Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-27/2022 22.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X5, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsində həyata keçirdiyi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, Cavabdeh və onun digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan ümumi sahəsi 0,44 ha torpaq sahəsi qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilmiş və orada onun icazəsi olmadan qanunsuz tikili həyata keçirilmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh öz ailə üzvləri ilə bir yerdə qanunsuz olaraq zəbt etdiyi ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan ümumi sahəsi 0,44 ha torpaq sahəsini boşaltmaqdan boyun qaçırmışdır. Bununla bağlı Səbail RPİ-nin İŞnə verdiyi şikayət ərizəsi araşdırılarkən Cavabdeh zəbtetmənin əsasını yaxın qohumu Akden Selcan Vəkil qızından mübahisə predmeti olan torpaq sahəsini Səbail rayon Bələdiyyəsinin 30.12.2006-cı il tarixli qanunsuz qəbul edilmiş 243 saylı hüquqi əsası olmayan qərara istinad edərək qeyd etmişdir. Sözügedən qərarın heç bir hüquqi və qanuni əsası yoxdur. Belə ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyəti deyil, Səbail rayon İcra Hakimiyyəti balansında olan “Dövlət Mülkiyyəti Fondu”na aid olan torpaq kateqoriyasına aiddir. Belə olan halda bələdiyyə öz mülkiyyətində olmayan torpaq üzərindən yalançı köhnə tarix qeyd etməklə qanunsuz qərar elan etmişdir. Cavabdehin əsas gətirdiyi torpaq sahəsinin hər hansı bir kordinatları mövcud deyildir. Bundan əlavə bələdiyyə qərarının əsasını təşkil edən torpaqların alqı-satqı aktında keçmiş Dövlət Kadastr Xidmətinin imza və möhürü mövcud deyildir. Məlumat üçün bildirir ki, sözügedən torpaq sahəsi 1995-ci ildə Səbail rayon icra Hakimiyyətinin müvafiq sərəncamı əsasında uzun illər istifadəsində olmuşdur. Daha sonra qanuna müvafiq şəkildə onun tərəfindən mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı ƏMDK yanında DƏDRX-nə müraciəti müsbət qarşılanmış və qanuna müvafiq şəkildə mülkiyyət hüququ ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmışdır. Bu da sözügedən və cavabdehin əsas gətirdiyi dırnaqarası sənəd olmasından xəbər verir. Cavabdeh sənədin saxta olduğunu bilə-bilə iddiaçının mülkiyyətində olan torpağı qəsdən zəbt edib, qanunsuz tikili həyata keçirərək onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,44 ha torpaq sahəsi torpaq sahəsində həyata keçirdiyi 90 kv.m özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, Cavabdeh və onun digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbinə etiraz edərək, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsihüdudları, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 nömrəli 02 fevral 1995ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış massivi, 958 saylı 600 kv.m sahədə yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidə vizual görüntüdə, peyk görüntüsü və əsas yollara əsasən fərqli mövqelərdə yerləşdiyindən və üstüstə düşmədiyindən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin vəkili Vəkil cavabdehin izahatına uyğun məzmunda izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin), cavabdehin və onun vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Badamdar Bələdiyyəsinin 30.12.2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Badamdar Bələdiyyəsi Bələdiyyə ərazisində olan 400 kv.m torpaq sahəsini X1. - Bakı şəhəri Səbail Rayon Badamdar Bələdiyyəsi tərəfindən verilmiş 30.12.2006-cı il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X7 torpağın alqı-satqısı üçün 1664 manat məbləğində pul ödəmişdir. - Bakı şəhəri Səbail Rayon Badamdar Bələdiyyəsinin 30.12.2006-cı il tarixli, 243 nömrəli qərarından görünür ki, X2 Bələdiyyəsinə müraciət edərək Badamdar qəsəbəsi İİİ yaşayış massivində uzun müddət istifadə etdiyi, daş hasara alınmış 400 kv.m olan torpaq sahəsinin Akden Selcan Vəkil qızının adına sənədləşdirilməsini xahiş etmiş və ərizə nəzərə alınaraq Badamdar qəsəbəsi İİİ yaşayış massivində 400 kv.m ölçüdə olan torpaq sahəsi Akden Selcan Vəkil qızı adına sənədləşdirilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən 0.0440 ha torpaq sahəsi Səbail Rayon icra Hakimiyyəti Başçısının 406 nömrəli, 02.02.1995-ci il tarixli sərəncamına, 07.06.2019-cu il tarixli arxiv arayışına, Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 05.11.2019-cu il tarixli, 8İ-17812 reyestr nömrəli ərizəyə və torpaq sahəsinin yerləşmə cizgizinə əsasən ilkin olaraq 11.12.2019-cu il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirirlər ki, sözügedən torpaq sahəsi üzərində hər hansı bir tikilinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Bakı şəhəri Səbail Rayonu Badamdar Bələdiyyəsi tərəfindən verilmiş 22.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, Badamdar qəsəbəsi İİİ yaşayış massivi, 958D saylı ünvanda yerləşən (0.044 ha) torpaq sahəsinin Akden Selcan Vəkil qızının adına sənədləşdirilməsinə dair Badamdar bələdiyyəsi tərəfindən qəbul edilmiş 30.12.2006-cı il tarixli, 243 saylı qərar, həmçinin həmin torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsinə dair Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 1995-ci il tarixli sərəncamı barəsində Badamdar Bələdiyyəsində heç bir məlumat yoxdur. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 29.01.2021-ci il tarixli cavab məktubundan görünür ki, Bakı Şəhəri Səbail rayon İcra Hakimiyyətinin sərəncamları, Səbail rayon Badamdar Bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarları Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 07.01.2021-ci il tarixli cavab məktubuna əlavə olunmuş Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02.02.1995-ci il tarixli 406 nömrəli “fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamın surətindən görünür ki, Badamdar qəsəbəsində fərdi evin tikilməsi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. - qeyd edilən məktuba əlavə edilmiş İddiaçı tərəfindən imzalanaraq Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq olunmuş 05.11.2019-cu il tarixli ərizədən görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Badamdar qəsəbəsi ünvanında ona ayrılmış torpaq sahəsinə dair verilmiş qərarda onun adına 600 kv.m torpaq sahəsinin ayrılması göstərilmiş, lakin yoxlama nəticəsində torpaq sahəsinin 440 kv.m olduğu müəyyən edilmiş və ona görə də torpaq sahəsinin 600 kv.m əvəzinə 440 kv.m göstərilməklə torpaq sahəsinin özəlləşdirilməsinə və çıxarışın verilməsinə etiraz etməmişdir. - qeyd edilən məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1də yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə 11.12.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. - İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 25.11.2021-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisə predmeti olan əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrlərini əks etdirən sxemlər hazırlanmışdır. Cavabdeh tərəfindən Badamdar qəsəbəsində həyata keçirilən və yaşadığı tikili İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Cavabdeh tərəfindən Badamdar qəsəbəsində həyata keçirilən və yaşadığı tikili İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilində 440 kv.m sahədə inşa edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən həyata keçirilən və yaşadığı tikilinin ümumi sahəsi 90 kv.mdir. Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavəsi olan müraciətə əlavə olunmuş sxem miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxemin tərtib olunma müddətindən uzun müddət keçdiyindən, situasiyanın dəyişdiyindən sözügedən sxemə əsasən sxemdə ayrılmış torpaq sahəsini tam dəqiqliklə naturada müəyyən etmək mümkün deyildir. Lakin İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsi-hüdudları, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahədə yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidə vizual görüntüdə (peyk görüntüsü və əsas yollara əsasən) fərqli mövqelərdə yerləşir və üst-üstə düşmür. - İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10.12.2021-ci il tarixli, 10/6427 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh Atxan oğlu tərəfindən Badamdar qəsəbəsində həyata keçirilən və yaşadığı tikili İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Cavabdeh Atxan oğlu tərəfindən Badamdar qəsəbəsində həyata keçirilən və yaşadığı tikili İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən veriimiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilində 440 kv.m sahədə inşa edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən iddiaçı X9 məxsus ünvan 1yə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən veriimiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən həyata keçirilən və yaşadığı tikilinin ümumi sahəsi 90 kv.m-dir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olan müraciətə əlavə olunmuş sxem miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxemin tərtib olunma müddətində uzun müddət keçdiyindən, situasiyanın dəyişdiyindən sözügedən sxemə əsasən sxemdə ayrılmış torpaq sahəsini tam dəqiqliklə naturada müəyyən etmək mümkün deyildir. Lakin İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsi- hüdudları, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 nömrəli 02 fevral 1995- ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahədə yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidə vizual görüntüdə (peyk görüntüsü və əsas yollara əsasən) fərqli mövqelərdə yerləşir və üst-üstə düşmür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti Başçısının 02.02.1995-ci il tarixli 406 nömrəli “fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” sərəncamı ilə Badamdar qəsəbəsində fərdi evin tikilməsi üçün İddiaçı 600 kv.m torpaq sahəsi ayrılmışdır. Onun Bakı şəhəri, 53 saylı notariat kontorunda təsdiq olunmuş 05.11.2019-cu il tarixli ərizəsi nəzərə alınmaqla Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi, 958D saylı sahədə yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə 11.12.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Hazırda iddiaçı tələbinin əsası kimi ünvan 1 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan ümumi sahəsi 0,44 ha torpaq sahəsi qanunsuz olaraq Cavabdeh tərəfindən zəbt edilməklə orada onun icazəsi olmadan qanunsuz tikili həyata keçirməsinə istinad edir. Cavabdeh isə iddiaya etiraz edərək heç bir torpaq sahəsini zəbt etməməsini, iddiaçının özünün sənədlərində uyğunsuzluqlar olmasını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə mübahisə ilə bağlı iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,44 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt olunub-olunmaması və orada tikinti aparılıb-aparılmamasını müəyyən etmək üçün iddiaçı tərəfin vəsatəti əsasında müvafiq ekspertiza təyin etmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin 25.11.2021-ci il tarixli mütəxəssis rəyinin, eləcə də Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10.12.2021-ci il tarixli, 10/6427 nömrəli ekspert rəyinin nəticə hissələrindən aydın olmuşdur ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsi - hüdudları, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 nömrəli 02 fevral 1995 - ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahədə yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidə vizual görüntüdə (peyk görüntüsü və əsas yollara əsasən) fərqli mövqelərdə yerləşir və üst-üstə düşmür. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksək olar ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olmasın. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, hər hansı iddia tələbi ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Məhkəmə hesab edir ki, hazırki araşdırma zamanı ekspert rəyi ilə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyi üçün iş üzrə ekspert rəyi sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə həmin ekspert rəyinə əsaslanmaqla hesab edir ki, iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsasları ilə uzlaşmamışdır. Başqa sözlə, iddiaçı cavabdehin zəbt edərək orada tikinti apardığını iddia etdiyi torpaq sahəsinin, eləcə də DƏDRX tərəfindən ********** saylı, 11.12.2019-cu il tarixli mülkiyyətə dair çıxarış əsasında onun adına verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 nömrəli 02 fevral 1995 - ci il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahədə yerləşən və Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidə göstərilən torpaq sahəsi olmasını sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsinin də əks olunmalı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmadığından ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi iddiaçıya aid edilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Buna görə də iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-27/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-27/2022
22.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver