Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-272/2021 26.01.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə X1 Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin icrası tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: X2 Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh MMC ilə X7 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 689 saylı müqaviləyə əsasən Cavabdeh MMC (Podratçı) öz vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 203 saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında dörd, beş mərtəbəli binaların inşaat etməsinə, inşaat işlərinin 2005-2011-ci illər arasında başa çatdırılmasına inşaatı başa çatdırıldıqdan sonra 9 saylı binanın 13 saylı mənzilinin (ümumi sahəsi 90 kv.m. və 107 kv.m. mansard) X6 (sifarişçiyə) satılaraq onunla müvafiq alqı-satqı müqaviləsinin bağlanılmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə, sifarişçi isə bu əmlakı qəbul edib, əvəzində razılaşdırılmış məbləğin ödənilməsini öz öhdəliyinə götürüb. X7 müqavilə şərtinə uyğun olaraq mənzilin dəyərini tam şəkildə ödəmiş və cavabdeh tərəfindən xx xxxxxx 2012-ci il tarixdə ona borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Cavabdeh MMC bağlanmış müqavilənin şərtlərinə əsasən mənzili tikib qurtarıb və X4 istifadəsinə verib. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 689 saylı müqavilənin 2.1.3-cü bəndinə əsasən podratçı tikinti işi çatdırıldıqdan və lazımi sənədlər tərtib olunduqdan sonra sifarişçi ilə alqı-satqı müqaviləsi bağlayaraq 9 saylı binanın 13 No-li mənzilini onun mülkiyyətinə keçirməyi öz öhdəsinə götürüb. Lakin 2016-cı ilin may ayında müqavilənin predmetti olan 9 saylı binanın 13 nömrəli mənzil Cavabdeh MMC tərəfindən X6 təhvil verilməsinə baxmayaraq bu günə qədər hələ də mülkiyyətinə verilməyib. Azərbaycan Respublikası Əmlak Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə verilmiş vəkil sorğusuna xx.xx.2020-ci il tarixli **********78 saylı cavab məktubundan bəlli olur ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 9, 13 saylı mənzil (ümumi sahəsi 196,7 kv.m.) xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Baxmayaraq ki, müqavilə predmeti olan mənzil onun sahibliyinə verilib, hazırda istifadəsindədir, lakin o, özünə məxsus mənzil üzərində heç bir sərəncam verə bilmir. Çünki cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüququnu əldə edə bilmir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC-nin üzərinə alqı-satqı müqaviləsi bağlayaraq 9 saylı binanın 13 No-li mənzili iddiaçı X5 mülkiyyətinə verilməsi barədə öhdəlik qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, rəsmi qaydada cavabdeh təşkilata məhkəməyə müraciət etəmmişdən qabaq yazılı müraciət etmiş, cavabdehin ona ünvanlandığı cavab məktubunda mübahisəli mənzilin Vaqif Məcidovun adına keçirilməsi üçün iki şərtin yerinə yetirilməsi tələb edilmişdir. Həmin mənzilin üstündə olan 107,0 kv.m mansardın V.Məcidov tərəfindən alınması və pilləkən qəfəsinin boşaldılması, şirkətə qaytarılaraq onun əvəzinin ödənilməsi. İddiaçı 107 kv.m olan və 7-ci mərtəbədə yerləşən sahəni almışdır, bu barədə maliyyə arayışını məhkəməyə təqdim etmişlər. Lakin pilləkan qəfəsi iddiaçının dəyəri ödədiyi mənzilin sahəsinə aiddir. Qeyri-rəsmi öyrənmişdir ki, cavabdeh təşkilat həmin qəfəsin boşaldılmasını ona görə xahiş edir ki, evin üzərindən əlavə mərtəbədə tikib satmaq istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş üzrə “Podratçı” qismində Cavabdeh MMC ilə digər tərəfdən “Sifarişçi” qismində X7 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli 689 No-li müqavilənin kserosurətindən görünür ki, “Podratçı” öz vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində Bakı şəhər İcra Hakimiyyəti başçısının 203 saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında baş mərtəbəli binanın tikintisini 2005-2012-ci illər ərzində başa çatmağı, tikinti işləri başa çatdırıldıqdan və lazımi sənədlər tərtib olunduqdan sonra “Sifarişçi” ilə alqı-satqı müqaviləsi bağlayaraq 9 saylı binanın 13 No-li mənzilini onun mülkiyyətinə keçirməyi, “Sifarişçi” Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində “Podratçı”nın inşa etdiyi 9 saylı binanın 13 No-li mənzilini bağlanacaq alqı-satqı müqaviləsi əsasında qəbul edib, əvəzində razılaşdırılmış məbləğin ödənilməsini, həmin mənzilin onun mülkiyyətinə keçirilməsi məqsədilə gələcəkdə bağlanacaq alqısatqı müqaviləsinin razılaşdırılmış dəyəri olan 100450 manat 94% faiz məbləğində hissəsini 94500 manat müqavilənin imzalandığı tarixdən sonra 5 bank iş günü ərzində ödəməyi, mənzilin razılaşöırılmış dəyərini ödənilməmiş qalan 5950 manat məbləğində hissəsini hər ay 1488 manat olmaqla və hər ayın 5-ci bank iş gününə qədər ödəmək şərti ilə bu müqavilənin imzalandığı tarixdən etibarən 4 ay ərzində tam şəkildə ödəməyi öz üzərinə götürmüşdür. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 20 saylı Vəkil bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X11 küçəsi, ev 9, 13 saylı mənzil (ümumi sahəsi 196,7 kv.m.) xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş maliyyə arayışının kserosurətindən görünür ki, 689 No-li müqaviləyə əsasən X3 şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi yerdə yerləşən, beş mərtəbəli 9 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 90 kv.m. və 107 kv.m. mansanrdı olan 13 No-li mənzilə pay ödənişi 94.500 manat ödəmişdir. Ümumi məbləğin qalan hissəsi 5950 manat ödəməlidir. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli maliyyə arayışının kserosurətindən görünür ki, 689 No-li müqaviləyə əsasən X3 Şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi yerdə yerləşən beş mərtəbəli 9 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 90 kv.m. və 107 kv.m. mansardı (blokun üstə əlavə olundu 17x350=5950) olan 13 No-li mənzilə pay ödənişi 5950 manat ödəmişdir. Cavabdeh MMC-yə heç bir borcu yoxdur. İş üzrə Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışının kserosurətindən görünür ki, 689 No-li müqaviləyə əsasən X3 şossesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi yerdə yerləşən, beş mərtəbəli 9 saylı yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, sahəsi 90 kv.m. və 107 kv.m. mansardı olan 13 No-li mənzilin 7-ci mərtəbədəki hissə üçün pay ödənişi 1000 manat ödəmişdir. İş üzrə Cavabdeh MMC-nin direktoru C.T.Əliyev tərəfindən X4 vəkili Gülnar Quluzadəyə ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciətə cavab məktubundan belə məlum olur ki, şirkət mənzilin X4 adına keçirilməsi üçün aşağıdakı şərtlərə əməl olunmasını bildirmişdir:
1. Pilləkan qəfəsinin boşaldılması və şirkətə qaytarılması əvəzində ödənişin geri alınması.
2. Mənzilinə zəbt yolu ilə əlavə etdiyi 7-ci mərtəbədəki 107 kv.m şirkətə məxsus olan sahənin razılaşdırılması. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2012-ci il tarixdə 689 No-li müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh öz vəsaiti hesabına Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən torpaq sahəsi üzərində Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 203 saylı xx.xx.2005-ci il tarixli sərəncamı əsasında dörd, beş mərtəbəli binaların inşa etməsinə, inşaat işlərinin 2005-2011-ci illər arasında başa çatdırılmasına, inşaatı başa çatdırıldıqdan sonra 9 saylı binanın 13 saylı mənzilinin (ümumi sahəsi 90 kv.m. və 107 kv.m. mansard) X6 (sifarişçiyə) satılaraq onunla müvafiq alqı-satqı müqaviləsinin bağlanılmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə, sifarişçi isə bu əmlakı qəbul edib, əvəzində razılaşdırılmış məbləğin ödənilməsini öz öhdəliyinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda yerləşən 9 saylı bina tam inşa edilmiş və həmin binanın 13 saylı mənzili iddiaçının istifadə və sahibliyinə təhvil verilmişdir. Lakin mənzil iddiaçıya təhvil verilsə də, müqavilənin bir hissəsi icra olunmamışdır. Yəni nəzərdə tutulmuş mənzil iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün alğı-satqı müqaviləsinin bağlanması ilə bağlı öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Həmin mənzil cavabdehin özü tərəfindən mülkiyyətə alınmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, mübahisəli mənzil hazırda cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və onun mülkiyyətindədir. AR Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Cavabdehlə iddiaçı arasında bağlanmış müqaviləyə əsasən cavabdeh mübahisəli mənzil üzrə alğı-satqı müqaviləsini bağlamaq və həmin mənzili iddiaçının mülkiyyətinə vermək öhdəliyi götürsə də, həmin öhdəliyi qismən icra etmişdir. Yəni cavabdeh müqavilənin bir hissəsini icra edərək faktiki olaraq mübahisəli mənzili iddiaçının istifadə və sahibliyinə versə də, həmin əmlakı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçı ilə alğı-satqı müqaviləsi bağlayaraq mənzilin onun sərəncamına verilməsinə dair öhdəliyi icra etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, müqavilənin bağlayan tərəflər həmin müqavilədə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməli və müqavilə ilə müəyyən edilmiş şərtlər müqavilə iştirakçıları üçün məcburidir. Müqaviləni birtərəfli qaydada icra etməkdən boyun qaçırılması, müqavilənin digər tərəfinə yerinə yetirilməmiş öhdəliyi məcburi şəkildə icra edilməsini tələb etmək hüququ verir. Bu səbəbdən iddiaçı məhkəmə qaydasında müqavilə öhdəliyinin məcburi şəkildə icra edilməsini tələb etməkdə tam haqlıdır. AR Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə cavabdeh tərəfindən alğı-satqının həyata keçirilməmə əsası kimi irəli sürdüyü şərtələrlə bağlı qeyd edr ki, həmin şərtlərin yerinə yetirildikdən sonra müqavilənin bağlanılması tərəflər arasında bağlanılmış müqavilə ilə nəzərdə tutulmamışdır. Yəni cavabdehin müqavilədə nəzərdə tutulmayan şərtlərin iddiaçıdan yerinə yetirilməsini tələb etməsi əsassızdır və müqavilə bağlamaqdan imtinanın əsası kimi müəyyən edilə bilməz. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, ikinci şərt kimi göstərilən tələb də iddiaçı tərəfindən yerinə yetirilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb tam əsaslı hesab edilməli və təmin edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Səbail rayonu, X11 küçəsində yerləşən 52C saylı evin 13 saylı mənzili (Tərəflər arasında bağlanmış müqavilədə ünvan kimi Səbail rayonu, Salyan şosesi ilə Ə.Yaqubov küçəsinin kəsişdiyi ünvanda Cavabdeh MMC tərəfindən inşa edilən 9 saylı binanın 13 saylı mənzili) üzrə iddiaçı X8 ilə alğı-satqı müqaviləsini bağlamaq və mənzili onun mülkiyyətinə vermək öhdəliyi qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev