Məhkəmə qərarları › İş №2(009)-2694/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-2694/2020

16.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-2694/2020 16.12.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı verdiyi iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 150.0.1-ci maddəsinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri əlavə edilir. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin surəti cavabdehin sayına görə əlavə edilməmişdir(iddia ərizəsi bir nüsxədə əlavə edilmişdir). Hakim eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. «Dövlət rüsumu haqqında» AR Qanunun 8.4.11-ci maddəsinə əsasən yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən dövlət rüsumu 10 manat tutulur. AR MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Hakim həmçinin qeyd edir ki, verilmiş iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun deyil. AR MPM-nin 149.2.1-ci maddəsiən əsasən idida ərizəsində ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.4-cü maddəsinə əsasən ərizədə mubahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Prosessual qanunvericiliyinin tələblərinə əsasən iddia ərizəsində iddiaçının və cavabdehin adı, onların poçt ünvanları, iddia tələbini əsaslandığı hallar, iddiaçının tələbi və iddia ərizəsinə əlavə olunan sənədlər göstərilməlidir. Lakin iddiaçı iddia ərizəsində cavabdehin ünvanını, iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısını göstərməmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddia ərizəsi iddiaçılar tərəfindən imzalanmamışdır. Bu hal da iddia ərizəsinin geri qaytarılması əsaslarından biridir. AR MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hakim hesab edir ki, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmadığından, iddia ərizəsi imzalanmadığından və AR MPM-nin təəblərinə uyğun olmadığından onun məhkəmə icraatı mümkün deyil. Bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı verdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar