13007-1277/41 1338 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzil alınması üçün 120 ay müddətinə illik 14.5% olmaqla 68840 ABŞ dolları məbləğində kredit verilmişdir. Bunun əsasında Cavabdeh ASC ilə İddiaçı1 və X2 arasında 03.12.2013-cü il tarixdə 13007- 1277/411338ASİ saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı mənzil alınması üçün ipoteka kreditinin verilməsi ilə bağlı banka müraciət etmişdi. 03.12.2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzilin qiyməti 84.715,0 manat müəyyən olunmuşdur ki, həmin məbləğin 30.717,0 manatı iddiaçı tərəfindən nağd şəkildə, qalan 53.998,0 manat isə bank tərəfindən ödənilməli idi. Lakin bank ona manat əvəzinə tələb olunan manatın dollar ekvivalentində, yəni 68840.0 ABŞ dolları məbləğində kreditin alınmasını rəsmiləşdirmişdir. Halbuki 03.12.2013-cü il tarixli kredit müqaviləsinin predmeti olan 68840.0 ABŞ dolları vəsait ona dollar şəklində verilməmişdir. Göründüyü kimi, tələb olunan 53998.0 manat məbləğin əvəzinə bank öz hesablarında rahat olsun deyə, krediti faktiki olaraq manatla verdiyi halda, bank hesablarında bunu xarici valyutada əks etdirmişdir. Sonradan, 2015-ci ilin fevral və dekabr aylarında, Azərbaycan manatının kəskin devalvasiyası fonunda, bankın ona verdiyi 53998.0 manat birdən-birə artaraq 117.028 manat oldu. Üstəlik kredit müqviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən ümumilikdə banka ödəməli olduğu 130756.96 ABŞ dolları, manat ekvivalentində 222.286.0 manatdan çox oldu. Bu isə nəticə etibarilə götürülən kreditin 400 faizi deməkdir. Kredit rəsmiləşdirilən zaman, o bilmirdi və hətta bilə bilməzdi ki, bu cür devalvasiya təhlükəsi var, belə ki, milli valyutaları olan azərbaycan manatının məzənnəsi bundan əvvəlki ən azı 10 il ərzində stabil idi. Ona görə də, kredit və ipoteka müqavilələrini qanuna zidd hesab edirlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi məhkəməyə müraciət edərək, mülki işə iddia tərəfinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini və iddianın əsassız olduğunu qeyd edərək onun rədd olunmasını və işə iddiaçıların iştirakı olmadan baxılmasını xahiş etdi və bildirdi ki, Cavabdeh ASC İddiaçı1 və İddiaçı2 qarşı cavabdeh İddiaçı1lə iddiaçı arasında bağlanmış 03.12.2013-cü il tarixli 13007-1277/411338 saylı kredit müqaviləsinin və 03.12.2013-cü il tarixli 13007- 1277/4113381 saylı kredit müqaviləsinə 15.04.2015-ci il tarixli 3 nömrəli əlavənin ləğv edilməsi, cavabdeh İddiaçı1 iddiaçı bankın xeyrinə 61432.68 ABŞ dolları kredit borcu, 6520.74 ABŞ dolları faiz borcu, 3146.96 ABŞ dolları hesablanmış cərimə, cəmi 71100.38 ABŞ dolları borcun, 22 manat notariat xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, cavabdeh İddiaçı1 məxsus olan ünvan 1 ünvanında, 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 82.74 kv.metr ümumi, 33.5 kv.metr yardımçı, 49.24 kv.metr yaşayış sahəsindən ibarət 4 otaqlı 73 nömrəli mənzilə tutma yönəldilməsi, mənzilin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdeh İddiaçı1 CavabdehSC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, cərimələrin, notariat xərcinin və dövlət rüsumunun ödənilməsi, cavabdeh İddiaçı1 məxsus olan ünvan 1 ünvanında 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 82.74 kv.metr ümumi, 33.5 kv.metr yardımçı, 49.24 kv.metr yaşayış sahədən ibarət 4 otaqlı 73 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin qalan hissədə cavabdeh İddiaçı1 ümumi qaydada tutulması barədə iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1135/2017 saylı 11.09.2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ”Cavabdeh”ASC ilə İddiaçı1 arasında bağlanmış 13007-1277/411338 saylı 03.12.2013-cü il tarixli kredit müqaviləsi və kredit müqaviləsinə 15.04.2015-ci il tarixli 3 nömrəli əlavənin ləğv edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə 61432.68 ABŞ dolları məbləğində əsas borc, 6520.74 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları məbləğində cərimə, cəmi 68253.42 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 22 manat məbləğində notariat xərci İddiaçı1 alınaraq CavabdehSC-yə ödənilməsi, tələbin İddiaçı1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin, 73 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai Rayonu, Telnov küçəsi, 15 saylı evin, 73 saylı mənzilinin ilkin satış qiyməti 85000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 68253.42 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 22 manat məbləğində notariat xərcin CavabdehSC-yə ödənilməsi, Bakı şəhəri, Xətai Rayonu, Telnov küçəsi, 15 saylı evin, 73 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 300 manat məbləğində pul vəsaitinin İddiaçı1 alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin İddiaçı1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-878/2018 saylı 23.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1135/2017 saylı 11.09.2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4753/2019 saylı 08.07.2019- cu il tarixli qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-878/2018 nömrəli iş üzrə 23.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı Səbail rayon məhkəməsinin icraatında olan iddia tələbinə Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 11.09.2017-ci il tarixli qərarı ilə artıq hüquqi qiymət verilmişdir. Bundan başqa, əgər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə Cavabdeh ASC ilə İddiaçı1 arasında bağlanmış 03.12.2013-cü il tarixli kredit müqaviləsi ləğv edilibsə, predmeti qeyd olunan müqavilənin, onun təminatı olan müqavilələrin və bu müqavilələrə edilən bütün əlavələrin etibarsızlığı olan iddiaların digər məhkəmələr tərəfindən təmin edilməsi qanunvericilik baxımından yolverilməzdir. AR MPM-nin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR MM-nin 390.1-ci maddəsinə əsasən,fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” qərarınının 3-cü bəndində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəasının kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmaması qeyd edilmişdir. Həmçinin sözügedən qərarın 4-cü bəndində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilməsi, müqavilədə belə şərt olmadıq da, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malik olması vurğulanmışdır. Bundan başqa, İddiaçı1 iddia ərizəsində 03.12.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona illik 14.5 faiz dərəcəsi olmaqla, 120 ay müddətinə 68840 ABŞ dollarında məbləğində kredit verildiyini, lakin bankdan guya krediti manatla istədiyini qeyd edərək, yalnız yeddi ildən artıq müddət keçdikdən sonra kredit və ipoteka müqavilələrinin etibarsız hesab olunmasını məhkəmə xahiş etmişdir. Halbuki AR MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Yuxarıda qeyd edilənləri və Mülki Prosessual Məcəllənin 154-cü maddəsini nəzərə alaraq, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia əsassızdır və aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan 03.12.2013-cü il tarixli 13007-1277/411338 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh ASC tərəfindən İddiaçı1 03.12.2013-cü il tarixli 13007-1277/411338 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə illik 14,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 68840 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 03.12.2013-cü il tarixli 13007-1277/411338/ASİ saylı alqısatqı və ipoteka müqaviləsinə görə Cavabdeh ASC ilə İddiaçı1 və X1 arasında bağlanmış 03.12.2013-cü il tarixli 13007-1277/411338 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək üçün xüsusi mülkiyyət hüququ əsasında S.Məmmədova məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ev 15, mənzil 73 yaşayış evini Cavabdeh ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1135/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, ”Cavabdeh”ASC ilə İddiaçı1 arasında bağlanmış 13007- 1277/411338 saylı 03.12.2013-cü il tarixli kredit müqaviləsi və kredit müqaviləsinə 15.04.2015-ci il tarixli 3 nömrəli əlavənin ləğv edilməsi, ödəniş gününə qüvvədə olan məzənnə ilə 61432.68 ABŞ dolları məbləğində əsas borc, 6520.74 ABŞ dolları məbləğində faiz borcu, 300 ABŞ dolları məbləğində cərimə, cəmi 68253.42 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 22 manat məbləğində notariat xərcinin İddiaçı1 alınaraq CavabdehSC-yə ödənilməsi, tələbin İddiaçı1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 15 saylı evin, 73 saylı mənzilinə yönəldilməsi, Bakı şəhəri, Xətai Rayonu, Telnov küçəsi, 15 saylı evin, 73 saylı mənzilinin ilkin satış qiyməti 85000 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 68253.42 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pulun, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 22 manat məbləğində notariat xərcin CavabdehSC-yə ödənilməsi, Bakı şəhəri, Xətai Rayonu, Telnov küçəsi, 15 saylı evin, 73 saylı mənzilinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmas, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 300 manat məbləğində pul vəsaitinin İddiaçı1 alınaraq “xxxx” MMCnin hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin İddiaçı1 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 878/2018 nömrəli, 23 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1135/2017 saylı, 11.09.2017-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4753/2019 saylı, 11.09.2017-ci il tarixli qərarı ilə cavabdeh İddiaçı1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-878/2018 nömrəli iş üzrə 23.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmış, Bank tərəfindən kredit ABŞ dolları ilə verilmiş və İddiaçı1 bununla razılaşaraq müqavilələri imzalamışdır. İddiaçı1 iddia tələbində Bank tərəfindən kredit müqaviləsinin onunla dollarla bağlandığı halda, ipoteka müqaviləsində mənzilin dəyərinin manatla ifadə olunması əsası ilə kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbini irəli sürmüşdür. İpoteka əmlakın hüquqi əhəmiyyəti onun əsas öhdəliyin təminatı olmasından ibarətdir. Bununla əlaqadar olaraq ipoteka müqaviləsi ipoteka saxlayan və ipoteka qoyan arasında girovla təmin edilmiş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsi əsas öhdəliyə xitam verilənədək qüvvədə olur. Bununla yanaşı, ipoteka əqdin bir növüdür, əqdin etibarsız hesab edilməsinin qaydası və şərti mülki qanunvericilikdə müəyyən olunmuş xüsusi normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Belə şərtlər tərəflərin fəaliyyət qabiliyyətli olması və əqdin hüquqi tələblərinə uyğun olmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İpoteka müqaviləsinin mühüm şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307-ci maddəsində və “İpoteka haqqında” Qanunun 10-cu maddəsində sadalanmışdır ki, həmin şərtlərdən birinin olmaması müqavilənin etibarsızlılığına səbəb olur. Müqavilə yazılı formada bağlanmış və notariat qaydasında təsdiq olunmuşdur ki, bu da müqavilənin həmin növü üçün zəruridir. “İpoteka haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən yalnız daşınmaz əmlakın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» 14 may 2015-ci il tarixli qərarında göstərmişdir ki, «Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Həmin Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, ipoteka ilə təmin olunmuş öhdəliyin yaranma əsası bankla İddiaçı1 arasında bağlanmış və qiyməti 68840.0 ABŞ dolları olan 03.12.2013-cü il tarixli kredit müqaviləsidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı1 kredit və ipoteka müqavilələrində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Belə olduğu təqdirdə, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Daha sonra məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-269/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-269/2021
24.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver