Məhkəmə qərarları › İş №2(009)-2737/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-2737/2025

29.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-2737/2025 29.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən dövlətə məxsus ümumi keçid yolunun qanunsuz olaraq zəbt edilməsi, yol boyunca aparılmış qanunsuz tikinti və maneələrin sökülməsi, ümumi keçid yolundan, təbii işıqlandırma pəncərəsinin yenidən açılmasını, həmçinin iddiaçıya məxsus evin arxa fasadına və qaz xəttinə olan çıxış imkanından cavabdehin hesabına sərbəst və maneəsiz istifadə hüququnun bərpa edilməsi, maddi və mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə mən, İddiaçı, daha öncədən tanımadığım bir qrup şəxslə bərabər Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 1-də yerləşən ərazidən eyni zamanada bir şəxsə malik torpaq sahəsini hissələrə bölünməklə yaşayış məqsədi ilə torpaq sahəsi əldə etmişik. Alqı-satqı zamanı hər kəsə ödənişə müvafiq olaraq 2, 3 və ya 4 sot olmaqla müxtəlif torpaq payları düşmüşdür. Torpaq sahələrinin yerləşmə xüsusiyyətinə görə mərkəzdə qalan yeni qonşunun keçidi üçün, mənim torpaq sərhədim boyunca ümumi istifadə üçün dövlətə məxsus yol ayrılmışdır. Bu yol həm mənim həmdə digər qonşuların ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. 2002-cİ ildə mən, İddiaçı, daha öncədən tanımadığım bir qrup şəxslə bərabər Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 1-də yerləşən ərazidən eyni zamanada bir şəxsə malik torpaq sahəsini hissələrə bölünməklə yaşayış məqsədi ilə torpaq sahəsi əldə etmişik. Alqı-satqı zamanı hər kəsə ödənişə müvafiq olaraq 2, 3 və ya 4 sot olmaqla müxtəlif torpaq payları düşmüşdür. Torpaq sahələrinin yerləşmə xüsusiyyətinə görə mərkəzdə qalan yeni qonşunun keçidi üçün, mənim torpaq sərhədim boyunca ümumi istifadə üçün dövlətə məxsus yol ayrılmışdır. Bu yol həm mənim həmdə digər qonşuların ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Bu razılaşmaya uyğun olaraq mən evimi yolun bir tərəfində tikdim, yolun qalan hissəsində isə şəxsi vəsaitim hesabma hasar çəkdim. Hətta mənim qanuni ilk çıxarışımda bu yol hissəyə mənim təxminən 5-6 m2 torpaq payım belə qaldı. Çünki mənim torpağım tam düzbucaqlı deyildi və yola ev paralel tikilərkən arxada torpaq məcburi olaraq qaldı. Biz bu yola rahat keçid üçün bu ərazimizi hasara almadıq. Bunula bərabər qonşu isə özünün köhnə darvazasını yolun başlanğıcına müvəqqəti olaraq quraşdırdı. Bu yolu müvəqqəti təhlükəsizlik məqsədi ilə bağlanmasını birgə icra etdik. Məqsəd isə birgə istifadə idi. Neçəki mənim evimin divarı bu yolun birbaşa divarıdır. Həmçinin bu yolda mənim qanuni torpağım qalmışdır (Qoşma -4, Şəkil -5 və Qoşma -5). Bu razılaşma qonşu dəyişmədiyi müddətcə 20 il davam etmişdir. Bu yol eyni zamanda evimin arxa fasadına yeganə çıxışı, evimə gedən qaz xəttinə baxış, təmir və təcili müdaxilə üçün və qarajıma təbii işıqlandırma üçün yeganə imkanı təşkil edir. Əvvəlki ev sahibi vəfat etdikdən sonra mənzil Lalə adlı xanım tərəfindən satın alındı. Yeni sahibi arxa yolda müvəqqəti şişmə hovuz qoymaq məqsədilə məndən bu yola baxan pəncərəni bağlamağı xahiş etdi. Qonşuluq münasibətlərinə uyğun olaraq mən razılıq verdim və pəncərəni bağladım (Qoşma -4, Şəkil 3,4). Hər hansı mübahisə yaranmadı və əvvəlki şərtlər qorundu və ərazidə başqa tikinti və digər işlər aparılmadı. Həmçinin bu dövrdə mən də fasadımda təmir işləri aparmaq üçün Lalə xanıma məlumat verdim və qarşılıqlı anlaşma davam etdi və mən fasadıma yeni üzlüklərdə vurdum (Qoşma -4, Şəkil 1). Daha sonra 2025-ci ilin yanvar aymda torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişdir. Əldə etdiyim məlumata əsasən bu şəxs qazanc məqsədi ilə müxtəlif torpaq sahələrini əldə edir orda tikinti işləri aparıb satışmı təşkil edir. Bundan sonra cavabdeh bizimlə razdadırmadan: Dövlətə məxsus iimumi keçid yolunu tam şəkildə qeyri-qanuni mənimsəmiş, Yolun enini və hündürlüyünü dəmir beton inşaat edərəkb daraltmış, Digər maneələr quraşdırmış, Yolun üzərində daimi darvaza quraşdırmağa hazırlıq görmüş, Keçidi çardaq (naves) ilə örtməyə çalışmışmaqdadır. Bu hərəkətlər nəticəsində: Evimin arxa fasadına çıxış tam məhdudlaşdırılır, Qaz xəttinə servis və texniki müdaxilə imkanı itirilir, (Qoşma 3), FHN-in xüsusi texnikasının yanğın-halında müdaxilə imkanı əngəllənir, Ümumi istifadə üçün ayrılmış dövlət yolu qanunsuz olaraq şəxsi əraziyə birləşdirilir. Biz cavabdehlə uzun müddət danışıqlar aparmağa çalışsaq da, qapısmı öz ərazisinin ətrafmda qoymasım tələb etsək də, bizimlə müzakirəni apannayacağmı, nə lazımdırsa gedib etməyimizi bizə bildirdi. Hətta bizim evin fasadının üzünü sökərək ümumi həyətinə uyğunlaşdırılmasmı aparmaqdadır (Qoşma -2). İradımızı bildirdikdə o torpağı bu şəkildə aldığını və köhnə razılaşmaların köhnədə qaldığını bizə bildirdi. xx.xx.2025 - 102 xidmətinə və 41-ci Polis Bölməsinə müraciət etdik, işlərin dayandırılması tələb olundu. Lakin polisin qanuni tələbinə riayət olunmadı və polis mənə Səbayıl Rayon İcra Hakimiyyətinə müraciət etməli olduğumu bildirdi. Bundan sonra xx.xx.2025 - Səbail Rayon İcra Hakimiyyətinə yazılı şikayət etdik. İcra nümayəndəsi dərhal müdaxilə edərək aparılan işləri dayandırdı. Lakin cavabdeh tərəf nəinki qanunsuz tikinti işlərini sökülməyir, əksinə günün müxtəlif vaxtlarında tikintini hissə-hissə davam etdirir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, həmin ərazidə giriş qapısı ondan öncə də mövcud olmuşdur. O, sadəcə həmin qapını yenisi ilə dəyişmişdir. Bundan başqa iddiaçı əvvəllər də iddia etmişdir ki, guya ona məxsus sahədən kiçik bir hissə onun hazırda aldığı torpağın ərazisinə düşür. Həmin vaxt reyestr xidmətindən əməkdaşlar dəvət edilmiş və ölçü aparılarkən müəyyən olmuşdur ki, qarşı tərəfin dediyinin əksinə olaraq ona məxsus sahədən hələ 36 sm təşkil edən sahə iddiaçıya məxsus sahəyə qatılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, sözügedən yol iddiaçıya məxsus evin yanından keçməklə cavabdehə məxsus evə aparır. Başqa sözlə, həmin yol ilə cavabdehin öz əmlakına giriş-çıxışı təmin olunur. Həmin yolun iddiaçıya məxsus evdən istifadəsinə dair heç bir aidiyyatı yoxdur. Cavabdeh həmin ərazidə heç bir qanunsuz tikinti işləri aparmır. Əksinə həmin ərazi boş qaldığı zamanlar sahibsiz küçə heyvanları daim ora daxil olur, eyni zamanda baxımsız vəziyyətə saxlanılırdı. Bunların qarşısını almaq üçün cavabdeh tərəfindən orada sadəcə abadlaşdırma işləri aparılmışdır. İddiaçı istədiyi zaman yolun başına yerləşdirilmiş darvaza qapıdan istifadə etməklə əraziyə daxil ola bilər. İddiaçıya məxsus evin qaz xətləri isə iddiaçıya məxsus evin divarı ilə 2 metrdən də yüksək hündürlükdən keçir, gözlə görünəcək səviyyədə rahat bir yerdə yerləşir və həmin qaz xətləri iddiaçıya məxsus evin divarına bərkidilmişdir. İstənilən zaman həmin qaz xətlərinə həm iddiaçının özünün, həmçinin də qaz idarəsi əməkdaşlarının müdaxilə imkanı vardır. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər qonşuluqda yaşayırlar. İddiaçıya məxsus evin yan tərəfindən yol uzanır. Həmin yol isə cavabdehə məxsus evə aparır. Həmin yolun qurtaracağında yaxud yol boyu cavabdehə məxsus evdən başqa heç bir fərdi yaşayış evi yerləşmir. Həmin yolda iddiaçıya məxsus evə giriş-çıxış mövcud deyildir. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək, həmin yolun cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyini və bu maneənin aradan qaldırılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.3.-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının tələbinə görə daşınmaz əmlakla bağlı hər hansı hüququn tanınmasını tələb etmək üçün, həmçinin mülkiyyətdə və ya qanuni istifadədə olan əmlakla bağlı kənar-qanunazidd hesab edilən müdaxilənin qarşısının alınmasını tələb etmək üçün ilk növbədə həmin əmlaka maddi hüquq normalarının tələblərinə müvafiq, müqavilə əsasına və ya qanuni əsasa söykənən hüquq yaranmalıdır. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Hazırkı işdən isə görünür ki, iddiaçının mübahisələndirdiyi əmlakla bağlı hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Belə ki, sözügedən yol iddiaçıya məxsus olmamaqla xüsusi mülkiyyətdə deyildir. Başqa sözlə, iddiaçının həmin əraziyə heç bir sərəncam yaxud sahiblik hüquqları yoxdur. Bu mənada məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməli olduğunu hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar